Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-663/2022 24.11.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1987-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə, saat 01:45 radələrində Ağdaş rayon ərazisində yerləşən “Zəfəran” ailəvi restoranda şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin baş müstəntiqi X3 12 noyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə Şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Bərdə şəhəri, S.Vurğun küçəsi ev 6-da yaşayır. Zərərçəkmiş şəxs tanıyır. Onunla qeyri-rəsmi olaraq münasibətləri olmuşdur. Aralarında münasibətləri 2019-cu ildən Bərdə şəhəri “Günəş” şadlıq sarayında toy məclisində iştirak edən zaman yaranmış, sonra Rənanın evinə gediş-gəlişi olmuş, Zərərçəkmiş şəxs ailəsinin də onların münasibətləri olması barədə məlumatı olmuşdur. O, Zərərçəkmiş şəxs Bərdə rayon Polis şöbəsinə onun barəsində etdiyi müraciəti ilə tanış olmuş, onun müraciəti ilə bağlı bildirir ki, Zərərçəkmiş şəxs ilə onun arasında qeyri-rəsmi münasibətləri olmasına baxmayaraq o, Rənanın şəkillərini heç bir vaxt “İnstagram” sosial şəbəkəsində yaymamış, ona xəsarət yetirməmiş, Zərərçəkmiş şəxs onun barəsində yalan danışmışdır. Zərərçəkmiş şəxs ilə münasibətləri davam edən zaman ailəsindən ayrılmış, ailəsi ilə barışandan sonra Zərərçəkmiş şəxs ona şər-böhtan atmağa başlamışdır. Zərərçəkmiş şəxs şikayəti ilə bağlı o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olmuş, lakin araşdırma nəticəsində günahsız olduğu məlum olmuşdur. Zərərçəkmiş şəxs bədən xəsarəti yetirməmiş, ayrıldıqlarına və hazırda əvvəlki ailəsi ilə barışaraq yaşadığına görə Zərərçəkmiş şəxs ona yalandan şər-böhtan atır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X4 izahatında bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 01:45 radələrində Ağdaş rayon ərazisində yerləşən “Zəfəran” ailəvi restoranda şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Hadisə araşdırılaraq cinayət işinin başlanmasının rədd olunması haqqında qərar və daha sonra inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxıldığından, məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İşin materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-X8 X2 xx.xx.2022-ci il tarixli, 444 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər-sol ayaqaltı, çənə nahiyələrinin çapıq toxumaları vardır. Xəsarətlərin xarakteri və müalicəsi barədə heç bir tibbi sənəd olmadığından, həmin xəsarətlərin əmələ gəlmə mexanizmini, müddətini dəqiq demək mümkün deyildir və sağlamlığa zərər vurmayan xəsarət oİduqları üçün dərəcələri təyin edilmir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün izahatı və işin materialları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, himayəsində 2 azyaşlı övladının olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Məhkəmə işin hallarını nəzərə alaraq Şəxs onun təqsirli hesab olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-663/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-663/2022
24.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver