Məhkəmə qərarları › İş №3(014)-663/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-663/2023

24.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-663/2023 24.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X3, Ağdaş Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X4, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs Maris oğlunun iştirakları ilə, xx xxxxx 1961-ci ildə Ağdaş rayonu Aral Bir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, evli, Ağdaş Rayon Mərkəzi X2 şöbəsində mama-ginekoloq işləyən, ünvan 1 ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağdaş Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 28 sentyabr 2023-cü il tarixdə axşam saatlarında Ağdaş şəhəri Cəfər Cabbarlı küçəsində yerləşən bağında olan itburnu kollarının küçəyə düşən budaqlarını kəsdiyinə görə qonşusu Zərərçəkmiş şəxs Maris oğlu ilə mübahisə etməyə başlamış, mübahisə zamanı əlləri ilə Zərərçəkmiş şəxs sinə və kürək nahiyələrinə bir neçə zərbə vuraraq ona sağ kürək nahiyyəsinin qançırı -sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, o, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. O, 28 sentyabr 2023-cü il tarixdə saat 20 radələrində həyətində olan itburnu ağacının küçəyə düşən kollarının Zərərçəkmiş şəxs Maris oğlu tərəfindən kəsildiyini görüb, sonuncudan ağacın onlardan icazəsiz kəsilməsinin səbəbini soruşmuşdur. Zərərçəkmiş şəxs Maris oğlu ona yaxşı etdiyini bildirmiş, bundan sonra onların aralarında mübahisə yaranmış, Zərərçəkmiş şəxs Maris oğlu onların üzərinə gəlmiş, lakin onlara qarşı zor tətbiq etməmişdir. Zərərçəkmiş şəxs Maris oğlu ona şər-böhtan atır. Zərərçəkmiş şəxs Maris oğlu məhkəmə iclasında izahat verərək göstərdi ki, o, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. Şəxs onun qonşusudur. Yaşadığı binanın qarşısında bağ sahəsinin qapısına gedən yolun üstündə itburnu kolu budaqları qapısının qarşısını tutduğu üçün mütəmadi olaraq əyilib keçmək məcburiyyətində qalmışdır. 28 sentyabr 2023-cü il tarixdə iki nəfər fəhlə tutaraq ona mane olan kolları kəsdirib həmin yolu açdırmışdır. Təmizlətdirdikdən təxminən yarım saat sonra marketə getmək üçün həyətə düşmüş, marketdən qayıdarkən qonşuları Ulduzə və Əbülfət üstünə hucum çəkərək nalayıq sözlərlə onu təhqir etməyə başlamışlar. Bundan sonra Ulduzə onun kürək və sinə nahiyələrinə bir necə zərbələr vurmuşdur. Həmin zərbələrin nəticəsində bədənində xəsarət əmələ gəlmişdir. Hazırda Şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur, onun barəsində olan inzibati işə xitam verilməsini məhkəmədən xahiş edir. Daha sonra Zərərçəkmiş şəxs Maris oğlu barəsində inzibati icraat aparılan şəxs Şəxs ilə barışması barədə məhkəməyə ərizə təqdim edir. X1 məhkəmə iclasında izahat verərək göstərdi ki, o, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. O, 28 sentyabr 2023-cü il tarixdə saat 20 radələrində həyətində olan itburnu ağacının küçəyə düşən kollarının Zərərçəkmiş şəxs Maris oğlu tərəfindən kəsildiyini görüb, sonuncudan ağacın onlardan icazəsiz kəsilməsinin səbəbini soruşmuşdur. Zərərçəkmiş şəxs Maris oğlu onlara yaxşı etdiyini bildirmiş, bundan sonra onların aralarında mübahisə yaranmış, Zərərçəkmiş şəxs Maris oğlu onların üzərinə gəlmiş, lakin onlara qarşı zor tətbiq etməmişdir. Məhkəmə iclasında sualları cavablandıran Əbülfət Məhərrəmov bildirdi ki, arvadı Ulduzə Zərərçəkmiş şəxs Maris oğlunu ondan uzaqlaşdırmaq üçün Rəhmanı itələyərkən ona xəsarət yetirə bilər. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 02 oktyabr 2023-cü il tarixli 433 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs Maris oğlunun bədənində olan xəsarətlər – sağ kürək nahiyəsinin qançırı, küt alət təsirindən törənmiş, törənmə müddəti 28 sentyabr 2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə barəsində inzibati icraat aparılan Şəxs, zərərçəkmiş şəxsin və şahidin izahatlarını, ekspertiza rəyini ayrı-ayrılıqda və məcmu halında təhlil edərək inzibati xəta törətmiş Şəxs özünü təqsirli bilməməsinə dair məhkəmə iclasında verdiyi izahatını məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilmiş izahat olması qənaətinə gələrək, Şəxs izahatında göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etməyərək, Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatını, habelə tədqiq edilmiş ekspertiza rəyini Şəxs qeyd edilən inzibati xəta törətməsini təsdiq edən sübut növü kimi qəbul edir və hesab edir ki, Şəxs həmin xətanı törətməsi iş materialları ilə təsdiq olunur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək qanunvericilik normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs zərər çəkmiş şəxslə barışdığından, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən o, inzibati məsuliyyətdən azad edilməli və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs zərər çəkmiş şəxslə barışdığından həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən inzibati məsuliyyətdən azad edilsin və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar