Məhkəmə qərarları › İş №3(014)-674/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-674/2022

28.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-674/2022 28.11.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi, polis leytenantı Nümayəndə iştirakı ilə xx.xx.1975-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Ağdaş şəhəri M.İsayev küçəsi 16/30 nömrəli evdə qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala 28 noyabr 2022-ci il tarixdə Ağdaş Rayon Məhkəməsinin ibzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş Rayon Polis şöbəsinin X1 sahə rəisi, polis leytenantı Nümayəndə tərəfindən Şəxs barəsində 28 noyabr 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş ondan ötrü ki, o, 26 noyabr 2022-ci il tarixdə saat 19:20 radələrində Ağdaş rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı Şahid2 otağına daxil olaraq qışqıraraq səs-küy salmış, Şahid2 iş rejimini pozmuş, xəbərdarlıq olunmasına baxmayaraq öz qanunsuz əməlinə davam etdirmiş və polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi, polis leytenantı Nümayəndə izah etdi ki, Şəxs 26 noyabr 2022-ci il tarixdə Ağdaş rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı Şahid2 otağına daxil olaraq qışqıraraq səs-küy salmış, Şahid2 iş rejimini pozmuş, xəbərdarlıq olunmasına baxmayaraq öz qanunsuz əməlinə davam etdirmiş və polisin qanuni tələbinə tabe olmamasına dair Ağdaş rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı Şahid2 raportu əsasında tərəfindən araşdırma aparılmış, Şəxs 26 noyabr 2022-ci il tarixdə saat 19:30-da inzibati qaydada tutulmuş, onun və digər şəxslərin izahatları alınmış və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında Ağdaş şəhəri M.İsayev küçəsi 16/30 nömrəli evdə yaşadığını, 26 noyabr 2022ci il tarixdə saat 18:00 radələrində Ağdaş rayon Polis şöbəsinin qarşısından keçən zaman bir neçə nəfər şəxsin dayanaraq söhbət etdiklərini görüyünü, bu zaman onlara yaxınlaşıb soruşduqda həmin şəxslərin ona polislər tərəfin pul istədiklərini bildirdiyini, buna görə də Rəşid adlı polis əməkdaşının otağına qaldığını, Rəşiddən hansı səbəbə 150 manat pul istəməyini soruşduğunu, bu zaman Rəşid ona “yaxşı edirəm” dediyini, daha sonra zəng vuraraq onu həbs etdirdiyini, Rəşid Musayevlə onun ədavət olduğunu, əvvəllər də Rəşidin onu şərləyərək tutdurduğunu, buna görə də onun barəsində tərtib edilmiş protokola xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ağdaş rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı Şahid2 izahatında 26 noyabr 2022-ci il tarixdə Ağdaş rayon Polis şöbəsinin inzibati binasında yerləşən xidməti otağında icraatında olan material ilə bağlı iki nəfər şəxsin izahatını aldığını, bu zaman onun otağına Şəxs daxil olaraq qışqıraraq səs-küy saldığını, onun iş rejimini pozduğunu, onun tərəfindən xəbərdarlıq olunmasına baxmayaraq Şəxs öz qanunsuz əməlinə davam etdiyini, yəni polisin qanuni tələbinə tabe olmadığını, buna görə də Şəxs barəsində qanuni tədbir görülməsi üçün Ağdaş rayon Polis şöbəsinin rəhbərliyinə raportla müraciət etdiyini bildirdi. Məhkəmə iclasında iştirak etməyən lakin inzibati araşdırma zamanı sahə rəisinə verdiyi izahatı elan edilib tədqiq edilən şahid X2 izahatında göstərmişdir ki, o, 26 noyabr 2022-ci il tarixdə həmkəndlisi Şahid1la birlikdə Ağdaş rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı Şahid2 xidməti otağında olan zaman tanımadıqların bir nəfər şəxsin sərxoş halda otağa daxil olaraq qışqıraraq səs-küy saldığını, bu zaman onu sakitləşdirmək Şahid2 iş rejimini pozduğunu, polislər tərəfindən xəbərdarlıq olunmasına baxmayaraq öz qanunsuz əməlinə davam etdirdiyini və polisin qanuni tələbinə tabe olmadığını bildirmişdir. Məhkəmə iclasında iştrak etməyən, lakin ilkin araşdırma zamanı izahat vermiş Şahid1 izahatında 26 noyabr 2022-ci il tarixdə həmkəndlisi Gündüz Rəhimovla birlikdə Ağdaş rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı Şahid2 xidməti otağında olan zaman tanımadıqların bir nəfər şəxsin sərxoş halda otağa daxil olaraq qışqıraraq səs-küy saldığını, bu zaman onu sakitləşdirmək Şahid2 iş rejimini pozduğunu, polislər tərəfindən xəbərdarlıq olunmasına baxmayaraq öz qanunsuz əməlinə davam etdirdiyini və polisin qanuni tələbinə tabe olmadığını bildirdi. İnzibati xəta haqqında materiala əlavə edilmiş “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 26 noyabr 2022-ci il tarixdə saat 19:30-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş videodiskdən müəyyən edilir ki, Şəxs Ağdaş rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı Şahid2 otağında ucadan nalayiq ifadələr işlətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Azərbaycan Respublikası İXM-nin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələsini həll edir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaya yol verməsi prorokol tərtib etmiş şəxsin, şahidlərin izahaları və iş materialları ilə tam sübuta yetir, həmin xətanı törətməkdə təqsirlidir, əməlin inzibati xəta olmasını aradan qaldıran və inzibati məsuliyyəti istisna edən halları yoxdur. Lakin Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən səxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün ilk öncə polisin tələbləri qanuni olmalı, bu tələblər ictimai qaydanın mühafizəsi vəzifələrini yerinə yetirərkən irəli sürülməlidir. Məhkəmə araşdırması zamanı polis əməkdaşının ictimai qaydanın mühafizə vəzifələrini icra etməsi zamanı deyil, xidməti vəzifələrini iş yerində yerinə yetirərkən baş vermişdir. Belə olan halda Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində təsbit edilən əlamətlər müəyyən edilmədi. Buna görə də Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata qeyd edilən hissədə inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş Şəxs törədilmiş inzibati xətanın xarakterini, şəxsiyyətini, işin hallarını, əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində AR İXM-nin 510-cu maddəsi ilə inzibati həbs tənbehi tətbiq edilməli, inzibati həbsin əvvəli 26 noyabr 2022-ci il tarixdən saat 19:30-dan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib, 5 (beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli 26 noyabr 2022-ci il tarixdən saat 19:30-dan hesablansın. Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə aid hissədə inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar