Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-677/2022 29.11.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1, Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri X2 iştirakı ilə Ağdaş Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Ağdaş Rayon Məhkəməsinin 2(014)-3637/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən yaranmış 9650 manat məbləğində aliment borcunu X3 qərəzli olaraq ödəməmiş, Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri X2 qanuni tələbini yerinə yetirməmişdir. Buna görə onun barəsində 29 noyabr 2022-ci il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri X6 məhkəmə iclasında Ağdaş Rayon Məhkəməsinin 2(014)-3637/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduğunu və xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edildiyini, icra sənədinin icrası ilə bağlı Şəxs rəsmi qaydada xəbərdarlıq edildiyini, izahatının alındığını, lakin borclunun təyin olunmuş alimenti ödəmədiyinə görə onun 9650 manat məbləğində aliment borcunun yarandığını, sonuncu dəfə 2020-ci ilin noyabr ayında 500 manat məbləğində ödəniş etdiyini, Şəxs İcra və Probasiya şöbəsinə çağırılaraq izahatı alınaraq, ondan aliment borcunun ödənilməsinin tələb olunduğunu, lakin borclu tərəfindən tələbkara olan aliment borcunun ödənilmədiyini, icra sənədi üzrə tələbkarın isə durmadan alimenti tələb etdiyini, borclunun tələbin ödənilməsinə yönəldilə bilinəcək heç bir əmlakının olmadığını, Şəxs onun qanuni tələbini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə və çağırışlara gəlmədiyinə görə Ağdaş Rayon Məhkəməsinə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimat verildiyini, məhkəmənin 8(014)-499/2018 saylı, 22 yanvar 2018-ci il tarixli qərardadı ilə təqdimat təmin olunaraq borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının qərara alındığını, Şəxs barəsində Ağdaş Rayon Polis Şöbəsində xx.xx.2018-ci il tarixdə 8/132-15882-148 saylı axtarış işi açıldığını, borclunun Azərbaycan Respublikasında olmadığı müəyyən edildiyindən xx.xx.2018-ci il tarixdə barəsində dövlətlərarası axtarış işi açıldığını, xx.xx.2022-ci il tarixdə Şəxs tapılaraq Polis vasitəsi ilə Ağdaş rayon İcra və Prosbasiya şöbəsinə gətirildiyini, borclunun adına borcun ödənilməsi üçün hər hansı bir əmlakının aşkar edilmədiyini, buna görə borclunun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərildiyini bildirdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilərək maddi imkanı yaxşı olmadığından yaranmış aliment borcunu vaxtı-vaxtında ödəyə bilmədiyini, buna görə 9650 manat məbləğdə aliment borcunun yarandığını, yaranmış aliment borcundan hazırda 1500 manat məbləğində ödəniş edəcəyini, bundan sonra da hər ay 180 manat alimenti və yaranmış borcdan da hər ay 1000 manat məbləğində ödəniş edəcəyinə söz verdiyini bildirdi. Zərərçəkmiş şəxs X7 məhkəmə iclasında Şəxs tərəfindən yaranmış aliment borcunun vaxtında ödənilmədiyini, buna görə 9650 manat alimentin borcunun yarandığını bildirdi və Şəxs hazırda yaranmış 9650 manat aliment borcunun 1500 manatını ödədiyinə və qalan borcu da hər ay 1000 manat məbləğdə, eyni zamanda alimenti hər ay vaxtıvaxtında ödədiyəcyinə söz verdiyinə görə onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X4 və Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri X5 dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, işə əlavə olunmuş inzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxs X1 29 noyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, o, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə gətiriləndən sonra yaranmış 9650 manat aliment borcunun 1500 manatını ödədiyinə görə Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərədə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü Sədrlik edən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddələrinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1, 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işlərə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənləri nəzərə alaraq hesab edirəm ki, hazırki halda Şəxs əməlində inzibati xəta tərkibi yoxdur, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,105,114,115, 28-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxx 1972-ci ildə Ağdaş rayonu Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdaş rayonu Dəhnəxəlil kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-677/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-677/2022
29.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver