Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 3(014)-678/2022 02.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi ilə, X3 İXP ******* saylı inzibati xəta protokolunun ləğv edilməsi barədə şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: X6 ərizə ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: Həmin Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; Həmin Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. X3 məhkəməyə təqdim etdiyi şikayətə İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş qərar əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, İnzibat Xətalar Məcəlləsində inzibati xəta protokolundan şikayət verilməsi nəzərdə tutulmadığından X3 şikayəti geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 132-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X1 İXP ******* inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə verdiyi şikayət ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılsın. X2 qərardadda qeyd edilən yanlışlıqları aradan qaldıracağı təqdirdə yenidən şikayətlə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardad elan edildiyi vaxtdan qanuni qüvvəyə minir və ondan şikayət vermək hüququ nəzərdə tutulmamışdır. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-678/2022
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №3(014)-678/2022
02.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver