Məhkəmə qərarları › İş №3(014)-679/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-679/2022

01.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-679/2022 01.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1981-ci ildə Ağdaş rayonunun Bulaqotağı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində Ağdaş rayonunun Bulaqotağı kəndində şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı Elçin Mütəllimovun 15 may 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə Şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Zərərçəkmiş şəxs onun anasıdır. Onun təxminən iki aydır ki, anası Saqibənin yanında qalır. Anası Saqibə ilə əvvəllər aralarında heç bir mübahisə və dava-dalaş baş verməmiş, lakin son vaxtlar anası Saqibə ilə aralarında tez-tez mübahisə və söz-söhbətlər baş verir. Buna səbəb onun anası Saqibənin yanında, ata evində qalmasına anası Saqibənin narazılıq etməsidir. xx.xx.2022-ci il tarixdə saat təxminən 20:00 radələrində yaşadığı evdə olmuş, həmin vaxt anası Saqibə ona nə üçün onun yanında qalmasını söyləmişdir. O da anası Saqibəyə ata evində qaldığını və buradan heç bir yerə getməyəcəyini söyləmişdir. Həmin vaxt anası Saqibə ona nalayiq ifadə işlətmiş, buna görə də anası Saqibə ilə arasında mübahisə baş vermişdir. Daha sonra o, evin digər otağına keçmişdir. Anası Zərərçəkmiş şəxs ilə onun arasında heç bir dava-dalaş baş verməmiş, o, anası Saqibəni vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Həmin vaxt onların aralarında yalnız söz mübahisəsi baş vermiş, mübahisə zamanı o, anası Saqibəyə nalayiq ifadələr işlətməmişdir. Lakin anası Saqibə ona nalayiq ifadələr işlətmişdir. Mübahisə zamanı orada ondan və anası Saqibədən başqa bacısı X3 olmuşdur. Yaranmış səs-küyə heç kim gəlməmişdir. Buna görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs onun qızıdır. Qızı Rahibə təxminən iki aya yaxındır ki, onun Ağdaş rayonu Bulaqotağı kəndində yerləşən evində onunla birlikdə yaşayır. Qızı Rahibə ilə əvvəllər aralarında heç bir mübahisə və ya dava-dalaş baş verməmiş, lakin son zamanlar qızı Rahibə ilə aralarında söz-söhbətləri yaranmışdır. Həmin söz-söhbətlərə səbəb qızı Rahibənin onu yaşadığı evdən çıxarmaq istəməsidir. xx.xx.2022-ci il tarixdə saat təxminən 20:00 radələrində yaşadığı evdə olmuş, həmin vaxt qızı Rahibə ilə arasında mübahisə baş vermiş, aralarındakı mübahisəyə səbəb Rahibənin yenə də onu yaşadıqları evdən çıxarmaq istəməsi olmuşdur. Mübahisə zamanı qızı Rahibə ona nalayiq ifadələr işlədərək əlləri ilə onun qolundan, sifətindən və bədəninin digər nahiyələrindən vurmuşdur. Daha sonra isə Rahibə oradan çıxıb getmişdir. Davadalaş zamanı o, qızı Rahibəni vurmamış, ona heç bir xəsarət yetirməmiş, dava-dalaş zamanı qızı Rahibəyə nalayiq ifadələr işlətməmişdir. Lakin qızı Rahibə ona nalayiq ifadələr işlətmişdir. Həmin vaxt orada ondan və Rahibədən başqa heç kim olmamış, yaranmış səsküyə, heç kim gəlməmişdir. Hazırda barışmamışlar və Rahibə barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X4 izahatında bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində Ağdaş rayonunun Bulaqotağı kəndində şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Hadisə araşdırılaraq cinayət işinin başlanmasının rədd olunması haqqında qərar və daha sonra inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün və zərərçəkmiş şəxsin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Eyni zamanda, Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X2 25 may 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və 01 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi barədə qərarlarından görünür ki, Şəxs RPŞ-yə gəlməsi mümkün olmadığından iş üzrə icraat 25 may 2022-ci il tarixdən 01 dekabr 2022-ci il tarixədək dayandırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə işin hallarını nəzərə alaraq Şəxs onun təqsirli hesab olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar