Məhkəmə qərarları › İş №3(014)-684/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-684/2023

07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-684/2023 07.11.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X11 oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X10 Nəzarət və X2 müdir əvəzi X4 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 22 avqust 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 22 avqust 2023-cü il tarixli MN ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 22 avqust 2023-cü il tarixli MN ******* saylı qərarının ləğv edilməsinə və inzibati xəta haqqında icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət vermiş şəxs X5 məhkəmə iclasına nümayəndəsini göndərsə də həmin nümayəndə səlahiyyətini təsdiq edən sənədi təqdim etmədiyindən işə buraxılmamışdır. Şikayət vermiş şəxs X5 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 275.1.1-ci maddəsi ilə 22 avqust 2023-cü il tarixdə ******* nömrəli qərar qəbul edilmiş, həmin qərara əsasən 2500 manat cərimə edilmişdir. O, “Xoldinq” LTD şirkətinin direktorudur. Həmin şirkət Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsindən müvafiq rəy aldıqdan sonra fəaliyyətə başlamışdır. Hətta hər il Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ətraf mühitin çirkləndirilməsinə görə müvafiq (ödəniş tapşırıqları və elektron qaimələr) rüsumlar ödəyir. Belə ki, müvafiq rəyə uyğun olaraq ayrılmış ərazilərdən torpaq daşıyaraq şirkətə gətirilir. 2023-cü ilin ortalarında Dövlət Ekspertiza İdarəsindən müvafiq rəyinin müddəti bitdiyindən şirkət torpaq daşımalarını dayandırmışdır və yenidən müvafiq rəy alınması üçün tədbirlər görməyə başlamışdır. Lakin bütün bunlara baxmayaraq, 08 avqust 2023-cü ildə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən barəsində MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan sonra ona 16 avqust 2023-cü il tarixli MƏCBURİ GÖSTƏRİŞ göndərilmişdir. Hal bu ki, şirkət artıq uzun müddətdir ki, fəaliyyət göstərməmişdir. Məcburi göstərişdə müvafiq ekspert rəyinin alınmasına 1 ay müddət verilsə də, nədənsə həmin müddət gözlənilmədən barəsində 22 avqust 2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixli MƏCBURİ GÖSTƏRİŞ ona çatmamış inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Şirkət rəhbəri kimi üzərinə düşən bütün vəzifə və öhdəlikləri layiqincə yerinə yetirir. Lakin hesab edir ki, barəsində qəbul edilmiş qərar onun hüquqları pozulmaqla həyata keçrilmişdir. İlk növbədə ona görə ki, əgər onun əməlində qanun pozuntusu varsa niyə o, dövlətə 31 iyul 2023-cü il tarixdə, 15 avqust 2023-cü müvafiq rüsumlar ödənilməsi tələb edilirdi. Bundan başqa Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən əsassız qərar qəbul edilmiş, qərar qəbul edilərkən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onun iştrakı təmin edilməmiş və qanunla qorunan hüquqları pozulmuşdur. Məhkəmədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsi ilə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat məbləğində cərimə olunmağı barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 22 avqust 2023-cü il tarixli MN ******* saylı qərarının ləğv edilməsinə və barəsində olan inzibati icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclаsında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X6 Nəzarət və X2 müdir əvəzi X9 izah etdi ki, nümayəndəsi olduğu şöbənin əməkdaşları Ağdaş rayonu, Kükəl kənd ərazisində reyd apararkən Xoldinq LTD şirkətinin direktoru X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin müsbət rəyi olmadan fəaliyyət göstərdiyini aşkar etmişlər. Bu barədə bölmənin əməkdaşları tərəfindən akt və inzibati protokol tərtib edilmiş və onun barəsində 22 avqust 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarla 2500 manat inzibati cərimə tətbiq edilmişdir. Qərar qəbul edildikdən sonra qanunla müəyyən olunmuş müddətdə və qaydada inzibati xəta törətmiş şəxsə göndərilmişdir. Daha sonra məhkəmə iclasında sualları cavablandıran Elnur Namazlı bildirdi ki, inzibati xəta haqqında protokola baxılmasının yeri və vaxtı barədə Ərzuman Hacıyevə məlumat verilmiş, o, inzibati işə baxılmasında iştirak etməmiş və qərar onun iştirakı olmadan çıxarılmış, lakin Ərzuman Hacıyevin lazımi qaydada məlumatlandırılmasına dair hər hansı sübut təqdim edə bilmir. Məhkəmədən X5 tərəfindən verilmiş şikayətin rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin 04 noyabr 2013-cü il tarixli 15/3331 saylı məktubundan görünür ki, sahibkarlıq fəaliyyəti mıqsədi ilə karxana təsərrüfatının təşkili üçün 22 may 2013-cü il tarixli 1 saylı müqavilə ilə 1,0 ha torpaq sahəsi Xoldinq LTD Şirkətinə icarəyə verilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi barədə 01 iyul 2023-cü il tarixli əmrlərdən görünür ki, 01 iyul 2023-cü il tarixdə Xoldinq LTD şirkətinin 35 əməkdaşının əmək müqavilələrinə xitam verilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Elnur Namazlı tərəfindən məhkəmə iclasında təqdim olunmuş 01 avqust 2023-cü il tarixli arayışdan görünür ki, həmin arayış Xoldinq LTD şirkətinin direktoru X5 tərəfindən 01 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanlanmışdır və həmin arayışda qeyd olunur ki, ehtiyatda olan gil ehtiyatı qurtardığı üçün 01 iyul 2023-cü ildə məcbur olub müəssisənin fəaliyyətini dayandırmışlar, 42 nəfər işçi isə müqaviləsinə xitam verilərək evlərinə göndərilmişdir. Deyilənləri düzgün təhlil edərək onlara yol göstərilməsi və müəssisənin gələcək fəaliyyətinə köməklik edilməsi xahiş olunmuşdur. Əlavə olaraq 01 noyabr 2013-cü il 788 №-li Dağ-mədən ayırması A k t ı əsasında xx.xx.2013-cü il 15/333 №-li Dövlət Ekspertiza İdarəsinin rəyi də müəssisə üçün verilmişdir. Müəssisənin işləməsi üçün Dövlət Ekspertiza idarəsinin rəyi adlı sənəd onlardan tələb olunmamış və belə bir sənədin mövcudluğu barədə onlarda m ə l u m a t yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 08 avqust 2023-cü il tarixli MN ******* saylı protokolundan görünür ki, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin müsbət rəyi olmadan fəaliyyət göstərdiyi aşkar olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 22 avqust 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin müsbət rəyi olmadan fəaliyyət göstərdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsi ilə təqsirli bilinib 2500 manat inzibati cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7 Agentliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanlandığı məktubdan görünür ki, Ağdaş rayonu Kükəl kəndində fəaliyyət göstərən Xoldinq LTD-yə məxsus kərpic emalı sahəsinin fəaliyyətinə dair müsbət ekoloji ekspertiza rəyi verilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar 275.1.1-ci maddəsinə əsasən ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına, yəni X7sının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə X7sının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan dörd yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və X8 X6 Nəzarət və X2 müdir əvəzi X4 izahatını dinləyib, şikayət vermiş şəxs X1 ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri, inzibаti хətа hаqqındа protokolu və həmin protokol əsasında qəbul edilmiş qərarı, eləcə də məhkəmə iclasındə təqdim olunmuş sənədləri аrаşdırıb hеsаb еdir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 22 avqust 2023-cü il tarixli MN ******* saylı qərarı ləğv edilməli, X1 əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış inzibati xətalar haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Xoldinq LTD şirkətinin direktoru X5 ərizəsində 2023-cü ilin ortalarında Dövlət Ekspertiza İdarəsindən müvafiq rəyinin müddəti bitdiyindən şirkətin torpaq daşımalarını dayandırdığını və yenidən müvafiq rəy alınması üçün tədbirlər görülməyə başlandığını bildirmiş və həmin fakt iş materialları ilə öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan əmrlərdən görünür ki, müəssisənin işçilərinin əmək müqavilələrinə 01 iyul 2023-cü il tarixdə xitam verilmiş, bununla yanaşı Xoldinq LTD şirkətinin direktoru X5 tərəfindən 01 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə arayış ünvanlayaraq ehtiyatda olan gil ehtiyatı qurtardığı üçün 01 iyul 2023-cü ildə məcbur olub müəssisənin fəaliyyətini dayandırdıqlarını, 42 nəfər işçi isə müqaviləsinə xitam verildiyini bildirərək onlara yol göstərilməsini və müəssisənin gələcək fəaliyyətinə köməklik edilməsini xahiş olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə 01 avqust 2023-cü il tarixdə bu barədə məlumat verilməsindən və müvafiq sənədlərin alınmasına köməklik göstərilməsi ilə əlaqədar müraciət olunmasından sonra 08 avqust 2023-cü il tarixdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları sözügedən müəssisədə qanunsuz olaraq protokol tərtib etmişlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1, 53.1.1 və 53.1.2-ci maddələrinə görə inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Bundan əlavə, şikayət vermiş şəxs X5 qərar qəbul edilərkən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onun iştirakı təmin edilmədiyini və onun qanunla qorunan hüquqlarının pozulduğunu bildirmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və X8 X6 Nəzarət və X2 müdir əvəzi X9 məhkəmə iclasında Ərzuman Hacıyevin inzibati işə baxılmasının yeri və vaxtı barədə məlumatlandırıldığını bildirsədə bunu heç bir sübutla təsdiq edə bilməmişdir. Məhkəmə qeyd edir ki, bu pozuntular X1 öz müdafiə hüququnu qurmaqdan məhrum olunması anlamına gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Hazırkı inzibati xəta haqqında işə baxılmasına dair məlumatın nə şəxsən, nə də poçt vasitəsilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim olunması sübut olunmur. Məhkəmə qeyd edilən hallara qiymət verərək hesab edir ki, işə baxılmasının yeri və vaxtı barədə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 məlumat verilmədən baxılması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə hesab edir ki, işə baxılmasının yeri və müddəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 məlumat verilmədən baxılması nəticəsində X5 inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək və işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək kimi hüquqlarından məhrum edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında qərarı qəbul edilərkən X3 lazımı qaydada məlumatlandırılmaması və iştirakının təmin edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1 və 84.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qeyd edilənlərə əsaslanaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 128-136-cı maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsi ilə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 22 avqust 2023-cü il tarixli MN ******* saylı ləğv edilsin. X1 barəsində başlanmış inzibati xətalar haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar