Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 3(014)-685/2023 24.11.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X19 oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs firmasının nümayəndəsi X9, İnzibati xəta haqqında protokolu tərtib etmiş DMXEİA-nın nümayəndəsi X10 iştirakları ilə, Hüquqi şəxs Şəxs firması tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair X20 X3 daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: X20 X4 Monitorinq və Nəzarət şöbəsinin mütəxəssisi X11 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola görə hüquqi şəxs olan Şəxs firması Ağdaş rayonu “Türyançay” qum-çınqıl yatağında ona ayrılmış sahə hüdudlarından kənarda qum-çınqıl hasilatı aparmışdır. Buna görə 31 oktyabr 2023-cü il tarixdə hüquqi şəxs Şəxs firması barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmiş, inzibati xəta haqqında material 02 noyabr 2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş DMXEİA-nın nümayəndəsi X16 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, 31 oktyabr 2023-cü il tarixdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən, X20 X6 daxil olmuş müraciət əsasında, 31 oktyabr 2023-cü il tarixdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçimüfəttişi X8 və Şəxs firmasının sahə rəisi X9 iştirakları ilə Ağdaş rayonu ərazisində yerləşən “Türyançay” qum-çınqıl yatağında fəaliyyət göstərən hüquqi şəxs Şəxs firmasına məxsus karxana sahəsinə baxış keçirilmiş, baxış zamanı karxana sahəsinə daxil olarkən orada hasilat işlərinin aparıldığı, ərazidə 1 ədəd yükləyici kon və 1 ədəd ağır tonajlı yük avtomobilinin olması müşahidə olunmuş, hasilat işləri aparılmış sahənin koordinatları götürülmüş, ölçü işləri aparılmış və müəyyən edilmişdir ki, ayrılmış sahənin həm daxilində, həm də xaricində hasilat işləri aparılmışdır. Buna görə hüquqi şəxs Şəxs firmasının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Aşkar olunmuş pozuntu ilə bağlı tərtib olunmuş akt və çəkilmiş fotoşəkillər inzibati xəta haqqında protokola əlavə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs firmasının sahə rəisi X17 akta və inzibati xəta haqqında protokola imza etməkdən imtina etmişdir. Məhkəmə iclasında sualları cavablandıran DMXEİA-nın nümayəndəsi X16 bildirdi ki, ümumilikdə koordinatlar CPS ölçü cihazı vasitəsi ilə müəyyən olunur. Bu qeyd olunan koordinatlar da həmin cihazla ölçülmüşdür. Məhkəməyə təqdim etdiyi peykdən çəkilən görüntüdə Şəxs firmasına məxsus Ağdaş rayonu ərazisində yerləşən Türyançay qum-çınqıl yatağının koordinatlarının şəkli var, lakin həmin şəkil ətrafında ölçülər rəqəmlərlə qeyd olunmur. Lakin təqdim olunmuş xəritədə həmin koordinatlar aşkar şəkildə qeyd olunmuşdur. Ağdaş rayonu ərazisində yerləşən Türyançay qum-çınqıl yatağında fəaliyyət göstərən hüquqi şəxs Şəxs firmasına məxsus karxana sahəsinə baxış keçirilərkən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi ilə yanaşı X20 X4 Monitorinq və Nəzarət şöbəsinin mütəxəssisi X11 da baxışda iştirak etmiş və inzibati xəta aşkar olunduğuna görə yerində protokol tərtib edilmişdir. Göstərilənləri, yəni hüquqi şəxs Şəxs firmasının ona məxsus Ağdaş rayonu ərazisində yerləşən Türyançay qum-çınqıl yatağında onlar üçün ayrılmış sahədən kənarda yerin təkində qanunsuz hasilat işləri aparmaqla Yer Təki haqqında Azərbaycan Respublikasının Qanununun 9, 21, 46-cı maddələrinin tələblərini pozduğunu nəzərə alaraq onun barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs firmasının nümayəndəsi X17 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Ağdaş rayonu “Türyançay” qum-çınqıl yatağında fəaliyyət göstərən hüquqi şəxs Şəxs firmasına məxsus karxana sahəsinə ayrılmış torpaq sahəsinin uzunluğu 250 metr, eni 80 metr olmaqla 2 ha təşkil edir. O, həmin koordinatlar çərçivəsində fəaliyyət göstərmiş, koordinatlardan kənar çıxmamışdır. 2 hektar ərazidə də hasilat aparmışdır. 31 oktyabr 2023-cü il tarixdə Protokol tərtib olunarkən X20 X4 nümayəndəsi koordinatları ölçmək üçün gətirdiyi cihaz nasazlıq səbəbindən işləməmişdir. Bu səbəbdən həmin mütəxəssislər təxmini koordinatları müəyyən etməyə çalışmışlar. O, CPS cihazı ilə gələn şəxsdən 3-cü nöqtəni göstərməsini xahiş etmiş, lakin həmin şəxs 3-cü nöqtəni tapıb ona göstərə bilməmişdir. Firma tərəfindən Şəxs-ə məxsus olan sahənin ətrafından 3 mert, bəzi yerlərdə 4 mert olmaqla su ötürücü kanal qazılmışdır və oradan çıxan material firma tərəfindən mənimsənilməmişdir, bənd kimi yığılıb qalmışdır. Çünki su ərazidən çıxmasa hasilat aparmaq mümkün olmur. Onlar, yəni Ağdaş rayonu “Türyançay” qum-çınqıl yatağında fəaliyyət göstərən hüquqi şəxs Şəxs firması ona məxsus 2 hektardan kənarda material (qum-çınqıl) götürüb istifadə etməmişdir. Əgər lazımdırsa ekspertiza təyin edilsin, qeyd olunan ziddiyyətlər aydınlaşdırılsın. Məhkəmə iclasında sualları cavablandıran X17 bildirdi ki, Ağdaş rayonu ərazisində yerləşən “Türyançay” qum-çınqıl yatağında fəaliyyət göstərən hüquqi şəxs Şəxs firmasına məxsus karxana sahəsinə baxış keçirilərkən X20 X4 Monitorinq və Nəzarət şöbəsinin mütəxəssisi X11 baxışda iştirak etməmiş, baxışda yalnız 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi iştirak etmişdir. O, izahatını restoranda vermiş, eyni zamanda Şəxs firması barəsində inzibati xəta aşkar olunduğuna görə yerində protokol tərtib edilməmişdir. Hüquqi şəxs Şəxs firmasına məxsus “Türyançay” qum-çınqıl yatağında fəaliyyət göstərən karxana sahəsində qanunsuz hasilat işləri aparmadığına görə sahə rəisi olaraq inzibati xəta haqqında protokola, eyni zamanda akta (aktda onun vəzifəsi səhvən Şəxs firmasının mühəndisi kimi göstərilmişdir) imza etməkdən imtina etmişdir. Çünki protokolun düzgün tərtib olunmadığını görmüşdür. Odur ki, qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 31 oktyabr 2023-cü il tarixli 000154 №-li aktının surətindən görünür ki, 31 oktyabr 2023-cü il tarixdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X20 X6 daxil olmuş müraciəti əsasında 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi X8 və Şəxs firmasının sahə rəisi X9 iştirakı ilə Ağdaş rayonu ərazisində yerləşən Türyançay qum-çınqıl yatağında fəaliyyət göstərən hüquqi şəxs Şəxs firmasına məxsus karxana sahəsinə baxış keçirilmiş, baxış zamanı karxana sahəsinə daxil olarkən orada hasilat işlərinin aparıldığı, ərazidə 1 ədəd yükləyici kon və 1 ədəd ağır tonajlı yük avtomobilinin olması aşkar edilmiş, hasilat işləri aparılmış sahənin koordinatları götürülmüş, ölçü işləri aparılmış və müəyyən olunmuşdur ki, ayrılmış sahənin həm daxilində, həm də xaricində hasilat işləri aparılmışdır. Belə ki, ayrılmış sahə daxilində 2610 m2 sahədə, orta istismar qalınlığı 1 m olmaqla 2610 m3, ayrılmış sahənin xaricində isə 1580 m2 sahədə, orta istismar qalınlığı 1 m olmaqla 1580 m3 həcmində qum-çınqıl xammalının hasilatı aparılmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli 12 №-li Podrat müqaviləsindən görünür ki, “Sifarişçi” adlandırılacaq Şəxs firmasının direktoru X7 şəxsində bir tərəfdən və bundan sonra “Podratçı” adlandırılacaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi X14 şəxsində digər tərəfdən (hər iki tərəf bir yerdə “Tərəflər” adlandırılacaq), müəyyən şərtlər altında müqavilə bağlamışlar. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin xx.xx.2020-ci il tarixli ER-22/16 №-li ekoloji ekspertiza rəyindən görünür ki, Ağdaş rayonu ərazisində yerləşən Türyançay hidroqovşağının yuxarı hissəsində yığılmış inert materialların istifadə edilməsi məqsədilə Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının 2019-cu il 09 dekabr tarixli 186 nömrəli sərəncamı ilə döngə nöqtələrinin koordinatları makşeyder planında əks olunmuş 2.0 ha (250.0 m x80.0 m) torpaq sahəsi, ayrılmış 2.0 ha sahədə istismar işlərinin açıq-karxana üsulu ilə üç ekskavator və bir G 1001 D buldozerin tətbiri ilə həyata keçirilməsi, istismar işlərinin ilkin ehtiyatı 100.0 min m3 olmaqla 1.0 m dərinliyə qədər 10.0 min m3 həcmində aparılması, istismar zamanı ayrılmış “Dağ-mədən ayırması” sahəsindən kənaraçıxma hallarına yol verilməməsi və istismar işlərinin müəyyən edilmiş dərinliyə qədər aparılmasının təmin olunması və sair tələblərə riayət edilməsi şərtləri altında Şəxs firmasına 2 il müddətinə icarəyə verilmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin 01247 №-li “Dağ-mədən ayırması” aktının surətindən görünür ki, yer təki sahəsindən açıq (yeraltı) üsulla “Türyançay” qum-çınqıl yatağında qumçınqıl hasilatı məqsədi ilə Şəxs firmasına verilən dağ-mədən ayırması Azərbaycan Respublikası, Ağdaş rayonunun inzibati ərazisində yerləşir. Əlavə olunan topoqrafik planın surətinin, həmçinin Markşeyder planı üzərində 1, 2, 3 və 4 künc nöqtələri ilə nömrələnmişdir. Məhkəməyə təqdim edilmiş Şəxs firmasına məxsus Ağdaş rayonu ərazisində yerləşən “Türyançay” qum-çınqıl yatağının xəritəsindən görünür ki, “Dağ-mədən ayırması”nın sahəsi 2.0 ha olmaqla, uzunluğu 250 m, eni 80 m, künc nöqtələri 1, 2, 3, 4 ilə göstərilmişdir. Məhkəməyə təqdim edilmiş peykdən çəkilmiş görüntü ilə bağlı fotoşəkildən görünür ki, Şəxs firmasına məxsus Ağdaş rayonu ərazisində yerləşən “Türyançay” qum-çınqıl yatağının ərazisi görünsə də, ərazinin koordinatları və ölçüləri görünmür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs firmasının nümayəndəsi X12, inzibati xəta haqqında protokolu tərtib etmiş DMXEİA-nın nümayəndəsi X13 dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər əlavə yoxlanılması üçün geri qaytarılmalıdır. Beləliklə təqdim olunmuş sənədlərdən görünür ki, X20 X4 Monitorinq və Nəzarət şöbəsinin mütəxəssisi X11 tərəfindən hüquqi şəxs olan Şəxs firması barədə tərtib olunmuş inzibati xəta haqqında protokol qanunun tələblərinə riayət edilmədən natamam şəkildə məhkəməyə verilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, inzibati xəta CPS cihazı vasitəsi ilə aşkar edilmişdir, lakin inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə həmin cihazın göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar qeyd olunmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. Eyni zamanda, tərtib olunmuş inzibati xəta haqqında protokolda protokol tərtib edilərkən protokolun tərtib edilməsində iştirak edən Təməl–M firmasının nümayəndəsi barədə heç bir məlumat qeyd olunmamış, sadəcə hüquqi şəxsin adı qeyd olunmuşdur və bu səbəbdən protokol tərtib edilərkən hüquqi şəxsin nümayəndəsinə hüquqları və vəzifələrinin izah olunması protokoldan məlum olmur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Bundan əlavə, hüquqi şəxsin nümayəndəsi protokolu imza etməmiş və imza etməməsinin sabəbi barədə protokolda heç bir məlumat qeyd olunmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Eyni zamanda, inzibati xəta haqında protokolda Şəxs firmasına məxsus Ağdaş rayonu ərazisində yerləşən “Türyançay” qum-çınqıl yatağında ona ayrılmış sahə hüdudlarından kənarda qum-çınqıl hasilatının aparıldığı qeyd olunsa da, X20 X4 nümayəndəsi məhkəmə iclasında bu halı sübut edə bilməmiş, həmçinin məhkəməyə təqdim olunmuş Ağdaş rayonu ərazisində yerləşən “Türyançay” qum-çınqıl yatağının Təməl-M firmasına məxsus ərazinin peykdən çəkilmiş görüntülərində də həmin ərazinin koordinatları rəqəmlərlə qeyd olunmamış, nümayəndə isə peyk görüntülərində ərazinin koordinatlarının rəqəmlərlə təsvir olunmasına dair peyk görüntüsünü məhkəməyə təqdim edə bilməyəcəyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs firmasının nümayəndəsi X17 Şəxs firmasına məxsus Ağdaş rayonu ərazisində yerləşən “Türyançay” qum-çınqıl yatağında ona ayrılmış sahə hüdudlarından kənarda qum-çınqıl hasilatının aparıldığını birmənalı olaraq inkar edir, işdə toplanmış sübutlarla isə həmin xətanın törədilməsi tam olaraq təsdiq edilmir. Odur ki, qeyd edilən inzibati xətanın törədilib-törədilməməsi ilə bağlı yenidən araşdırma aparılmasına zərurət yaranır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs firması tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törədilməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından, yenidən araşdırma aparılması üçün onu tərtib etmiş orqana - Dövlət Mineral X1ytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs firması tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törədilməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından, yenidən araşdırma aparılması üçün onu tərtib etmiş orqana - Dövlət Mineral X1ytarılsın. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-685/2023
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №3(014)-685/2023
24.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver