Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-690/2022 16.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi, şikayət vermiş şəxs X2, qərarından şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X10 iştirakı ilə X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 25 oktyabr 2022-ci il tarixli MN ******* №-li inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 25 oktyabr 2022-ci il tarixli MN ******* №-li inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs X8 şikayətini onunla əsaslandırmışdır ki, Ağdaş rayonu Şıxlı kəndi orta məktəbinin ərazisində kəndarası yolla həmsərhəd çəpər hissədə olan qurumuş qovaq ağacları küləkdə kökündən aşdığından və kənd yolunu bağladığından kəsilərək həmin məktəbin isidilməsi üçün məktəbə təhvil verilmişdir. Həmin quru qovaq ağacları aşarkən bir ədəd yaş halında olan qovaq ağacının da budaqlarını sındırdığından budamaqla həmin ağacın budaqları götrülmüşdür, lakin kök hissəsi yerində qalmışdır. Həmin inzibati xəta onun tərəfindən törədilməmişdir. Ümumiyyətlə o, ağac kəsməmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən əsassız qərar qəbul edilmiş, qərar qəbul edilərkən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onun iştrakı təmin edilməmiş və qanunla qorunan hüquqları pozulmuşdur. Şikayət vermiş şəxs X8 məhkəmə iclasında şikayətində göstərilənləri təsdiq edərək 2021-ci ilin noyabr ayında Ağdaş rayonu, Şıxlı kəndində, M.Həmidov adına tam orta məktəbin direktoru Sona Əhmədovanın məktəbin ərazisində qovaq ağaclarının külək nəticəsində qırılaraq tut ağaclarının üzərinə aşması barədə ona məlumat verdiyini, həmin məlumat əsasında tərəfindən məktəbin ərazisinə baxış keçirildiyini, baxış zamanı məktəbin inzibati binasının sol tərəfində çəpərin kənarında olan 04 ədəd qovaq ağacının külək nəticəsində qırılaraq tut ağaclarının üzərinə düşdüyünün, 01 ədəd qovaq ağacının isə yola yıxılaraq yolu bağladığının müəyyən edildiyini, bundan sonra dərhal 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə baş vermiş hadisə barədə məlumat verdiyini, lakin külək nəticəsində yıxılmış ağacların şagirdlərin həyatı üçün təhlükə yaratdığından M.Həmidov adına məktəbin dalandarı vəzifəsində işləyən Rəhman Cəfərova ağacların tez bir zamanda budanmasını tapşırdığını, yəni Rəhman Cəfərova külək nəticəsində aşmış 04 ədəd qovaq ağacını və qovaq ağacının aşması nəticəsində zədələnmiş 2 ədəd tut ağacını kəsməsi barədə müvafiq tapşırıq verdiyini və bundan sonra məktəbin ərazisindən uzaqlaşdığını, hadisədən təxminən 1 həftə sonra 8 saylı Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları məktəbin ərazisində kəsilmiş ağaclara baxış keçirdiyini, 07 fevral 2022-ci il tarixdə M.Həmidov adına tam orta məktəbin direktoru Sona Əhmədovanın ona zəng edərək 8 saylı Ekologiya və Təbii Sərvətlər idarəsinin Samir və Əfqan adlı nümayəndələrinin məktəbin ərazisində kəsilmiş ağaclara təkrar baxış keçirdiklərini bildirdiyini, bundan sonra dərhal M.Həmidov adına tam orta məktəbin ərazisinə getdiyini, Samir Abdullayev və Əfqan Paşayev tərəfindən ağacların zədələnməsi barədə müvafiq akt tərtib edildiyini, akta əsasən M.Həmidov adına tam orta məktəbin həyətində 04 ədəd ağacın kəsildiyini, 02 ədəd tut ağacının isə zədələnməsi faktının aşkar edildiyini, qeyd olunan 04 ədəd ağacın 03 ədədinin quru, 01 ədədinin yaş vəziyyətdə qırıldığı hissədən kəsildiyini, buna görə M.Həmidov adına tam orta məktəbdə dalandar vəzifəsində işləyən Rəhman Cəfərovun 100 manat məbləğində cərimə edildiyini, 3 mart 2022-ci il tarixdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəis müavini Tofiq Əsgərovun, hüquqşunas Ramin Gülməmmədovun, aparıcı məsləhətçi Əfqan Paşayevin, mühafizə yegeri Vahid Mənsimovun və digər işcilərlə birlikdə Şıxlı kəndində yerləşən “M.Həmidov” adına məktəbin ərazisində yenidən baxış keçirməyə gəldiklərini, bu zaman məktəbin həyətinə baxış keçirilərək məktəbin həyətində ümumilikdə 23 ədəd olmaqla 14 ədəd yaş, 9 ədəd quru müxtəlif ölçülü və cinsli ağacların kəsilməsi ilə bağlı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini Tofiq Əsgərov, Elnur Nəsibov, Əfqan Paşayev, Vahid Mənsimovun iştirakı ilə akt tərtib edilərək adları qeyd edilən şəxslər tərəfindən imzalandığını, bu zaman ekologiya işçilərinə aktda ağacların qeydiyyatı zamanı müəyyən pozuntulara yol verildiyinə, məktəbin sol tərəfində ayaqyolunun qarşısında olan 2 ədəd hər birinin iki budağı olan qovaq ağaclarının 4 ədəd ayrı-ayrı ağac kimi qeydiyyata alındığına görə idarənin rəis müavini Tofiq Əsgərova öz iradını bildirdiyini, Tofiq Əsgərovun isə ona öz işini icra etdiyini bildirdiyini, halbuki onların məhv edilmiş kimi qeyd etdikləri ağacların kəsilərək məhv edilmədiyini, qeyd olunan ağaclardan yer səthindən təxminən yalnız 04 ədəd qovaq ağacının və 02 ədəd tut ağacının onun göstərişi ilə məktəbin dalandarı Rəhman Cəfərov tərəfindən 1.5-2.5 metr hündürlükdə budandığını, hal-hazırda da həmin ağacların bioloji inkşafda olduğunu, həmçinin məktəbin giriş hissəsində sol tərəfdə 01 ədəd akasiya ağacının yaxınlıqdan keçən internet xəttinə toxunduğu üçün həmin ağacın da budanmasını Rəhman Cəfərova tapşırdığını, digər ağacların isə kimin tərəfindən budandığı və ya kəsilməsi barədə məlumatının olmadığını, X24 X7 meşəbəylikləri üzrə meşə mühafizə mühəndisi X15 tərəfindən 03 iyun 2022-ci il tarixdə məktəbin ərazisinə təkrar baxış keçirilərək tərtib etdikləri rəydə qeyd olunan ağaclardan yalnız 04 ədəd qovaq ağacı, 02 ədəd tut ağacı və 01 ədəd akasiya ağacının onun göstərişi ilə dalandar tərəfindən budandığını, həmin ağacların hamısının hal-hazırda bioloji inkşafda olduğunu və məhv edilmədiyini, qeyd olunan ağacların onun göstərişi ilə məktəbin dalandarı Rəhman Cəfərov tərəfindən müxtəlif vaxtlarda kəsildiyini və budandığını, barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qərar qəbul edilərkən onun iştirakının təmin olunmadığını, onun heç bir qanun pozuntusuna, inzibati xətaya yol vermədiyini, quru ağaclar yıxılıb kəndin yolunu bağladıqdan sonra bunun nəticələrinin aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəsmi məktubla müraciət etdiyini və ona Nazirliyin X11 Agentliyinin sözügedən işlərin icrasının onun tərəfindən həyata keçirilməli olması barədə rəsmi cavab verildiyini, bundan sonra sözügedən ağacların budanmasını və yolu bağlamış quru ağacların kəsilib odun kimi məktəbin qızdırılması üçün verilməsini məktəbdə dalandar vəzifəsində işləyən Rəhman Cəfərova tapşırdığını, əslində həmin ərazinin bələdiyyənin ərazisi olduğunu, budanmış və kəsilmiş ağacların da həyətinin yanında olduğunu, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 25 oktyabr 2022-ci il tarixli MN ******* №-li inzibati tənbeh vermə haqqında qərarının surətini 24 noyabr 2022-cü il tarixdə aldığını bildirdi və onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinib 4000 manat məbləğdə cərimə olunması barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 25 oktyabr 2022-ci il tarixli MN ******* №-li inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi müddətinin bərpa edilməsi, sözügedən qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X16 məhkəmə iclasında şikayətlə razılaşmayaraq qeyd olunan faktla bağlı ilkin olaraq Ağdaş rayon Prokurorluğuna iş başlanıldığını, Ağdaş rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarı ilə Ağdaş rayon Şıxlı kənd orta məktəbinin həyətində olan ağacların kəsilməsi və budanması faktı ilə bağlı xüsusatlarda (cəmi 3 ədəd müxtəlif diametrli ağac və bir ədəd nar kolu) bələdiyyə sədri X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinin tərkib hissəsinin əlamətləri olduğuna görə iş materiallarından material ayrıldığını, həmin qərarın aidiyyəti üzrə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərildiyini, prokurorluğun qərarı əsasında və digər sübutlara istinadən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən vəzifəli şəxs Ağdaş rayon Mürsəl Bələdiyyəsinin sədri X2 barəsində onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzətdə tutulan inzibati xətanı törətdiyinə görə 4000 (dörd min) manat cərimə olunmasına dair 25 oktyabr 2022-ci il tarixli MN ******* №-li inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyini, həmçinin Bəhruz Həmidovun qeyd olunan əməlinin nəticəsində təbiətə vurulmuş ziyana görə 510 (beş yüz on) manat iddia müəyyən edildiyini, iddianın vətəndaşa - Bəhruz Həmidova göndərildiyini, hal-hazırda dörd min manat və beş yüz on manat cərimənin ödənilmədiyini, bu barədə hətta Ağdaş rayon İcra və Probasiya Şöbəsinə xx.xx.2022-ci il tarixli Ç-İM/4722-087 saylı məktubla 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müracət də olunduğunu, eyni zamanda ağacların budanmasını həyata keçirdiyi üçün məktəbdə dalandar vəzifəsində işləyən Rəhman Cəfərovun da 100 manat məbləğində inzibati cərimə edildiyini, X2 ağacları budamağı, kəsməyi tapşırmaq hüququnun olmadığını, odur ki, hesab edir ki, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022ci il tarixli MN ******* №-li qərarı qanuni və əsaslıdır, buna görə də şikayəti əsassız hesab edərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir. Şikayət vermiş şəxs X4, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Şikayətə əlavə olunmuş Ağdaş rayon Prokurorluğunun müstəntiqi X5 xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, “Yaşıllıqların mühafizəsi haqqında” Qanunun 13.4cü maddəsinə əsasən, yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının (Ekologiya və Təbii Sərvətlər Nazirliyi) rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilməli olduğu halda, Ağdaş rayonu, Mürsəl bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi nəticəsində Ağdaş rayonu, Şıxlı kəndində yerləşən “M.Həmidov adına" tam orta məktəbin ərazisində müvafiq rəy olmadan meşə fonduna daxil olmayan ağacların kəsilməsi barədə göstəriş verilməklə müxtəlif cinsli və diametrli 14 ədəd köküstə yaş, 9 ədəd qurumuş vəziyyətdə ağac qanunsuz kəsilmiş, nəticədə xeyli miqdarda olmaqla 2040 manat məbləğində ziyan dəyməsi faktına görə Azərbaycan Respublikası Baş Prokurorunun müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elmar Camalov tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 259.1 və 308.1-ci maddələri ilə başlanaraq istintaqın davam etidirilməsi üçün Ağdaş rayon prokurorluğuna göndərilmiş, fakta görə Azərbaycan Respublikası CM-nin 259.1 və 308.1-ci maddələri ilə başlanılmış ********* saylı cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi, Mürsəl bələdiyyəsinin sədri X2 əməlində Azərbaycan Respublikası İXM-nin 253.2-ci (meşə fonduna daxil olmayan ağac və kolların məhv edilməsi) maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması üçün Ağdaş rayon prokuroru qarşısında məsələ qaldırılması, iş üzrə baxış protokolları, baxış protokollarına əlavə edilmiş fotoşəkillər, şahidlərin ifadələri, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyun 2022-ci il tarixli 7/640-9/4304 nömrəli məhkəmə ekspert rəyi, X24 Təsərrufatı Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı RETSİ-nin 18 iyun 2022-ci il tarixli 4722-008 nömrəli məktubu, məktuba əlavə edilmiş dəymiş ziyanın hesablanması barədə cədvəl və toplanmış digər sənədlər iş materiallarına uyğun olmaqla, obyektiv olduqlarından mötəbər sübut kimi qəbul edilməsi, X24 Təsərrufatı Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyində Şıxlı kəndində yerləşən M.Həmidov adına orta məktəbin ərazisində qanunsuz olaraq kəsilmiş ağacların miqdarı, cinsi, diametri, kök üstə yaş və ya quru olması, ağacların və ya kolların cins tərkibi və digər əlamətlərinin düzgün göstərilməməsi ilə əlaqdar X24 Təsərrufatı Mərkəzinə təqdimat göndərilməsi, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təqdim olunan sənədlərdəki uyğunsuzluqla bağlı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdimat göndərilməsi, qəbul edilmiş qərar barədə maraqlı tərəflərə məlumat verilməklə, həmin qərardan Azərbaycan Respublikası CPM-nin 280-282-ci maddələrində nəzərdə tutulmuş qaydada ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəməyə şikayət etmək hüquqlarının olmasının izah edilməsi qərara alınmışdır. Şikayətə əlavə olunmuş Ağdaş RİB-nın Şıxlı kənd İƏD üzrə nümayəndəsi X12, Ağdaş rayonu Mürsəl bələdiyyəsi sədri X6, Ağdaş rayonu Mürsəl bələdiyyəsinin mühasibi X13, Ağdaş rayon Şıxlı kənd orta məktəbinin direktoru X17, Ağdaş rayon Şıxlı kənd orta məktəbinin dalandarı X9 iştirakı ilə tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, Ağdaş rayon Şıxlı kənd orta məktəbinin ərazisində, kəndarası yolla həmsərhəd çəpər hissəsində illər öncə əkilmiş, hazırda tam quru halda olan iri diametrli qovaq ağacı havanın küləkli olması nəticəsində qırılmış, qırılmış ağaclar kəndarası yola düşərək hərəkəti dayandırmışdır. Bu səbəbdən də külək nəticəsində qırılmış ağacların oduncaq hissəsi kəsilərək məktəbə odun təminatı kimi verilmişdir. Hadisə zamanı bir ədəd yaş halda olan qovaq ağacı da yuxarı hissədən qırılmışdır. Həmin ağac da tərəflərində qırılmış hissədən kəsilərək götürülmüş və odun kimi məktəbə verilmişdir. Şikayətə əlavə olunmuş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 Agentliyinin Ağdaş rayonu Mürsəl Bələdiyyəsinə və 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 22/66 saylı məktubunun surətindən görünür ki, Ağdaş rayonu Şıxlı kəndində “budanmasına zərurət yaranmış ağaclarla bağlı rəy verilməsi” barədə 2021-ci il 29 dekabr tarixli, 170 nömrəli məktuba baxılmış, yaşıllıqlara aqrotexniki qulluq (budama, suvarma və s. xidmətlər) göstərilməsi müvafiq torpaq mülkiyyətçiləri tərəfindən təmin edilməli olduğu və bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilməsinə əsas olmadığı, sözügedən işlərin icrasının mövcud qanunvericiliyinə uyğun həyata keçirilməsinin özləri tərəfindən təmin edilməli olduğu bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə görə meşə fonduna aid olmayan ağac və ya kol əkililərinin zədələnməsinə, kəsilməsinə və ya məhv edilməsinə görə fiziki şəxslər iki min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan yeddi min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Həmin Məcəllənin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 134.1, 134.1.1, 134.1.2, 134.1.3, 134.1.4 və 134.1.5-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1, 135.1.1, 135.1.2, 135.1.3, 135.1.4, 135.1.5 və 135.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi,inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidilərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlar əsasında belə nəticəyə gəlirəm ki, Şıxlı kənd orta məktəbinin direktoru tərəfindən məktəbin ərazisində quru qovaq ağaclarının küləyin əsməsi nəticəsində qırılaraq tut ağaclarının üzərinə aşması, eyni zamanda kəndarası yolu bağlaması barədə bələdiyyə sədri kimi X3 müraciət edildikdən sonra Bəhruz Həmidov bələdiyyə sədri olaraq buna laqeyd qalmamış, yaranmış vəziyyətlə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəsmi məktubla müraciət etmiş və ona Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 Agentliyi tərəfindən sözügedən işlərin icrasının onun tərəfindən həyata keçirilməli olduğu və bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilməsinə əsas olmadığı barədə rəsmi cavab verildikdən sonra Bəhruz Həmidov sözügedən ağacların budanması və yolu bağlamış quru ağacların kəsilib odun kimi məktəbin qızdırılması üçün verilməsi barədə məktəbdə dalandar vəzifəsində işləyən Rəhman Cəfərova tapşırıq vermişdir. Belə olan halda hesab edirəm ki, X1 əməlində heç bir inzibati xəta tərkibi yoxdur və onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinib 4000 manat məbləğdə cərimə olunması barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 25 oktyabr 2022-ci il tarixli MN ******* №-li inzibati tənbeh vermə qərarı ləğv edilməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. X6 tərəfindən şikayət verilməsi müddəti buraxılmamışdır. Qeyd edilənlərə əsalanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ağdaş rayon Mürsəl Bələdiyyəsinin sədri X2 barəsində onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzətdə tutulan inzibati xətanı törətdiyinə görə 4000 (dörd min) manat cərimə olunmasına dair 25 oktyabr 2022-ci il tarixli MN ******* №-li inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-690/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-690/2022
16.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver