Məhkəmə qərarları › İş №3(014)-693/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-693/2022

06.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-693/2022 06.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə Ağdaş Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Ağdaş Rayon Məhkəməsinin 2(014)-404/2019 saylı, 17 sentyabr 2019-cu il tarixli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirməmiş, verilməli olan 8087.54 manat aliment borcunu qərəzli olaraq Zərərçəkmiş şəxs Arif qızına ödəməmişdir. Buna görə onun barəsində 06 dekabr 2022-ci il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bildi, maddi vəziyyətinin yaxşı olmadığına, iş yerinin olmadığına görə Ağdaş Rayon Məhkəməsinin 2(014)-404/2019 saylı, 17 sentyabr 2019-cu il tarixli icra sənədi üzrə tələb olunan alimenti vaxtlı-vaxtında ödəməmiş, buna görə 8087.54 manat aliment borcunun yarandığını, yaranmış borcun ödənilməsi üçün hər hansı bir əmlakının da olmadığını, bu gün də tələb olunan borcdan heç bir ödəniş edə bilməyəcəyini, onu təzəlikcə Şuşa şəhərində iş tapdığını, lakin axtarışda olduğu üçün orada işləməyə gedə bilmədiyini, əgər həmin işə gedərsə ayda 700 manat əməkhaqqı alacağını və hər ayda zərərçəkmiş şəxsə alimenti və yığılmış borcunu ödəyə biləcəyini bildirdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, Ağdaş Rayon Məhkəməsinin Ağdaş Rayon Məhkəməsinin 2(014)-404/2019 saylı, 17 sentyabr 2019-cu il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.1990-cı il tarixdə Ağdaş rayonu Aral Bir kəndində anadan olmuş, Ağdaş rayonu, Aral Bir kəndində yaşayan Şəxs 14 yanvar 2019-cu il tarixdən başlayaraq xx.xx.2012-ci ildə anadan olmuş X2 adlı və xx.xx.2015-ci il tarixdə anadan olmuş X3 18 yaşına çatana qədər onların saxlanılmaları üçün Zərərçəkmiş şəxs Arif qızının xeyrinə hər ay 110 (bir yüz) manat aliment tutulmalıdır. Şəxs təyin olunmuş alimenti vaxtı-vaxtında ödəmədiyinə görə onun hazırda Zərərçəkmiş şəxs Arif qızına 8087.54 manat aliment borcu yaranmışdır. Borclu Şəxs icra sənədi üzrə həmin məbləği ödəməkdən boyun qaçırmışdır. İcra sənədi üzrə borclunun barəsində dəfələrlə inzibati qaydada tədbir görülsə də o, borcunu ödəməkdən yayınmışdır. Borcun ödənilməsi ilə bağlı borclunun adına hər hansı əmlakının olub-olmaması ilə bağlı müxtəlif idarə və təşkilatlara sorğular verilmiş, borclu Şəxs adına torpaq sahəsi aşkar edilsə də, lakin zərərçəkmiş şəxs həmin torpaq sahəsini qəbul etməkdən imtina edərək aliment borcunun ödənilməsini, əks təqdirdə isə icra sənədi üzrə borclunun barəsində cinayət işi açılmasını tələb etmişdir. Buna görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Zərərçəkmiş şəxs Arif qızına icra məmuru tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunu dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitar-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini ağırlaşdıran və məsuliyyətini yüngülləşdirən halların olmamasını nəzərə alaraq onun barəsində cərimə tənbehi tətbiq edilməsini kifayət hesab etmirəm və hesab edirəm ki, onun barəsində inzibati tənbeh növü olan inzibati həbs tətbiq edilməli, inzibati həbs etmənin əvvəli qərar qəbul edildiyi tarixdən və vaxtdan, yəni 06 dekabr 2022-ci il tarixdən, saat 12:40-dan hesablanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxx 1990-cı il tarixdə Ağdaş rayonu, Aral Bir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, boşanmış, işləməyən, Ağdaş rayonu, Aral Bir kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 20 (iyirmi) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 06 dekabr 2022-ci il tarixdən, saat 16:40-dan hesablansın. Qərarın icra edilməsi Ağdaş rayon Polis Şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar