Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-702/2022 21.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi ilə, xx.xx.1979-cu il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Ağdaş rayonu Qaradağlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə Azərbaycan Respublikası DİN Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolu üzrə materiala 21 dekabr 2022-ci il tarixdə Ağdaş rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azəbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə 05 dekabr 2022-ci il tarixli, İXP5084024 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir ona görə ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli İXP4865906 nömrəli inzibati xəta haqqında protokola əsasən tərtib edilmiş xx.xx.2022-ci il tarixli EQ11095443 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən 400 manat inzibati qaydada cərimə edilmiş, həmin qərarlar qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddət keçməsinə baxmayaraq, Şəxs cəriməni ödəməmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş üzrə inzibati xəta törətmiş şəxsə və protokolu tərtib etmiş şəxsə məhkəmə baxışının yeri barədə məhkəmə bildirişi vasitəsi ilə məlumat verilmiş, lakin məhkəmə baxışında iştirak etməmişlər. Məhkəmə işə inzibati xəta törətmiş şəxsin və protokol tərtib etmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tərtib edilmiş inzibati xəta protokolundan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətaya yol verməsi tam sübuta yetir. Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh təyin edərkən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 43, 114, 115, 128, 129, 152 və 130-cu maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş 05 dekabr 2022-ci il tarixli, İXP5084024 nömrəli inzibati xəta haqqında protokolu üzrə Şəxs təqsirli bilinib, ona 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırması tənbeh növü təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-702/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-702/2022
21.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver