Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-705/2022 21.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakimi Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1969-cu ildə Ağdaş rayonunun Pirəzə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə, saat 11:00 radələrində Ağdaş rayonunun Pirəzə kəndi ərazisindən keçən Kür çayından qanunla qadagan olunmuş üsulla, yəni torla balıq ovlamaqla, ov qaydalarını kobud şəkildə pozmuşdur. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı X1 25 noyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə Şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Araşdırma zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, tək yaşayır. Yaşadığı kənd ərazisində fəhləlik edib özünə çörək pulu qazanır. Hərdənbir də Kür çayına gedib orada özünə balıq tutmaq üçün tor qurur. Təxminən xx.xx.2022-ci il tarixdə Kür çayına 3 yerdə tor qurub getmiş və xx.xx.2022-ci il tarixdə səhər saat 11 radələrində toru yoxlamaq üçün Kür çayına gəlmişdir. Torları yığmış, həmin vaxt torlardan birində 1 ədəd balıq, digərində 2 ədəd balıq, üçüncü tordaisə balıq olmadığını görmüşdür. Toru yığışdırıb oradan uzaqlaşmaq istəyəndə 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq, ondan balıq tutubtutmadığını soruşmuşlar. Polis əməkdaşlarına 3 ədəd balıq tutduğunu demişdir. Polis əməkdaşları ona onlarla birlikdə polis şöbəsinə getməli olduğunu söyləmişlər. Onlara etiraz etməmiş, polis əməkdaşları onda olan 3 ədəd toru və 3 ədəd balığı götürüb onunla birlikdə polis şöbəsinə gətirmişlər. 3 ədəd balığı torla tutmuş, tutduğu balıqlardan biri sazan, biri çəki və digəri də durna balığı cinsindən olmuşdur. Maddi vəziyyəti çox ağır olduğuna, heç bir yerdə işləmədiyinə görə öz qida ehtiyacını ödəmək üçün torla balıq tutmuşdur. Balığı tək tutmuş, həmin vaxt yanında heç kim olmamışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 27 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması” Qaydalarının 4.2-ci bəndinə əsasən müvafiq icazə olmadan ovçuluq təsərrüfatlarının ərazisində ov etmək, balıq ovlamaq və bu əraziyə ov alətləri ilə gəlmək qadağandır. Həmin Qaydaların 4.11-ci bəndinə əsasən ovçuluq təsərrüfatlarının rejimini pozmaqda müqəssir olan şəxslər mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar. “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən ovçuluq təsərrüfatı dedikdə təbii sərbəstlik və yarımsərbəst şəraitində yaşayan və ya yetişdirilən vəhşi heyvanların ayrı-ayrı növlərinin qorunması və artırılması, habelə onların yetişdirilib ov yerlərinə buraxılması və ovçuluq məqsədilə təşkil edilmiş mühafizə rejimli təsərrüfat subyekti başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinsin, iş üzrə maddi sübut olan Ağdaş rayon Polis şöbəsində saxlanılan balıq ovu aləti olan 3 ədəd tor müsadirə edilməməklə Şəxs ov hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılsın. İş üzrə maddi sübut Ağdaş rayon Polis şöbəsində saxlanılan balıq ovu aləti olan 3 ədəd tor Şəxs qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-705/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-705/2022
21.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver