Məhkəmə qərarları › İş №3(014)-708/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-708/2022

23.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-708/2022 23.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 01 ədəd 1298-Г №-li 16 kalibrli, təklülə, “ZK” modelli, çaxmaqlı tək hamar lüləli, yivsiz ov tüfəngini qanunsuz olaraq heç bir sənədi olmadan özündə saxlayaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin tələbini pozmuşdur. Ağdaş RPŞ-nin təhqiqatçısı, polis kapitanı X1 xx.xx.2022-ci il tarixli qərarı ilə toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir. Buna görə 07 dekabr 2022-ci il tarixdə Şəxs barəsində onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında MN ******* №-li protokol tərtib edilərək 09 dekabr 2022-ci il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə özünü təqsirli bildi və bildirdi ki, 10 noyabr 2022-ci il tarixdə təxminən saat 17:00 radələrində yaşadığı evdə babasından qalmış, sənədsiz 1298-Г №-li 16 kalibrli, təklülə, “ZK” markalı, çaxmaqlı tək hamar lüləli, yivsiz ov tüfəngini və həmin tüfəngə aid olan 03 ədəd “Zuber” patronları götürərək vəhşi heyvan olarsa vurmaq məqsədilə yaşadığı kəndin çöl sahəsinə getmiş, saat 18:00 radələrində Ağdaş rayonunun Qobu Üstü kəndinin çöl sahəsində olan zaman bir polis əməkdaşının ona yaxınlaşaraq özünü təqdim edərək əlində olan ov silahının sənədinin olub-olmadığını soruşmuş, o da polisə əlində olan silahın heç bir sənədinin olmadığını, mərhum babasından yadigar qaldığını bildirmiş, bundan sonra polis əməkdaşının onu Polis Şöbəsinə dəvət etmiş, Polis Şöbəsində də bildirmişdir ki, 1298-Г №-li 16 kalibrli, təklülə, “ZK” markalı, çaxmaqlı tək hamar lüləli, yivsiz ov tüfəngi sənədsizdir, babasından qalmışdır, həmin gün silahı özü ilə çöldə vəhşi heyvanlardan qorunmaq məqsədi ilə götürmüşdür, əməlindən peşmandır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2022-ci il tarixli 22/714R saylı məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş silah 01 ədəd 1298-Г №-li silah keçmiş SSRİ dövlətində Zalataust silah zavodunda 1956-cı ildə istehsal olunmuş 16 kalibrli “ZK” modelli, çaxmaqlı, tək hamar lüləli ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə mexanizmləri üzərində sonradan silahın təyinatını dəyişdirən kustar üsulla heç bir əlavə və dəyişiklik edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edın hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İşin hallarını, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxs Şəxs şəxsiyyətini xarakterizə edən halları, əmlak vəziyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd 1298-Г №-li 16 kalibrli, təklülə, “ZK” modelli, çaxmaqlı tək hamar lüləli, yivsiz ov tüfəngi və 03 ədəd “Zuber” patronları müsadirə edilməklə, minimum həddə inzibati cərimə tənbehi tətbiq edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43,114,115,128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxx 1985-ci ildə Ağdaş rayonu, Yuxarı Nemətabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, evli, işləməyən, Ağdaş rayonu, Qobu-Üstü kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib Ağdaş rayon Polis Şöbəsində saxlanılan 01 ədəd 1298-Г №-li 16 kalibrli, təklülə, “ZK” modelli, çaxmaqlı tək hamar lüləli, yivsiz ov tüfəngi və 03 ədəd “Zuber” patronları müsadirə edilməklə 80 (səksən) manat məbləğdə cərimə edilsin. Qərarın icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar