Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-71/2024 12.02.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, Ağdaş Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxxxx 1991-ci ildə Ağdaş rayonu Dovudlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdaş rayonu Kotanarx kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağdaş Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 10 yanvar 2024-cü il tarixdə saat 14:00 radələrində Ağdaş rayonu Kotanarx kəndində Zərərçəkmiş şəxs daş ataraq ona sağ əlin üst səthinin İ daraq falanqa oynağı nahiyəsinin sıyrığı, yəni dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ağdaş Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X3 məhkəmə iclasında izahatında göstərdi ki, Şəxs 10 yanvar 2024-cü il tarixdə saat 14:00 radələrində Ağdaş rayonu Kotanarx kəndində Zərərçəkmiş şəxs daş ataraq ona sağ əlin üst səthinin İ daraq falanqa oynağı nahiyəsinin sıyrığı, yəni dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, o, Ağdaş rayonunun Kotanarx kəndində ailəsi ilə birlikdə yaşayır. 10 yanvar 2024-cü il tarixdə saat 14 radələrində Ağdaş rayonu Kotanarx kəndində Zərərçəkmiş şəxs ilə aralarında mübahisə düşmüşdür. Mübahisənin yaranmasına səbəb maşın və müəyyən məbləğdə pulun geri qaytarılması olmuşdur. Mübahisə zamanı onlar bir birinə qarşı nalayiq ifadə işlətdikdə, Pərvanə ağacı götürüb onu vurmaq istəmiş, o, da yerdən şifer parçasını götürərək Pərvanə tərəfə atmış və onun əlinə xəsarət yetirmişdir. O, etdiyi əməldən peşman, Pərvanədən üzr istəyir və onu bağışlamasını xahiş edir, həqiqətən onlar çox doğma qohumdurlar, gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, o, Ağdaş rayonu Kotanarx kəndində ailəsi ilə birlikdə yaşayır. 10 yanvar 2024-cü il tarixdə Ağdaş rayon Kotanarx kəndində qohumu Şəxs ilə arasında mübahisə baş vermişdir. Mübahisə zamanı onlar bir birinə qarşı nalayiq ifadə işlətdikdə, barəsində inzibati icraat aparılan şəxs Şəxs yerdən şifer parçasını götürərək ona tərəfə atmış və onun əlinə xəsarət yetirmişdir. Buna görə Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə şikayət edərək Ağdaş Rayon Polis şöbəsinə də ərizə ilə müraciət etmişdir. O, məhkəmənin barışıq təklifini qəbul edir, Şəxs ilə barışır, ondan heç bir şikayət və tələbi yoxdur, onun barəsində olan inzibati işə xitam verilməsini məhkəmədən xahiş edir. Daha sonra Zərərçəkmiş şəxs barəsində inzibati icraat aparılan şəxs Şəxs ilə barışması barədə məhkəməyə ərizə təqdim edir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 12 yanvar 2024-cü il tarixli 23 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – sağ əlin üst səthinin İ daraq falanqa oynağı nahiyəsi sıyrığı, küt alət təsirindən törənmiş, törənmə müddəti 10 yanvar 2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan25 yanvar 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, hazırki faktla bağlı Şəxs barəsində cinayət işinin başlanılması rədd olunmuşdur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək qanunvericilik normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışdığından, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən o, inzibati məsuliyyətdən azad edilməli və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs zərərçəkmiş şəxslə barışdığından həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən inzibati məsuliyyətdən azad edilsin və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-71/2024
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-71/2024
12.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver