Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-710/2022 09.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2 nümayəndəsi X1, Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 iştirakı ilə Ağdaş Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Ağdaş Rayon Məhkəməsinin 2(014)-203/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən qalıq 3460 manat borcu X4 qərəzli olaraq ödəməmiş, Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 qanuni tələbini yerinə yetirməmişdir. Buna görə onun barəsində 09 dekabr 2022-ci il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 məhkəmə iclasında Ağdaş Rayon Məhkəməsinin 2(014)-203/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduğunu və xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edildiyini, icra vərəqəsinə görə Şəxs X4 17413 manat pul alınıb verilməli olduğunu, icra sənədinin icrası ilə bağlı Şəxs rəsmi qaydada xəbərdarlıq edildiyini, dəfələrlə izahatının alındığını, lakin icra sənədi üzrə borclu Şəxs hələ də ödənilməmiş 3460 manat borcunun qaldığını, Şəxs İcra və Probasiya şöbəsinə çağırılaraq izahatı alınaraq, ondan qalıq qalan 3460 manat borcun ödənilməsinin tələb olunduğunu, lakin Şəxs tərəfindən zərərçəkmiş şəxsə olan borcunun hələ də tam ödənilmədiyini, icra sənədi üzrə borcun ödənilməsi ilə bağlı sorğular verilsə də, icra sənədi üzrə borclunun tələbin ödənilməsinə yönəldilə bilinəcək heç bir əmlakının olmadığını, Şəxs onun qanuni tələbini yerinə yetirmədiyinə, icra sənədini qərəzli olaraq icra etmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərildiyini bildirdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilərək maddi imkanı yaxşı olmadığına, heç yerdə iş tapa bilmədiyinə, heç bir gəlir yerinin olmadığına görə qalıq qalan 3460 manat borcunu ödəyə bilmədiyini, həmin borcu ödəməməsində heç bir qərəzinin olmadığını, hazırda qalıq qalan 3460 manat borcundan 100 manat, iki gün sonra isə 200 manat məbləğində ödəniş edəcəyini, bundan sonra da atasının pensiyasından hər ay müəyyən məbləğdə ödəniş edəcəyinə söz verdiyini bildirdi. Zərərçəkmiş şəxs X2 nümayəndəsi X5 məhkəmə iclasında Şəxs onun oğlu X4 17413 manat borcunun olduğunu, Şəxs pulun çox hissəsini ödədiyini, hazırda onun qalıq 3460 manat borcunun qaldığını, Şəxs qalıq qalan 3460 manatı ödəməsi tələb olunsa da, həmin borcu ödəmədiyini bildirdi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hazırda borcundan 100 manat ödəniş etdiyinə, iki gün sonra 200 manat, ondan sonra isə hər ay atasının pensiyasından borcun qalan hissəsini ödədiyəcyinə söz verdiyinə görə onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxsin nümayəndəsini və Ağdaş rayon İcra və Probasiya Şöbəsinin cra məmurunu dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü Sədrlik edən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddələrinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1, 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işlərə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənləri nəzərə alaraq hesab edirəm ki, hazırki halda Şəxs əməlində inzibati xəta tərkibi yoxdur, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair MN ******* №-li inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,105,114,115, 28-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxxx 1984-cü ildə Ağdaş rayonu Ağzıbir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair MN ******* №-li inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-710/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-710/2022
09.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver