Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-718/2022 14.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin sahə rəisi, polis leytenantı Nümayəndə iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Kəlbər rayonu Abdullauşağı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Kəlbər rayonu Abdullauşağı kəndində qeydiyyatda olan və Mingəçevir şəhəri H.Əliyev prospekti 11/32 nömrəli evdə yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağdaş şəhərində 14 dekabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmiş ondan ötrü ki, o 2022-ci ilin iyul ayının ortalarında Ağdaş şəhəri ərazisində işıq pulunu ödəmək adı ilə Zərərçəkmiş şəxs 70 manat pulunu almış, lakin həmin pulu ödəməyərək mənimsəmiş, bununlada Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tələblərini pozaraq, xırda talama etmişdir. Məhkəmə iclasında Ağdaş rayon Polis şöbəsinin sahə rəisi, polis leytenantı Nümayəndə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Şəxs 2022-ci ilin iyul ayının ortalarında Ağdaş şəhəri ərazisində işıq pulunu ödəmək adı ilə Zərərçəkmiş şəxs 70 manat pulunu almış, lakin həmin pulu ödəməyərək mənimsəmişdir. Ağdaş rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçı, Ruhid Yaqublu tərəfindən araşdırma aparılmış və toplanmış materialda cinayət tərkibi olmadığına görə xx.xx.2022-ci il tarixdə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Tərəfindən araşdırılma aparılmış, Şəxs 13.12. 2022-ci il tarixdə saat 05:50-də inzibati qaydada tutulmuş, onun və digər şəxslərin izahatları alınmış və Şəxs barəsində Azərbaycan Respubilkası İXM-in 227ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında, Mingəçevir şəhəri H.Əliyev prospekti 11/32 nömrəli evdə yaşadığını, 2022-ci ilin iyul ayının ortalarında Ağdaş şəhəri ərazisində işıq pulunu ödəmək adı ilə Zərərçəkmiş şəxs 70 manat pulunu aldığını, lakin həmin pulu ödəmədiyini, əməlindən peşman olduğunu, vurmuş olduğu ziyanı tamamilə ödədiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq onun barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında Şəxs 2022-ci ilin iyul ayının ortalarında Ağdaş şəhəri ərazisində işıq pulunu ödəmək adı ilə ondan 70 manat pul aldığını, lakin həmin pulu ödəmədiyini, hazırda ona vurulmuş ziyanın tamamilə ödədiyini, onunla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq onun barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı Ruhid Yaqublunun xx.xx.2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Şəxs 2022-ci ilin iyul ayının ortalarında Ağdaş şəhəri ərazisində işıq pulunu ödəmək adı ilə Zərərçəkmiş şəxs 70 manat pulunu almış, lakin həmin pulu ödəməyərək mənimsəmişdır. X1 tərəfindən araşdırma aparılmış və toplanmış materialda cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Ağdaş rayon Polis Şöbəsinin İTB-nə göndərilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 05:50-də inzibati qaydada tutulmuşdur. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs əməli özünün etiraf edici ifadəsi, zərərçəkmiş şəxsin və iş materialları ilə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verməsi tam sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəməyə təqdim edilmiş zərərçəkmiş şəxsin ərizəsindən görünür ki, Şəxs ilə barışmış, ona dəymiş ziyanlıq ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi olmadığından Şəxs barəsində olan inzibati xəta haqqında işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək, zərərçəkmiş şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Ağdaş RPŞ-də Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN1352343 nömrəli inzibati icraata xitam verilsin. 13 dekabr 2022-ci il tarixdə saat 05:50-də inzibati qaydada tutulmuş Şəxs dərhal inzibati həbsdən azad edilsin. Qərardan 10 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə, Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-718/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-718/2022
14.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver