Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-73/2024 12.02.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakları ilə xx xxxxxxxx 1970-ci ildə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə təxminən saat 18 radələrində sürücülük hüququ və etibarnaməsi olmadan idarə etdiyi qardaşı X5 məxsus VAZ 21015 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ağdaş şəhəri, 20 Yanvar küçəsi istiqamətində hərəkətdə olan zaman ötmə və manevr etmə qaydalarını pozaraq əks istiqamətdə hərəkətdə olan X1 “Hyundai Sonata” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qarşısına çıxmış, nəticədə Vüqar Rzayevin avtomobilinə maddi ziyan vurulması ilə nəticələnən yolnəqliyyat hadisəsi baş vermişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 10 fevral 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi olduğunu, “VAZ 21015” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri X9 D Y/S, ev 17, mənzil 119 ünvanında yaşayan X3 məxsus olduğunu, qardaşı X4 həmin avtomobili kreditlə R.Bayramovadan aldığını və hazırda etibarnəmə əsasında idarə etdiyini, xx.xx.2024-cü il tarixdə oğlu İqbal Rzayevin şəhid olduğu yerə baş çəkmək üçün Xocavənd rayonu, Zoğalbulaq kəndinə getdiyini, bir gün orada qaldıqdan sonra xx.xx.2024-cü il tarixdə saat 17 radələrində yaşadığı Ağdaş rayonuna qayıtdığını, şəhid oğlunun hərbi paltarlarını evə qoyub qəbirstanlığa yola düşdüyünü, saat təxminən 18 radələrində idarə etdiyi “VAZ 21015” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı evdən çıxıb 50 km surətlə Maşad qəbirstanlığı adlanan yer istiqamətində hərəkət etdiyini, həmin vaxt qəbirsatanlığın qarşısında olan avtomobil yuma yerindən iki avtomobilin çıxıb hərəkətdə olduğu zolağın sağ tərəfində dayanıb quruladıqlarını, qarşı hərəkət zolağından isə “Hyundai Sonata” markalı avtomobilin şəhər istiqamətində hərəkətdə olduğunu gördüyünü, bundan sonra “Hyundai Sonata” markalı avtomobilin ona yaxınlaşana qədər hərəkətdə olduğu zolaqda dayanmış avtomobillərindən solundan keçib gedə biləcəyini fikirləşdiyini, həmin avtomobillərin solundan keçib getmək istəyərkən qarşı tərəfdən gələn “Hyundai Sonata” markalı avtomobilin sol ön hissəsi idarə etdiyi “VAZ 21015” markalı 90-BK- 028 dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq qapısına sərt toxunduğunu, bundan sonra idarə etməni itirərək təxminən 10 metr qabaqda sol zolaqda olan işıq dirəyinə dəyib dayandığını, bundan sonra həmin yerdən keçən tanımadığı 3 nəfər şəxsin onu avtomobilinə əyləşdirib Ağdaş rayon mərkəzi xəstəxanasına apardığını, xəstəxanada ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxıldığını, hadisədən əvvəl spirtli içki qəbul etmədiyini, nəqliyyat vasitəsini idarə etmə hüququ (sürücülük vəsiqəsi) olmadığını, “VAZ 21015” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili qardaşı X4 etibarnamə əsasında idarə etdiyini, həmin avtomobilə sahiblik hüququ və ya etibarnaməsi olmadığını, hadisə baş verəndən dərhal sonra orada olan tanımadığı şəxslərin onu Ağdaş rayon mərkəzi xəstəxanasına apardıqlarını, xəstəxanada hər hansı xəsarət almadığını müəyyən olunduğunu, ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxdıqlarını, “VAZ 21015” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman avtomobildə başqa şəxslərin olmadığını bildirmişdir. Buna görə də barəsində həbslə əlaqəsi olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında avtomobil idarə etmək üçün В və C kateqoriyalı sürücülük vəsiqəsi olduğunu, “Hyundai Sonata” markalı, 99-RZ- 670 dövlət qeydiyyat nişanlı avtomobilin özünə məxsus olduğunu, xx.xx.2024-cü il tarixdə saat təxminən 18 radələrində idarə etdiyi avtomobil ilə 30-40 km surətlə Maşad qəbirstanlığı adlanan yerdən şəhər istiqamətində hərəkətdə olduğunu, təxminən 60-70 metr hərəkət etdiyini, həmin zaman qarşı tərəfdən “Hyundai Sonata” markalı avtomobil, arxasında isə təxminən 90 km surətlə “VAZ 21015” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olduğunu gördüyünü, həmin vaxt anidən “VAZ 21015” markalı avtomobilin sürücüsünün onun hərəkət zolağına çıxdığını və qabaq sol hissəsinin əvvəlcə onun idarə etdiyi “Hyundai Sonata” markalı avtomobilinin qabaq sol təkərinə sərt toxunduğunu, avtomobilini dərhal saxladığını, bu zaman avtomobilin şüşələrində həmin avtomobilin təxminən 30 metr irəlidə, onun hərəkətdə olduğu zolağının kənarında olan işıq dirəyinə dəyərək dayandığını, bundan sonra həmin avtomobilə yaxınlaşdığını, həmin vaxt “Hyundai Sonata” markalı avtomobildən düşən tanımadığı 3 nəfər şəxsin VAZ 21015 markalı avtomobilin sürücüsünü öz avtomobillərinə əyləşdirib Ağdaş rayon mərkəzi xəstəxanasına apardıqlarını, hadisədən əvvəl spirtli içki qəbul etmədiyini bildirmişdir. Hazırda Şəxs olmadığını bildirdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Yol patrul xidmətinin inspektoru polis baş serjantı X7 protokolun məzmununa uyğun izahat verərək müvafiq qanuna uyğun qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol, özünün, zərərçəkmiş şəxsin məhkəməyə verdikləri izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə işin hallarını nəzərə alaraq Şəxs onun təqsirli hesab olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-73/2024
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-73/2024
12.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver