Məhkəmə qərarları › İş №3(014)-733/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-733/2023

04.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-733/2023 04.12.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 iştirakları ilə, xx xxxxx 1987-ci ildə Ağdaş rayonu, Xosrov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, işləməyən, Ağdaş rayonu, Xosrov kəndində qeydiyyatda olan və yaşayan X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Ağdaş Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: 15 noyabr 2023-cü il tarixdə saat 16:50 radələrində X4 mülki silahı saxlanılması qaydaları yoxlanılarkən 16 kalibirli 10717 nömrəli ov silahının saxlanılması qaydasını pozmuşdur. Bununla da X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Buna görə Ağdaş rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 tərəfindən X4 barəsində 15 noyabr 2023-cü il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 məhkəmə iclasında izahat verərək göstərdi ki, o, Ağdaş rayonu Xosrov kəndində yaşayır. Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları hazırda istifadəsində olan “Toz” markalı, qoşalülə, 16 kalibirli 10717 nömrəli ov silahını yoxlamağa gəldikdə silah sökülü vəziyyətdə olmamış və lazımi qaydada saxlanılmamışdır. Həmin silahı gecə vaxtı kənddə əkinlərini suvarmağa gedərkən vəhşi heyvanlardan qorunmaq üçün özü ilə götürür. Çünki kəndə vəhşi heyvanların hücumu halları tez-tez baş verir. Qalan vaxtlarda silah sökülü vəziyyətdə olur. Silahı evlərində olan dolabın üstündə sökülü vəziyyətdə bükülmüş halda saxlayır. O, silahın saxlanılması və daşınması qaydalarını pozmuşdur. Əməlindən peşmandır, bir daha belə hərkətlərə yol verməyəcəkdir, ona yüngül tənbeh verilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş Rayon Polis X3 Bölməsinin polis sahə rəisi X5 məhkəmə iclasında izahat verərək göstərdi ki, 15 noyabr 2023-cü il tarixdə Ağdaş rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1 rayonu Xosrov kəndində yaşayan mülki vətəndaşlarda olan ov silahının saxlanma qaydalarını yoxlayarkən Ağdaş rayon Xosrov kənd X4 adına olan Ağdaş rayon Polis şöbəsində qeydiyyatda olan “Toz” markalı, qoşalülə, 16 kalibirli 10717 nömrəli ov silahının saxlanılması qaydasını pozmasını aşkar etmişdir. Belə həmin silah quraşdırılmış vəziyyətdə onlara təqdim olunmuş və dolabda saxlanılmışdır. Buna görə X4 barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş Rayon Polis X3 Bölməsinin polis sahə rəisi Səbuhi Süleymanov əlavə olaraq bildirdi ki, silahın saxlanma qaydalarına əsasən silah sökülü vəziyyətdə xüsusi yerdə saxlanılmalıdır. İş materiallarında olan 85/18 №-li şəhadətnamənin surətindən görünür ki, 16 kalibirli qoşalülə 10717 nömrəli ov silahı saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün mart 2018-ci il tarixdə X6 verilmişdir. İş materiallarında olan sənədlərin və əşyaların götürülməsi haqqında Ağdaş rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X8, Ağdaş rayon Polis Şöbəsinin İTB-nin rəisi, polis kapitanı X15, Ağdaş rayon Polis Şöbəsinin İTB-nin sahə polis nəfəri X9 və Ağdaş rayon Xosrov kənd sakini X4 iştirakları ilə tərtib edilmiş 15 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, 15 noyabr 2023-cü il tarixdə Ağdaş rayon Xosrov kənd sakini X4 şəhadətnamə ilə ona məxsus olan “Toz” markalı, qoşalülə, 16 kalibirli 10717 nömrəli ov silahının saxlanılması qaydalarını pozması aşkar edilmiş, 01 ədəd “Toz” markalı, qoşalülə, 16 kalibirli 10717 nömrəli ov silahı götürülərək silahların saxlanılması üçün nəzərdə tutulmuş dəmir seyfdə saxlanması üçün təhvil edilmişdir. İş materiallarında olan portaldan əldə olunmuş qohumluq məlumatları arayışından görünür ki, X4 himayəsində 21 aprel 2014-cü il tarixdə doğulmuş X10 və 04 iyun 2015-ci il tarixdə doğulmuş X12 adlı iki yetkinlik yaşına çatmayan uşağı vardır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X4 törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsndə nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olması məsuliyyəti yüngülləşdirən hallar hesab edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X4 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə işin hallarını, törədilmiş inzibati xətanın xarakterini, X4 şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, X4 barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan minimum həddə cərimə tənbehi tətbiq edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, X7 əvvəllər ov silahını saxlama qaydalarını pozmamış, ilk dəfədir bu xətanı törədir, bu səbəbdən X6 məxsus Ağdaş rayon Polis Şöbəsində saxlanılan “Toz” markalı, qoşalülə, 16 kalibirli 10717 nömrəli ov silahının müsadirə edilməsi məqsədə müvafiq deyil. Bu səbəbdən Ağdaş rayon Polis Şöbəsində saxlanılan “Toz” markalı, qoşalülə, 16 kalibirli 10717 nömrəli ov silahı X6 qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə təqsirli bilinsin, ona “Toz” markalı, qoşalülə, 16 kalibirli 10717 nömrəli ov silahı müsadirə edilməməklə 50 (əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Ağdaş rayon Polis Şöbəsində saxlanılan “Toz” markalı, qoşalülə, 16 kalibirli 10717 nömrəli ov silahı X6 qaytarılsın. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar