Məhkəmə qərarları › İş №3(014)-74/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-74/2024

13.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-74/2024 13.02.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, Ağdaş Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1985-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də bələdçi işləyən, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev 16/26 ünvanında yaşayan, Mingəçevir şəhəri, X15 küçəsi ev 14/1 mənzil 24 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 13 fevral 2024-cü il tarixdə Ağdaş şəhəri, H.Əliyev prospektində mərkəzi bazarda ucadan qışqırıb vətəndaşlarla mübahisə etmiş, vətəndaşların kütləvi narazılığına səbəb olan hərəkətlər edərək ictimai qaydaları pozmuşdur, polis əməkdaşları sakit olmasını, ictimai qaydanı pozmamağı tələb etsə də polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Ağdaş Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X7 məhkəmə iclasında izahatında göstərdi ki, Şəxs 13 fevral 2024-cü il tarixdə Ağdaş şəhəri, H.Əliyev prospektində mərkəzi bazarda ucadan qışqırıb vətəndaşlarla mübahisə etmiş, vətəndaşların kütləvi narazılığına səbəb olan hərəkətlər edərək ictimai qaydaları pozmuşdur, polis əməkdaşları sakit olmasını, ictimai qaydanı pozmamağı tələb etsə də polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev 16/26 ünvanında tək yaşayır. 24 xəbər.az xəbər portalında rəhbər vəzifəsində çalışır. 13 fevral 2024-cü il tarixdə Ağdaş şəhər mərkəzi bazar ərazisində vətəndaşların insanların hərəkəti üçün nəzərdə tutulan yerində, yəni səkidə meyvə-tərəvəz satdıqlarını görüb, onlardan piyadaların hərəkəti üçün nəzərdə tutulmuş yerdə meyvə-tərəvəz satdıqlarının səbəbini soruşaraq onların foto və video çəkilişlərini aparmışdır. Vətəndaşlar ona yaxınlaşaraq jurnalist vəsiqəsini tələb etmişlər, lakin onun vəsiqəsinin müddəti bitdiyindən o, vəsiqəsini təqdim etməyərək çəkiliş etdikdə vətəndaşlarla aralarında mübahisə baş vermişdir. Daha sonra polis əməkdaşları həmin əraziyə yaxınlaşmış və onu ictimai qaydaları pozmamağa, insanları narahat etməməyə dəvət etmişlər. Lakin o, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq, öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Bundan sonra polis əməkdaşları onu Ağdaş Rayon Polis Şöbəsinə gətirmişlər. Etdiyi əməldən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcək, məhkəmə zalında iştirak edən bütün şahidlərdən, onları narahat etdiyi üçün üzr istəyir, məhkəmədən bağışlanmasını xahiş edir. X4 məhkəmə iclasında izahat verərək göstərdi ki, o, Ağdaş şəhəri, H.Əliyev prospekti 67 ünvanında ailəsi ilə birlikdə yaşayır və Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən mərkəzi bazar ərazisində kartof-soğan satır. Hadisə baş verən gün evlərinə getmiş və nahar edərək bazara geri qayıtmışdır. Bazara gələrkən bir nəfər şəxsin əlində telefonla ətrafı və onun kartof soğan satdığı yeri çəkdiyini gördükdən sonra həmin şəxsə yaxınlaşaraq ondan bunun səbəbini soruşmuş, o, jurnalist olduğunu bildirdikdə, həmin şəxsdən vəsiqəsini istəmiş, sonuncu vəsiqə verməyəcəyini, çəkiliş etməsinə heç kimin mane ola bilməyəcəyini, onların sonunu gətirəcəyini demişdir. Bundan sonra həmin şəxs telefonla yüksək səslə danışaraq kiməsə 12 fotoşəkil göndərdiyini demişdir. O, məcburi köçkün olduğunu, ona qarşı bu hərəkətlərin doğru olmadığını dedikdə, həmin şəxs nalayiq ifadələr işlətməyə başladı və ətrafda olan şəxslər də onun işlətdiyi nalayiq ifadələri eşitmişdir. Həmin vaxt orada 30 nəfərdən artıq şəxs var idi. O, öz əməllərinə davam edərək hətta bir yaşlı kişiyə mikrafon uzadaraq danışmasını tələb etdi, həmin şəxs də onunla mübahisə etməyə başladı. X1 məhkəmə iclasında izahat verərək göstərdi ki, o, Ağdaş rayonu, Nehrəxəlil kəndində ailəsi ilə birlikdə yaşayır. Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən mərkəzi bazarda meyvə-tərəvəz satışı ilə məşğul olur. 13 fevral 2023-cü il tarixdə mərkəzi bazarda olarkən bir nəfər şəxsin qazi olan oğlu ilə mübahisə etdiyini görmüşdür. Həmin tanımadığı, lakin sonradan adının Murad olduğunu bildiyi həmin şəxsin oğluna “görün sizin başınıza nə oyun açacam” kimi sözlər deyərək nalayiq ifadələr işlətdiyini eşidib ona yaxınlaşaraq sakit olmasını demiş, lakin həmin şəxs yenə nalayiq ifadələr işlətmişdir. Həmin vaxt ətrafda çox sayda insanlar var idi. O, nə qədər cəhd göstərsə də Muradı sakitləşdirə bilməmiş, sonradan polis əməkdaşları hadisə yerinə yaxınlaşaraq Muradı nizam-intizama dəvət etmişlər, lakin Murad onların qanuni göstərişlərinə tabe olmamışdır. Əslində bu gün bura gəlmək istəyən çox sayda insan var idi, onlar hamısı zəhmətkeş insanlardır, məhkəmədən Murad kimi insanların mütəmadi ictimai qaydaları pozmasına imkan verməməsini xahiş edir. Çünki sonradan eşitmişdir ki, Murad bundan əvvəl də bu cür hərəkət etmişdir. Jurnalist vəsiqəsini təqdim edib, çəkiliş edə bilər, onlar buna etiraz etmirlər, lakin vəsiqə olmadan hər yoldan keçən adamın onları çəkib sosial şəbəkələrdə paylaşmağa icazə verməzlər. X5 məhkəmə iclasında izahat verərək göstərdi ki, o, Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən mərkəzi bazara Tural adlı tanışı ilə meyvə-tərəvəz satmağa gəlmişdir. 13 fevral 2023-cü il tarixdə bir nəfər adamın, sonradan Murad olduğunu bildikləri şəxsin hamını mobil telefonla videoya çəkə-çəkə gəldiyini görmüşdür. Sonra həmin şəxs telefonla kimləsə danışaraq ona şəkil atdığını bildirmişdir. Bundan sonra Murad adlı həmin şəxs nalayiq ifadələr işlətməyə başlamış və həmin əraziyə insanlar yığışmışlar. Daha sonra polis əməkdaşları hadisə yerinə gələrək, Murada sakit olmasını bildirmişlər, lakin Murad qanunsuz hərəkətlərə davam etmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların əlamətlərinin olması, inzibati xətaların onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddələrlə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən halı, ağırlaşdıran halların olmadığını, onun şəxsiyyətini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs növündə tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar və ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. İşin materiallarında olan “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 13 fevral 2024-cü il tarixdə saat 10:40-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona həmin Məcəllənin 34.3-cü maddəsi nəzərə alınmaqla həmin Məcəllənin 535.1-ci maddəsi ilə 20 (iyirmi) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 13 fevral 2024-cü il tarixdən saat 10:40-dan hesablansın. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar