Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 3(014)-741/2023 12.12.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1976-cı ildə ünvan 1ində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə atası X1 öldükdən sonra onun adına olan Toz markalı, 16 kalibrli, H-45156 saylı ov silahının saxlanılması qaydasını pozmuşdur. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd olunaraq barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 izahatında sözegedən Toz markalı, 16 kalibrli, H-45156 saylı ov silahının atasına məxsus olduğunu, atası öldükdən sonra həmin silahdan istifadə etmədiyini, evdə işləksiz vəziyyətdə olduğunu, özünə məxsus peşə silahının olduğunu və həmin silahın öz adına qeydiyyatda olduğunu, polis əməkdaşlarının yaşadıqları ünvana gələrək həmin silahı istədiklərini, özünün də polis əməkdaşlarına etiraz etmədiyini, atasına məxsus silahı polis əməkdaşlarına təhvil verdiyini, həmin silahı istəmədiyini və dövlətə təhvil vermək istədiyini bildirmişdir. Buna görə də barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Ağdaş rayon Polis şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxs tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə təqsirli olmasına dair olsa da, protokolda hansı qaydanın pozulması qeyd edilməmiş, eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs mərhum atasına məxsus silahın saxlanılmasına dair icazəsinin olması barədə işin materiallarına heç bir sənəd əlavə edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xüsusi icazəsinin olub-olmaması hadisənin mahiyyətinə təsir etdiyindən və bundan asılı olaraq İnzibati Xətalar Məcəlləsinin 590.1 və ya 590.2-ci maddəsi ilə protokol tərtib edilməsinə səbəb olduğundan hazırkı natamamlıqlarla və nöqsanlarla işə mahiyyəti üzrə baxılması mümkün deyil. Belə ki, Şəxs xüsusi icazəsinin olmaması müəyyən edilərsə, məhkəmə onun əməlini daha ağır maddəyə tövsif edə bilməz. Belə olan halda isə qeyd olunan nöqsan aradan qaldırılmadan məhkəmədə işə mahiyyəti üzrə baxılmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əlavə edilmiş materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Ağdaş rayon Polis şöbəsinə geri qaytarılsın. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-741/2023
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №3(014)-741/2023
12.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver