Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-75/2023 06.02.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs2 iştirakları ilə xx.xx.1994-cü ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə “Opel Vectra” minik markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş şəhəri, H.Əliyev prospektində hərəkətdə olan zaman, qarşıda hərəkətdə olan “Mitsubishi L200” markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobillə düzgün ara məsafəsi secməmişdir. “Mitsubishi L200” markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sola manevr etmək istəyən zaman “Opel Vectra” minik markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sağa manevr edərək, “Mitsubishi L200” markalı avtomobili sağdan keçmək istəyərkən yolun kənarında dəyanmış “Hyundai” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsindən vurduqdan sonra “Mitsubishi L200” markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurmuşdur. Nəticədə “Mitsubishi L200” markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobil aşmışdır. Hadisə zamanı bədən xəsarəti alan olmamış, “Mitsubishi L200” markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə “Opel Vectra” minik markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş şəhəri, H.Əliyev prospektində hərəkətdə olan zaman, qarşıda hərəkətdə olan “Mitsubishi L200” markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sola manevr etmək istəyən zaman onu sağdan keçmək istəmişdir. Avtomobilin əylənci işləməmişdir. Nəticədə yolun kənarında dəyanmış “Hyundai” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsindən vurduqdan sonra “Mitsubishi L200” markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurmuşdur. Hadisə zamanı avtomobildə tək olmuş, heç bir bədən xəsarəti almamışdır. Tibbi müayinəyə ehtiyacı olmamışdır. Zərərçəkmiş şəxsə dəymiş zərəri ödəmişdir. Əməlindən peşmandır. Ona yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə ona məxsus “Mitsubishi L200” markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobilli sürücü Şahid2 idarə etmişdir. Ağdaş şəhəri, H.Əliyev prospektində üzü Ağdaş şəhəri istiqamətində hərəkətdə olan zaman avtomobil qəzaya düşübdür. “Opel Vectra” minik markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onun avtomobilinin arxa hissəsindən vururaq aşırtmışdır. Hadisə zamanı bədən xəsarəti olmamışdır. Avtomobilinə dəyən maddi ziyan tam ödənilmişdir. Hazırda Şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə etibarnamə ilə idarə etdiyi “Mitsubishi L200” markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş şəhəri, H.Əliyev prospektində üzü Ağdaş şəhəri istiqamətində hərəkətdə olan zaman sola manevr etmək istəmişdir. Həmin zaman “Opel Vectra” minik markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun kənarında dəyanmış “Hyundai” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsindən vurduqdan sonra onun idarə etdiyi “Mitsubishi L200” markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurmuşdur. Hadisə zamanı avtomobildə Zərərçəkmiş şəxs1 də olmuşdur. Heç biri bədən xəsarəti almamışlar. Tibbi müayinəyə ehtiyacıları olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs1 da iş üzrə şahid qismində dindirilmiş Şahid2 izahatında göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Yol patrul xidmətinin baş inspektoru polis baş leytenantı Zərərçəkmiş şəxs1 protokolun məzmununa uyğun izahat verərək müvafiq qanuna uyğun qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol, özünün, zərərçəkmiş şəxsin və şahidlərin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə işin hallarını nəzərə alaraq Şəxs onun təqsirli hesab olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-75/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-75/2023
06.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver