Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-75/2024 04.03.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X5, Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Mərkəzi Aran regional şöbəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Mərkəzi Aran regional şöbəsinin 25 sentyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X11 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X11 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Mərkəzi Aran regional şöbəsinin 25 sentyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək ona 1000 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. X11 barəsində çıxarılmış həmin qərardan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X5 qardaşına məxsus olmaqla Ağdaş şəhərində yerləşən avtoyuma (moyka) yerində X17 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən AR Əmək Məcəlləsinə və əmək qanunvericiliyinə dair digər hüquqi aktların tələblərinin yerinə yetirilməsinə nəzarəti həyata keçirmək məqsədilə yoxlama keçirilmişdir. Yoxlama nəticəsində Əmək Məcəlləsində tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsi hər hansı işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə yoxlama aparan orqanın nümayəndəsi tərəfindən 28 avqust 2023-cü il tarixli, 06 ix-23 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında 25 sentyabr 2023-cu il tarixli, MN ******* saylı “İnzibati Tənbeh vermə haqqında” qərar qəbul edilərək Azərbaycan Respublikası İnzibati, Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 1000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən işin halları tam araşdırılmadan və inzibati xətaya görə tənbeh vermə ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmadan ədalətli olmayan qanunsuz qərar qəbul edilmişdir. Ümumiyyətlə onun həmin obyektlə heç bir əlaqəsi yoxdur. Həmin vaxt avtoyuma məntəqəsini atası işlədirdi. Həmin gün atası özünü pis hiss elədiyi üçün orada özü dayanmışdır. O, izahatında bu məsələyə aydınlıq gətirsə də onun sözlərinə məhəl qoyulmayaraq onu cərimələyiblər. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Mərkəzi Aran regional şöbəsinin 25 sentyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X11 şikayətin məzmununa uyğun izahat verərək bildirdi ki, həmin avtoyuma məntəqəsi atasının adınadır və həmin avtoyuma məntəqəsinin atasının mülkiyyətində olmasına dair çıxarış olmasa da, bələdiyyə sənədi vardır. Həmin obyekti atası Azər işlədir. Əvvəllər atasının adına VÖEN olmuş, lakin müəyyən müddət obyekt işlədilmədiyindən VÖEN bağlanmış və müəssisənin fəaliyyəti dayandırılmışdır. X18 şəhər sakini kimi tanıyır və onun restoranlarda işlədiyini eşitmişdir. Toğrul Şavəddinov onun avtoyuma məntəqəsində işləməyib. Hadisə baş verən gün atası Azər ona zəng edərək səhhətinin yaxşı olmadığını bildirdiyindən, o, atasının əvəzinə avtoyuma məntəqəsində dayanmışdır. Toğrul Şavəddinov onun avtoyuma məntəqəsində qanunsuz daxil olub tanışının avtomobilini yumuş və su aparatı ilə ehtiyatsız davranaraq yıxılıb xəsarət almışdır. Həmin vaxt o, avtoyuma məntəqəsinə gələrkən məntəqədə insanların toplandığını görmüş və yaxınlaşaraq Toğrulun yıxılaraq xəsarət aldığını görmüşdür. Bundan sonra Toğrulu xəstəxanaya aparmış, dərman və digər xərcləri özü qarşılamışdır. Məhkəmə iclasında X5 Ağdaş rayon prokurorluğunda verdiyi izahatı elan olunmuş və o, həmin izahatda Moqqu-999 yağ dəyişmə və avtoyuma məntəqəsində işlədiyini, xx.xx.2023-də 1 dəfə işlədiyi müddətdə xəsarət aldığını, daha sonra işləmədiyini, həmin avtoyuma məntəqəsi atası X6 adına olsa da, özünün işlətdiyini bildirmişdir. X8 Ağdaş rayon prokurorluğunda verdiyi izahatı ilə məhkəmə baxışı zamanı verdiyi izahatı arasında olan ziddiyəti izah etmək təklif olunduqda, o, bildirdi ki, Toğrul Şavəddinov onun avtoyuma məntəqəsində işləməmiş, ona görə də Torğrul Şavəddinov ilə hər hansı əmək müqaviləsi bağlanmamış, hər hansı bir təlimatla tanış edilməmiş və ya təlimatlandırılmamışdır. Həmin şəxs onun avtoyuma məntəqəsinə qanunsuz daxil olmuş, hətta ona ziyan da vurmuşdur. O, Toğrul Şavəddinovun qanunsuz hərəkətləri barədə polisə məlumat verməməsinin səbəbini izah edə bilmir. Bundan başqa əgər hansı bir pozuntu baş vermişdirsə, inzibati xəta haqqında protokol onun deyil, atası Azər barəsində tərtib olunmalı və atası cərimə olunmalı idi. Buna görə də barəsində tərtib edilmiş protokol və qərar əsassızdır. Odur ki, qeyd olunanların nəzərə alınaraq barəsində tərtib edilmiş 25 sentyabr 2023-cü il tarixli, MN № ******* nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Toğrulu xəstəxanaya aparıb, dərmanlarını almasının səbəbi sadəcə ona yardım etmək olmuşdur. O, Toğrulun prokurorluğa verdiyi izahatında onlara məxsus avtoyuma məntəqəsində işləməsini göstərməsinin səbəbini bilmir. O, özü prokurorluqda verdiyi izahatında 05 iyun 2023-cü il tarixdə Toğrul Şavəddinovun avtoyuma məntəqəsində bir dəfə işlədiyi müddətdə xəsarət aldığını, daha sonra işləmədiyini və həmçinin bu kimi ziddiyyətli izahatlar verməsinin səbəbini izah edə bilmir. Məhkəmə iclasında qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Mərkəzi Aran regional şöbəsinin nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, Ağdaş rayon prokurorluğundan şöbəyə “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar daxil olmuşdur. Həmin qərarda X7 Moyka-999 da 1 gün işlədiyi və həmin gün yıxılaraq xəsarət alması qeyd olunmuşdur. Həmin obyekt isə X5 atasına məxsus olsa da atası Azər prokurorluqda verdiyi izahatında həmin obyektdə təhlükəsizlik qaydalarına oğlu Səbzalı Pirmalıyevin cavabdeh olmasını bildirdiyindən inzibati məsuliyyətə Səbzalı Pirmalıyev cəlb olunmuşdur. O, X9 işə götürərkən əmək müqaviləsi bağlamamış, hər hansı bir xüsusi geyim forması və ya digər təchizat vasitələri ilə təmin olunmamışdır. Sözügedən qərar prokurorluqdan daxil olduğu üçün araşdırılmadan X11 barəsində 25 sentyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 1000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında sualları cavablandıran Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Mərkəzi Aran regional şöbəsinin nümayəndəsi Nümayəndə2 sualları cavablandırarkən bildirdi ki, inzibati tənbeh vermə haqqında qərar qəbul edilməzdən əvvəl X11 şöbəyə dəvət olunmuş, lakin o, gəlmədiyi üçün barəsində qərar qəbul edilmişdir. Bundan başqa qərar qəbul edilərkən X5 adına VÖEN olub-olmaması yoxlanılmış, lakin aktiv VÖEN olması müəyyən edilmişdir. X2 adına VÖEN olsa idi, o, 1000 manat deyil, 3000 manat məbləğində cərimə edilərdi. X25, həm də Azər Buna görə də X11 barəsində tərtib edilmiş qərar qanuni və əsaslı olduğundan şikayət təmin edilməməlidir və şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında göstərdi ki, həmin avtoyuma məntəqəsi ona məxsusdur. Hadisə günü onun səhhətində problem olduğundan oğlu Səbzalıdan obyektə onun əvəzinə bir neçə saat dayanmasını xahiş etmişdir. Sonra Toğrul adında şəxsin onun obyektində yıxılaraq xəsarət aldığını eşitmişdir. Toğrul Şavəddinov avtoyuma məntəqəsində işləmədiyi üçün o, və oğlu Səbzalı ilə Toğrul Şavəddinov arasında əmək müqaviləsi bağlanmamış, ona görə də hər hansı vəzifə təlimatı olmamışdır. Avtoyuma məntəqəsində yanğın və texniki təhlükəsizliyi qaydaları ilə bağlı yalnız yanğın söndürən balon vardır. Avtoyuma məntəqəsində su naporu, köpük naporu, su motoru vardır. Həmin protokol yalnış tərtib olunmuş, oğlunun həmin avtoyuma məntəqəsinə əlaqəsi yoxdur. Məhkəmə iclasında X6 Ağdaş rayon prokurorluğunda verilmiş izahatı elan olunmuş və o, həmin izahatında bildirmişdir ki, o, hal-hazırda fərdi əmək fəaliyyəti ilə məşğuldur, əvvəllər hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olsa da, sonradan VÖEN-ni dayandırmışdır. Bununla belə hal-hazırda da heç bir hüquqi sənədi olmadan Ağdaş-Qəbələ yolu istiqamətində olan Moqqu-999 yağ dəyişmə və onun yanında olan avtoyuma məntəqəsini işlədir. Ailəsi ilə baş verən problemlə əlaqədar övladı X11 həmin yağ dəyişmə və onun yanında olan avtoyuma məntəqəsini işlədərək faktiki sahiblik edir. Həmin sex və məntəqə yola yaxın olduğuna görə Ağdaş rayon İcra Hakimiyyətindən sərəncam alına bilməmiş, eyni zamanda həmin əraziyə çıxarış alınmamışdır. Onların yalnız həmin əraziyə bələdiyyə sənədi mövcuddur. O, və oğlunun VÖEN-i bağlamalarına səbəb maddi vəziyyətlərinin yaxşı olmaması, vergiləri vaxtında ödəyə bilməmələri olmuşdur. 3-4 ay olar ki, VÖEN-i bağlamışdır. Oğlu Səbzalının VÖEN-i isə nə zaman dayandırılması yadında deyil. Moqqu-999 yağ dəyişmə sexini həbsdə olan oğlu Rauf Pirmalıyev işlətmiş, avtoyuma məntəqəsini isə oğlu Səbzalı işlədir, hal-hazırda isə oğlu tək işləyir. Oğlu Səbzalı həmin avtoyuma məntəqəsində olduğu müddətdə bir nəfər adını bilmədiyi uşağın orada ehtiyatsızlıqdan yıxılaraq xəsarət almasnı eşitmişdir. Həmin uşaq avtoyuma məntəqəsində işləməmişdir. Avtoyuma məntəqəsində təhlükəsizlik qaydalarına məsul şəxs oğlu Səbzalı olmuş, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi oğlu Səbzalıya həvalə olunmuşdur. X10 Ağdaş rayon prokurorluğunda verdiyi izahatı ilə məhkəmə baxışı zamanı verdiyi izahatı arasında olan ziddiyəti izah etmək təklif olunduqda, o, bildirdi ki, prokurorluqda verdiyi izahatı yalnışdır, həmin izahatı oxumadan imzalamışdır, həmçinin orada nə dediyini xatırlamır. Oğlu Səbzalı heç bir təhlükəsizlik qaydalarına cavabdeh olmamış, həmin obyekti özü işlətmişdir. Əgər əsas var idisə inzibati protokol onun barəsində tərtib olunmalı idi. Əlavə olaraq o, Toğrul da izahatında həmin obyektdə 1 gün işlədiyini göstərmiş, onu sınaq müddəti ilə də işə götürə bilərdi, bəlkə o, işinin öhdəsindən gələ bilməyəcəkdi, bunun üçün əmək müqaviləsi bağlamağa ehtiyac yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 izahatında bildirdi ki, o, günaşırı sözügedən avtoyuma məntəqəsinin qarşısından keçir. Həmin avtoyuma məntəqəsini Səbzalının atası Azər işlədir. Hadisə baş verən gün o, həmin avtoyuma məntəqəsinə yaxın ərazidə olmuşdur. Onunla avtoyuma məntəqəsi arasında 50 metr məsafə olmuşdur. Orada olarkən tanımadığı bir nəfər şəxsin su aparatını götürərək maşın yumağa başladığını görmüşdür. Sonra həmin şəxs ehtiyatsızlıqdan yıxılaraq xəsarət almışdır. Hadisə baş verən zaman həmin şəxsi tanıyan olmamışdır. Həmin şəxsin avtoyuma məntəqəsində işləməsi barədə heç bir məlumatı yoxdur. X13 məhkəmə iclasına şahid kimi dəvət olunsa da o, məhkəmə çağırışına gəlməmiş və Ağdaş rayon Polis Şöbəsinin 04 mart 2024-cü il tarixli məktubundan X15 rayonu ərazisində yaşamaması məlum olmuşdur. Məhkəmə iclasında X7 Ağdaş rayon prokurorluğunda verilmiş ifadəsi elan olunmuş və o, ifadəsində bildirmişdir ki, o, hal-hazırda Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx" ASC-nin arxasında olan kafedə 10 gündən artıqdır müddətdə işləyir. 15 gün əvvələ qədər Ağdaş-Qəbələ istiqamətində olan Moyka-99 işləmişdir. Avtoyuma məntəqəsində yıxılaraq xəsarət aldığına görə ailə üzvləri işə getməyinə icazə verməmişlər. Məntəqədə ayağı sürüşərək başı betona dəymiş, nəticədə kəllə-beyin travması almışdır. Hadisə zamanı huşu getmiş, gözünü açdığında isə Ağdaş rayon Mərkəzi Xəstəxanasında olmuşdur. Təcili tibbi yardım əməkdaşları hadisə yerinə gəlmiş, onu da xəstəxanaya aparmışlar. Alnına tikiş qoyularaq həmin gün 1 saat sonra onu evə buraxmışlar. Moyka- 999 Səbzalı adlı şəxsə məxsusdur. O, iş axtardığı üçün həmin məntəqəyə yaxınlaşmışdır. Daha sonra Səbzalı onu onu işə götürmüşdür. Ondan başqa heç bir işçi olmamış, həmin avtoyuma məntəqəsində yalnız Səbzalı və o, olmuşdur. O, avtoyuma məntəqəsində usta kimi işlədiyi müddətdə hər hansı bir xüsusi bir geyim və ya digər təchizat vasitələri ilə təmin olunmamışdır. Xüsusi geyimlə təmin olunmadığı üçün həmin vasitələr ona müvafiq təhvil aktları ilə verilməmişdir. O, Səbzalı ilə əmək müqaviləsi bağlamamış, ona görə də hər hansı vəzifə təlimatı olmamış, rəsmi əmək müqaviləsi olmadığından əmək haqqından hər hansı gəlir vergisi tutulmamışdır. Avtoyuma məntəqəsində yanğın və texniki təhlükəsizliyi qaydaları ilə ilə bağlı yalnız yanğınsöndürmək üçün nəzərdə tutulmuş balon olmuş, işə girməmişdən əvvəl rəsmi sənəd əsasında texniki təhlükəsizlik və ya yanğın təhlükəsizliyi qaydaları ilə tanış olmamışdır. Avtoyuma məntəqəsində təhlükəsizlik qaydalarına məsul şəxs Səbzalı olmuşdur. Hadisə zamanı 1 ədəd VAZ 21015minik markalı avtomobili yuduğu zaman orada həmin avtomobilin sahibi digər kənar şəxslər olmuşlar. Lakin, digər şəxslərin adlarını xatırlamır. Avtoyuma məntəqəsində müşahidə kameraları olmamışdır. Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi məsələsi həvalə edilmiş şəxs Səbzalı özü olmuşdur. İşin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 20 iyun 2023-cü il tarixli 264 saylı rəyindən görünür ki, X7 bədənində olan xəsarətlər-alının sağ nahiyəsinin yaraları küt alət təsirindən törənmiş, törənmə müddəti 05 iyun 2023-cü il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. Qeyd olunan xəsarət X7 ayağının sürüşüb yıxılması zamanı əmələ gəlməsi istisna olunmur. İşin materiallarında olan Ağdaş rayon prokurorluğunun 07 iyul 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür k, X7 xəsarət alması faktı üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. İşin materiallarında olan Ağdaş rayon prokurorluğunun 28 avqust 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın surətindən görünür k, xx.xx.1989-cu il tarixdə Ağdaş şəhərində doğulmuş Ağdaş şəhəri, M.İsayev küçəsi. Ev 3/12 ünvanında qeydiyyatda olmaqla yaşayan, orta təhsilli, evil məhkumluğu olmayan, Azərbaycan Respublikasının vətəndaşı X5 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması, barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılan şəxsə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah edilməsi, qərar və toplanmış materialın baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinə göndərilməsi, qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göndərilməsi barədə qərar qəbul edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Mərkəzi Aran regional şöbəsi tərəfindən X8 ünvanlanmış 26 sentyabr 2023-cü il tarixli, 3-17-5/2-p-37267/23 saylı məktubdan görünür ki, X3 Əmək Müfəttişliyi Xidməti Mərkəzi Aran regional şöbəsi tərəfindən MN ******* saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 1000 manat məbləğində cərimə edilməsi və həmin cərimənin ödənilməsi barədə xəbərdar edilmişdir. İşin materiallarında olan 25 sentyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, ona cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə baxışında şikayət araşdırılarkən müəyyən olunmuşdur ki, Səbzalı Pirmalıyev prokurorluqda izahat verərkən Toğrul Şavəddinovun avtoyuma məntəqəsində 1 gün işlədiyini, avtoyuma məntəqəsini atası xəstə olduğundan özünün işlətdiyini bildirmiş və məhkəmə iclasında sualları cavablandırarkən izahatları arasında olan ziddiyyəti izah edə bilməmişdir, həmçinin X1 avtoyuma məntəqəsinin atasına məxsus olduğunu, X7 onun yanında işləmədiyini bildirsə də məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, məhkəmə iclasında ifadəsi elan edilmiş X6 Ağdaş rayon prokurorluğunda verdiyi izahatı ilə həmin avtoyuma məntəqəsinin faktiki sahibinin X11 olması və həmin avtoyuma məntəqəsinin faktiki sahibi X11 olması öz təsdiqini tapır, eləcə də məhkəmə iclasında X7 Ağdaş rayon prokurorluğunda verdiyi izahatı ilə avtoyuma məntəqəsinin sahibinin X11 olması və onun yıxılaraq xəsarət aldığı gün X11 tərəfindən heç bir əmək müqaviləsi bağlanmadan və ya təhlükəsizlik qaydaları ona izah edilmədən işə götürülməsi də öz təsdiqini tapır, bu səbəbdən məhkəmə X5 məhkəmə iclasında verdiyi izahatının özünü müdafiə xarakteri daşımaqla məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilmiş izahat kimi qiymətləndirir. Eyni zamanda X12 avtoyuma məntəqəsini özünün işlətdiyini, Toğrul Şavəddinovun həmin avtoyuma məntəqəsində işləmədiyini göstərsə də həmin izahat onun ilkin izahatı ilə təqzib olunur və məhkəmə hesab edir ki, Azər Pirmalıyevin məhkəmə iclasında verdiyi izahatı oğlunu müdafiə xarakteri daşıyır. Bundan əlavə məhkəmə qeyd edir ki, məhkəmə iclasında X5 vəsatəti əsasında çağırılıb dindirilmiş şahid X4 Şavəddinovun Səbzalı Pirmalıyevə məxsus avtoyuma məntəqəsində işləmədiyini, inkar etməmiş, sadəcə bu barədə məlumatının olmadığını bildirmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, Ağdaş rayon prokuroru Anar Əliyev tərəfindən X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən qərar qəbul edilmiş və həmin qərardan Səbzalı Pirmalıyev tərəfindən şikayət verilməmişdir. Eyni zamanda Səbzalı Pirmalıyevə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Mərkəzi Aran regional şöbəsi tərəfindən inzibati protokola baxılma yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o, həmin protokolun baxılmasında iştirak etməmişdir. Beləliklə, məhkəmə qərardan şikayət vermiş şəxsin, qərarından şikayət verilmiş orqanın nümayəndəsinin və şahidlərin izahatlarını dinləyib, şikayətə işin materialları ilə birlikdə baxaraq hesab edir ki, şikayətin məzmununda qeyd olunan inzibati tənbeh vermə haqqında qərarın əsassız olaraq tərtib edilməsi ilə bağlı sübutlar təqdim edilmədiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Mərkəzi Aran regional şöbəsinin qərarı əsaslıdır və həmin qərardan verilmiş şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Hazırki halda Ağdaş rayon prokurorluğu tərəfindən daxil olmuş qərar əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Mərkəzi Aran regional şöbəsi tərəfindən araşdırılma aparılmış, törədilməsi ehtimal olunan inzibati xəta aşkar edilərək bu barədə protokol tərtib edilmiş və protokola əsasən qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair 2 noyabr 2016-cı il tarixli qərarına istinad etməklə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin müvafiq normaları analogiya üzrə tətbiq edilməlidir. Belə ki, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında göstərilmişdir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65-ci maddəsində göstərilir ki; 65.1. Cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. 65.5. Məhkəmə cinayət təqibinə xitam verilməsi haqqında təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarını məhkəmə nəzarəti funksiyalarını həyata keçirərkən ləğv edə bilər, məhkəmə baxışı nəticəsində isə həmçinin xüsusi qərar çıxara bilər. Məhkəmə hesab edir ki, inzibati araşdırma aparmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Mərkəzi Aran regional şöbəsinin əməkdaşları X5 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş X11 barəsində haqlı olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmçinin qərar tərtib edilərkən X8 lazımı qaydada məlumat verilmiş, qərarın surəti ona göndərilmişdir. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən hesab edir ki, təqdim edilmiş sənədlər əsasında mübahisələndirilən qərarın əsassız olması müəyyən edilmədiyindən, X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Mərkəzi Aran regional şöbəsinin ******* nömrəli, 25 sentyabr 2023-cü il tarixli qərarından verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133,134,135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Şəki regional ərazi şöbəsinin 25 sentyabr 2023-cü il tarixli, MN ******* saylı qərarından verdiyi şikayət əsassız olduğundan təmin olunmasın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-75/2024
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-75/2024
04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver