Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-76/2021 04.02.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, barəsində inzibati xəta protokolu tərtib edilmiş Şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs və X1, Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi X8 iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Ağdaş şəhəri Yuxarı Ləki kəndində yaşayan X9 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Ağdaş rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Ağdaş şəhərində xx xxxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X9 barəsində Ağdaş rayon İcra və Probasiya Şöbəsininin rəisi X13 tərəfindən xx.xx.2021-ci il tarixdə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1542 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinə və Ağdaş rayon məhkəməsinin 2(014)-1326 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs, X10 və X11 ilə uşaqların görüşməsinə Şəxs icazə vermir. İnzibati xəta törətmiş şəxs X9 izahat verərək göstərmişdir ki, tələbkar Zərərçəkmiş şəxs azyaşlı uşaqların görüşüb ünsiyyətdə olması barədə qətnamə qəbul edilmişdir. Uşaqlar görüşmək istəmədiyinə görə İcra şöbəsinə gətirə bilmir. Zərərçəkmiş şəxs izahat verərək göstərmişdir ki, borclu X9 heç bir səbəb olmadan uşaqları ilə görüşməyə imkan vermir. Buna görə də X9 barəsində qanuni tədbirlər görülməsin xahiş etmişdir. Zərərçəkmiş şəxs X11 izahat verərək, borclu X2 heç bir səbəb olmadan nəvələri ilə görüşməyə imkan vermədiyini, görüşlər zamanı mübahisə yaratdığını bildirmışdir. Buna görə də X9 barəsində qanuni tədbirlər görülməsin xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon İcra və Probasiya Şöbəsinin xx xxxx 2020-ci il tarixli aktdan görünür ki, Şəxs xx xxxxxx 2012-ci ildə anadan olmuş X3 və xx xxxxxxx 2014-cü ildə anadan olmuş X4 təyin olunmuş görüş yerinə gətirməmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli aktdan görünür ki, Şəxs, bibisi X5 və X11 arasında mübahisə baş vermiş, uşaqlar ata və nənədən zorla alınaraq ata və nənəni qovub çöl qapını bağlamışlar, Şəxs yüksək səslə qışqıraraq uşaqları zorla tutub qapıya tərəf çəkərək ata və nənəyə tərəf çəkmək istəyəndə Ağdaş RPŞ-nin polisləri və icra məmuru tərəfindən müdaxilə edilib uşaqların pisixologiyasına təsir olunmasın deyə hər kəsi sakitləşdirib dərhal Zərərçəkmiş şəxs mənsur oğlunu və X6 Şəxs yaşadığı evdən uzaqlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş Ağdaş rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli aktdan görünür ki, Şəxs ilə əlaqə saxlanılmış, uşaqların nənələri ilə görüşmələri üçün Ağdaş rayon İcra və Probasiya şöbəsinə gətirilməsini təmin edilməsi deyilməsinə baxamayaraq Şəxs həm pandemiyanı səbəb göstərərək, həm də uşaqların gəlmək isdəməməsini bildirərək, telefonu uşaqların qulağına tutarq “görüşə gedirsiniz?” sualını vermiş, uşaqlar qışqıraraq “istəmirəm” demişlər. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, X2 Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1542 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinə və Ağdaş rayon məhkəməsinin 2(014)-1326 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsini üzürsüz səbəbdən icra etməməklə Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir, inzibati xətanı törətməsi haqqında X7 həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə X7 inzibati tənbeh təyin edərkən törətdiyi xətanın xarakterini, törədilmə şəraitini, himayısində azyaşlı uşağının olamsı məsuliyyətini yüngülləşdirən hal kimi, onun cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : X9 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona 500 manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-76/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-76/2021
04.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver