Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 3(014)-76/2022 22.02.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasınin İstisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsindən daxıl olmuş materiala 22 fevral 2022-ci il tarixdə saat 11:50-də Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək, baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, 26 yanvar 2022-ci il tarixdə saat 10:30 radələrində "xxxx" MMC-nin Ağdaş şəhəri H.Əliyev prospektində yerləşən filialında işçilər epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələbinə əməl edilməyərək fərdi qoyurucu vasitə olan qoruyucu maskadan istifadə etməyərək karantin qaydalarını pozmuşlar. "xxxx" MMC-nin direktoru Altyn Shakirova vəsatətlə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin barəsində olan inzibati xəta haqqında materialı məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatətə əlavə edilmiş "xxxx" MMC-nin Dövlət Qeydiyyatına alınması haqqında çıxarışdan görünür ki, "xxxx" MMC Bakı şəhəri Binəqədi rayonu M.Rəsulzadə ŞTQ Svetlana Məmmədova (Rəsulzadə qəsəbəsi) 107 hüquq ünvanında fəaliyyət göstərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаddаn qərаrdаd tərəfə rəsmi qаydаdа vеrildikdən sоnrа 10 gün müddətində Ağdaş Rаyоn Məhkəməsinə şikаyət vеrilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-76/2022
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №3(014)-76/2022
22.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver