Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-76/2024 15.02.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi ilə İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1969-cu ildə Ağdaş rayonunun Ləki qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2024-cü il tarixdə, saat 12:00 radələrində idarə etdiyi “VAZ 2101” minik markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomaşını sərxoş vəziyyətdə idarə aşkar edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs inzibati xəta üzrə özünü qismən təqsirli bilərək verdiyi izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə, saat 12:00 radələrində idarə etdiyi “VAZ 2101” minik markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomaşınla Ağdaş şəhəri, H.Əliyev prospektində hərəkətdə olan zaman manevr qaydalarını pozduğu üçün yol polisləri tərəfindən saxlanılmış, sənədləri yoxlanılan zaman hərəkətlərindən şübhələnərək həkim müayinəsindən keçmək üçün Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X4 dəvət olunmuş, müayinə olunan zaman orta dərəcədə sərxoş olması aşkar olunmuşdur. Bundan sona onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Əməlindən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Ona yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Ağdaş rayon Polis şöbəsinin DYPB-nin Yol Patrul Xidməti inspektoru, polis baş leytenantı X3 verdiyi izahatında göstərmişdir ki, barəsində inzibati qaydada icraat aparılan Şəxs inzibati xəta hadisəsi ilə əlaqədar tanıyır. Onunla heç bir qohumluğu, düşmən münasibəti və ya ədavəti yoxdur. Şəxs xx.xx.2024-cü il tarixdə, saat 12:00 radələrində idarə etdiyi “VAZ 2101” minik markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomaşınla Ağdaş rayonu ərazisində hərəkətdə olan zaman manevr qaydalarını pozduğu üçün saxlanılmış, onunla ünsiyyət zamanı hərəkətlərində şübhə doğurduğu üçün həkim müayinəsindən keçirmək üçün Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X4 aparılmış, müayinə zamanı onun sərxoş halda avtomobili idarə etməsi öz təsdiqini tapmışdır. Buna görə də tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş materialları araşdırıb, barəsində inzibati icraat aparılan şəxsin və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatlarını dinləyib, hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin tərkibi olmadığından, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi ilə müşayiət olunan qərəzli hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin hazırkı halda Şəxs barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə qanuni qüvvəsini almış qərar olmadığından, Şəxs əməli inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilmə kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin tərkib əlamətləri olması öz təsdiqini tapmır. Lakin Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyət mövcuddur. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə deyil, həmin Məcəllənin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməli idi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Beləliklə də qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsindən həmin Məcəllənin 333.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 9 (doqquz) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-76/2024
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-76/2024
15.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver