Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-768/2023 14.12.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə icılas katibi X5, X2, Mütəxəsis-loqoped X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1987-ci ildə Ağdaş rayonunun Yuxarı Ləki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Ağdaş rayonunun Yuxarı Ləki kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 17 oktyabr 2023-cü il tarixdə saat 10 radələrində idarə etdiyi “VAZ 21012” minik markalı 10VX086 dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş-Ləki avtomobil yolunun Ağdaş rayonu Yuxarı Ləki ərazisindən keçən hissəsində Ləki qəsəbə istiqamətindən Ağdaş şəhəri istiqamətinə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 77-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, qarşıdan əks istiqamətdən avtomobilin hərəkətdə olmasını nəzərə alaraq sola dönmə əməliyyatına başlamamalı, həmçinin avtomobili qarşı sol hərəkət hissəsinə çıxartmamalı, qarşıdan əks istiqamətdən avtomobilin hərəkətdə olmasını nəzərə alaraq avtomobilə yol verməli və bundan sonra sola dönmə əməliyyatına başlamalı olduğu halda, bunlara riayət etməyib hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq sola dönmə əməliyyatı apararaq həmin yolda Ağdaş şəhəri istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Lada VAZ 2107” minik markalı, 03BJ515 dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmış və toqquşma baş vermiş, nəticədə onun idarə etdiyi avtomobildə olmuş sərnişin X1 yüngül zərər vuran xəsarət almışdır. Ağdaş rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı X4 17 noyabr 2023-cü il tarixli qərarına əsasən yol-nəqliyyat hadisəsi əsasında toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsnin tərkib əlamətləri olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi inzibati tədbir görülməsi üçün qərarın surəti Ağdaş rayon Polis şöbəsinin DYPB-nə göndərilmişdir. Bununla əlaqədar 29 iyun 2020-ci il tarixdə Ağdaş rayon Yol Patrul Xidmətinin baş inspektoru, polis baş leytenantı X14 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün məhkəməyə daxil göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında mütəxəsisin və müdafiəçisinin iştirakı ilə verdiyi izahatında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilərək əməlindən səmimi peşman olduğunu bildirdi və göstərdi ki, onun avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi vardır. “VAZ 21012” minik markalı 10VX086 dövlət qeydiyyat nişanlı avtomobil atasına məxsusdur. 17 oktyabr 2023cü il tarixdə saat 10:00 radələrində idarə etdiyi avtomobillə Ağdaş-Ləki avtomobil yolunun Ağdaş rayonu Yuxarı Ləki ərazisindən keçən hissəsində Ləki qəsəbə istiqamətindən Ağdaş şəhəri istiqamətində saatda 20-30 km sürətlə hərəkət etmişdir. Həmin vaxt avtomobili o, idarə etmiş və atası X8 da avtomobildə onun yanında əyləşmişdir. Bu zaman yolun sağ tərəfində yerləşən məişət avadanlıqları mağazasını görmüş və həmin tərəfə keçmək istəmişdir. Sola dönmə siqnalını yandırıb sürəti yavaşlatmış və sola keçmək istəmişdir. Həmin vaxt yolun sol hərəkət zolağı ilə qarşı tərəfdən gələn “Lada VAZ 2107” minik markalı, 03BJ515 dövlət qeydiyyat nişanlı avtomobil onların avtomobilinin qabaq sağ hissəsinə dəyərək toqquşma baş vermiş və yanında oturan atası X8 başından xəsarət almışdır. Hadisə zamanı sərxoş olmamışdır. Hazırda atası sağalmışdır, ondan heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında zərərçəkmiş şəxs X8 xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək səhhəti ilə bağlı məhkəmədə iştirak edə bilmədiyini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs heç bir şikayəti və tələbinin olmadığını bildirib iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxs X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş zərərçəkmiş şəxs X3 ərizəsindən məlum olur ki, o, qeyd olunan yol nəqliyyat hadisəsi zamanı xəsarət almışdır, hadisəni törətmiş Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizasının 21 oktyabr 2023-cü il tarixli 461 №-li rəyindən görünür ki, X3 bədənində aşkar olunan xəsarətlər qapalı kəllə-beyin travması, beyin silkələnməsi, alın təpə nahiyəsinin yarası, küt alət təsirindən əmələ gəlmiş, törənmə müddətləri 17 oktyabr 2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. İş materiallarında olan portaldan əldə olunmuş qohumluq məlumatları arayışından görünür ki, Şəxs himayəsində xx.xx.2011-ci il tarixdə doğulmuş X9, xx.xx.2014-cü il tarixdə doğulmuş X11 və xx.xx.2021-ci il tarixdə doğulmuş X12 adlı üç azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsndə nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. Buna görə Şəxs həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, həmin Məcəllənin 32.1.7-ci maddəsinə əsasən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin himayəsində üç azyaşlı uşağının olması, məsuliyyəti yüngülləşdirən hallar hesab edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə iİşin hallarını, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını, eyni zamanda Şəxs nitq və eşitmə qabiliyyətinin məhdud olmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması inzibati tənbehi tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil X15 həyata keçirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1.5-ci maddəsinə əsasən işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüququdur. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 № li qərarına müvafiq olaraq müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, həmin hesabla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş 6 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən X10 ("xxxx" ASC-nin Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ73İBAZ******************** saylı olan) hesabına 36 (otuz altı) manat pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin və nəqliyyat vasitəsini idarə etmək hüququ 8 (səkkiz) ay müddətə məhdudlaşdırılsın. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş 6 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən X10 ("xxxx" ASC-nin Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ73İBAZ******************** saylı olan) hesabına 36 (otuz altı) manat pul köçürülsün. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-768/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-768/2023
14.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver