Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-77/2023 06.03.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi vəkil X3 və Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X2 iştirakı ilə xx.xx.1977-ci il tarixdə Ağdaş rayonu Qoşaqovaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ağdaş rayonu Qoşaqovaq kəndində qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağdaş şəhərində 06 mart 2023-cü il tarixdə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X4 tərəfindən Şəxs barəsində 06 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş ondan ötrü ki, o, 05 fevral 2023cü il tarixdə saat 20:00 radələrində Ağdaş şəhəri Müşviq İsayev küçəsində yerləşən yaşayış evinin ikinci mərtəbəsində zalda qanunla müəyyən edilmiş qaydaları pozmaqla 6 (altı) nəfər şəxsin iştrakı ilə dini yığıncaq təşkil etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X4 izah etdi ki, Şəxs 05 fevral 2023-cü il tarixdə saat 20:00 radələrində Ağdaş şəhəri Müşviq İsayev küçəsində yerləşən yaşayış evinin ikinci mərtəbəsində zalda qanunla müəyyən edilmiş qaydaları pozmaqla 6 (altı) nəfər şəxsin iştrakı ilə dini yığıncaq təşkil etmiş, bununla bağlı tərəfindən araşdırma aparılmış, Şəxs və həmin yığıncaqda iştirak edən şəxslərin izahatı alınmış, bundan sonra Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Ağdaş şəhəri Müşviq İsayev küçəsində yerləşən evdə yaşayır. Bacısı Məhəbbətin böyrək və xərçəng xəstəsidir. 05 fevral 2023-cü il tarixdə saat 20:00 radələrində xəstə bacısına baş çəkmək üçün dostları Rahim, İntizam, Əhməd, Hafiz və Fəqan yaşadığı evə gəldilər. Həmin vaxt yaşadığı evin ikinci mərtəbəsində böyük zalda bacısına dua etmək üçün şəfa duaları oxumuşlar. Bu zaman otağa polis əməkdaşları və dini qurumun nümayəndəsinin gəlmiş və onlara qanunla müəyyən edilmiş qaydaları pozmaqla dini yığıncaq təşkil etdiklərini bildirmişlər. Həmin vaxt evindən özünə məxsus 9 ədəd dini kitab aşkar edilmişdir. Həmin vaxtı dini yığıncaq təşkil etməmişdir. Protokolda qeyd edilən əməli törətməmişdir. Ümumiyyətlə protokol səlahiyyəti olmayan şəxs tərəfindən tərtib edilmişdir. Buna görə də onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin müdafiəçisi vəkil X1 Hörmət Məhəmməd oğlu barəsində tərtib edilmiş protokol səlahiyyəti olmayan şəxs tərəfindən tərtib edildiyini, bundan əlavə şəxsin əməlində inzibati xəta tərkibi olmadağından onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şahid izahatında bildirmişdir ki, Ağdaş şəhəri Müşviq İsayev küçəsində yerləşən evdə yaşayan Şəxs tanıyır. 05 fevral 2023-cü il tarixdə Hörmətin xəsdə bacısına baş çəkmək üçün onun yaşadığı evə getmişdir. Bu zaman dostları Rahim, Hafiz, Əhməd və Fəqan həmin evə gəldilər. Onlar birlikdə çay içdikdən sonra kitab oxuyaraq Hörmətin bacısına şəfa diləmişlər. Həmin vaxt otağa polis əməkdaşları və dini qurumun nümayəndəsinin gəlmiş və onlara qanunla müəyyən edilmiş qaydaları pozmaqla dini yığıncaq təşkil etdiklərini bildirmişlər. Məhkəmə iclasında şahid X9 izahatında bildirmişdir ki, Ağdaş şəhəri Müşviq İsayev küçəsində yerləşən evdə yaşayan Şəxs tanıyır. 05 fevral 2023-cü il tarixdə Hörmətin xəstə bacısına baş çəkmək üçün onun yaşadığı evə getmişdir. Bu zaman dostları İntizam, Rahim, Hafiz və Fəqan həmin gəldilər. Onlar birlikdə çay içdikdən sonra kitab oxuyaraq Hörmətin bacısına şəfa diləmişlər. Həmin vaxt otağa polis əməkdaşları və dini qurumun nümayəndəsinin gəlmiş və onlara qanunla müəyyən edilmiş qaydaları pozmaqla dini yığıncaq təşkil etdiklərini bildirmişlər. İnzibati xəta haqqında materiala əlavə edilmiş videodiskdən müəyyən edilir ki, 05 fevral 2023-cü il tarixdə saat 20:00 radələrində Şəxs yaşadığı Ağdaş şəhəri Müşviq İsayev küçəsində yerləşən yaşayış evinə baxış zamanı 6 (altı) nəfər şəxsin iştrakı ilə qanunla müəyyən edilmiş qaydaları pozaraq dini yığıncaq təşkil edilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş 06 fevral 2023-cü il tarixli, MN1722039 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 05 fevral 2023-cü il tarixdə saat 20:00 radələrində Ağdaş şəhəri Müşviq İsayev küçəsində yerləşən yaşayış evinin ikinci mərtəbəsində zalda qanunla müəyyən edilmiş qaydaları pozmaqla 6 (altı) nəfər şəxsin iştrakı ilə dini yığıncaq təşkil etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş şahidlər X8 və X5 izahatlarından görünür ki, Ağdaş şəhəri Müşviq İsayev küçəsində yerləşən evdə yaşayan Şəxs tanıyır. 05 fevral 2023-cü il tarixdə Hörmətin xəsdə bacısına baş çəkmək üçün onun yaşadığı evə getmişdir. Bu zaman dostları ilə birlikdə çay içdikdən sonra kitab oxuyaraq Hörmətin bacısına şəfa diləmişlər. Həmin vaxt otağa polis əməkdaşları və dini qurumun nümayəndəsinin gəlmiş və onlara qanunla müəyyən edilmiş qaydaları pozmaqla dini yığıncaq təşkil etdiklərini bildirmişlər. İnzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin arayişindən görünür ki, Dinşünaslıq ekspertiziyasına təqdim olunmuş, 9 ədəd Səid Nursinin müəllifi olduğu “Risale-i Nur” külliyyatına daxil olan kitablarla bağlı bildirilir ki, “Risale-i Nur” külliyyatına daxil olan və bənzəri dini ədəbiyyatların idxalına, yayılmasına və nəşrinə 2009-cu ilə qədər hər hansı bi məhdudiyyət tətbiq edilməmişdir. Lakin “Risale-i Nur” külliyyatına daxil olan və bənzəri dini ədəbiyyatlarda dini ekstremizimi təbliğ evdən, məzhəblərarası ədavətə səbəb ola biləcək, eləcə də milli-irqi, dini ayrı-seçkilik salan məlumatlara rast gəlinməsə də, sonrakı illərdə ölkədəki mövcud dinidurum və qanunvericilikdə edilmiş dəyişikliklər nəzərə alınaraq, əsasən təriqətçiliyin (camaatçılığın) yayılmasına istifadə edildiyinə görə 2009-cu ildən bu kitabların kütləvi şəkildə ölkəyə idxalı, yayılması və nəşri ekspertlər tərəfindən məqsədəuyğun hesab olunmamışdır. Belə ki, “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 3 may 2017-ci il tarixli 1361 nömrəli Fərmanının 54-1-ci bəndində qeyd edilir ki, Məcəllənin 515.0.2 ― 515.0.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol həmin; 54-1.1. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi adından ― bu Siyahının 36.3-cü bəndində nəzərdə tutulan vəzifəli şəxslər; 54-1.2. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından ― bu Siyahının 1-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər.
55. Məcəllənin 516.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol: 55.1. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi adından – bu Siyahının 36.3-cü bəndində nəzərdə tutulan vəzifəli şəxslər; 55.2. inzibati xətanı aşkar etmiş yerli icra hakimiyyəti orqanı adından – bu Siyahının 12-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər; 55.3. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından ― bu Siyahının 1-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən maddəsinə əsasən bu Qanunun 21-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, kütləvi dini ibadət, ayin və mərasimlərin icrası zamanı dini təlimin əsaslarının işıqlandırılması yalnız bu Qanunla müəyyən edilmiş qaydada təyin olunmuş din xadimləri tərəfindən həyata keçirilə bilər; Həmin Qanunun 6-1-ci maddəsinə əsasən kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçirilir. Kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə təşkil olunur. Xarici ölkələrdə yerləşən və müvafiq din üçün müqəddəs hesab edilən yerlərə ibadət məqsədilə dindarların mütəşəkkil şəkildə ziyarətləri müvafiq dini mərkəzlər (idarələr) tərəfindən həyata keçirilir və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilir; Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə dini qurumlar ibadətlər və dini yığıncaqlar üçün onlara münasib yerlərə, habelə bu və ya digər dində müqəddəs sayılan ziyarətgahlara himayədarlıq edib, onları saxlamaq və onlardan istifadə etmək hüququna malikdirlər. Bu Qanunun 1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ibadətlər, dini ayinlər və mərasimlər ibadətgahlarda və onlara məxsus ərazidə, ziyarətgahlarda, qəbristanlıqlarda, dini qurumların idarələrində, vətəndaşların mənzillərində və evlərində maneəsiz keçirilir. Həmin Qanunun 30-cu maddəsinə əsasən bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində, İXM-də və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verməsi şəxsin və şahidlərin izahatları, iş materiallarında olan sənədlərlə tam sübuta yetir, həmin xətanı törətməkdə təqsirlidir, əməlin inzibati xəta olmasını aradan qaldıran və inzibati məsuliyyəti istisna edən halları yoxdur. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsinə əsasən dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına - fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, işin hallarını, inzibati xəta törətmiş Şəxs əməlində yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərər alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növü təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 115.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda götürülmüş əşyalar və sənədlər barədə məsələlər həll olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 115.4.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda götürülmüş, dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir. Buna görə də aşkar edilərək götürülmüş 9 ədəd dini kitab qanuni sahibinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsi ilə təqsirli bilinib ona 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs yaşadığı evdən aşkar edilərək götrülmüş, Səid Nursinin müəllifi olduğu “Risale-i Nur” külliyyatına daxil olan 9 (doqquz) ədəd dini kitab qanuni sahibinə qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər.
Hakim Nizam Əliyev