Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-775/2023 07.12.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X3, Ağdaş Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 2002-ci ildə Ağdaş rayonu, Nehrəxəlil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, traktor sürücüsü işləyən, Ağdaş rayonu, Nehrəxəlil kəndində yaşayan və həmin ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 06 dekabr 2023-cü il tarixdə saat 23 radələrində Ağdaş şəhərində “Padval” kafe adlanan kafenin qarşısında küçədə ucadan qışqıraraq səs-küy salaraq ünvansız nalayiq ifadələr işlədib xırda xuliqanlıq etmiş, həmçinin ona yaxınlaşan polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, Ağdaş rayonu, Nehrəxəlil kəndində ailəsi ilə birlikdə yaşayır. Onun hadisə baş verən kafeyə borcu olduğundan, Səbuhinin maşını ilə kafeyə borcunu qaytarmağa getmişlər. Kafedə işləyən xanım borcu istədikdə, mübahisə yarandı, mübahisə zamanı onlar nalayiq ifadələr işlətməyə başlamışlar. Kafedə onlardan əlavə başqa insanlar da olmuşlar. Daha sonra polis əməkdaşları həmin əraziyə yaxınlaşmış və onu ictimai qaydaları pozmamağa dəvət etmişlər, lakin polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq, öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Bundan sonra polis əməkdaşları onu Ağdaş Rayon Polis Şöbəsinə gətirmişlər. Etdiyi əməldən peşmandır, himayəsində iki azyaşlı uşağı var, bir daha belə hərəkətlərə yol verməyəcək, məhkəmədən bağışlanmasını xahiş edir. Ağdaş Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X8 məhkəmə iclasında izahatında göstərdi ki, Şəxs 06 dekabr 2023-cü il tarixdə saat 23 radələrində Ağdaş şəhərində “Padval” kafe adlanan kafenin qarşısında küçədə ucadan qışqıraraq səsküy salaraq ünvansız nalayiq ifadələr işlədib xırda xuliqanlıq etmiş, həmçinin ona yaxınlaşan polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. X6 məhkəmə iclasında izahat verərək göstərdi ki, o, 06 dekabr 2023-cü il tarixdə saat 23 radələrində Ağdaş şəhəri 1 nömrəli postun ərazisində Ağdaş RPŞ-nin polis nəfəri polis kiçik serjantı Şirinov Məhəmməd ilə birlikdə xidmətdə olarkən, üç nəfər şəxsin “Padval” kafe adlanan kafenin qarşısında ucadan qışqırıb ünvansız nalayiq ifadələr işlətdiklərini görmüşlər və həmin şəxslərə yaxınlaşıb özlərini təqdim edib onlardan sakit olmalarını, ictimai qaydanı pozmamalarını tələb edib, onlara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələbini izah etmişlər. Lakin həmin şəxslər yenidən ucadan qışqıraraq ünvansız küçə söyüşləri söyüb qanunvericiliklə müəyyən edilmiş qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı pozmağa davam etmişlər. Həmin şəxslərdən biri də Şəxs olmuşdur. O, həmin şəxsləri dəfələrlə nizam-intizama dəvət etsə də, sonuncular ona əhəmiyyət verməyərək öz qanunsuz əməllərini davam edərək onun qanuni tələbinə qəsdən tabe olmamışlar. Həmin şəxslərin barələrində qanunla müəyyən edilmiş tədbir görülməsindən ötrü onları Ağdaş Rayon Polis şöbəsinin inzibati binasına dəvət edib gətirmişlər. X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, O, 06 dekabr 2023-cü il tarixdə saat 23 radələrində Ağdaş şəhəri 1 nömrəli postun ərazisində Ağdaş RPŞ-nin polis nəfəri polis kiçik serjantı Əliyev Kənan ilə birlikdə xidmətdə olarkən üç nəfər şəxsin “Padval” kafe adlanan kafenin qarşısında ucadan qışqırıb ünvansız nalayiq ifadələr işlətdiklərini görmüşlər və həmin şəxslərə yaxınlaşıb özlərini təqdim edib onlardan sakit olmalarını, ictimai qaydanı pozmamalarını tələb edib, onlara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələbini izah etmişlər. Lakin həmin şəxslər yenidən ucadan qışqıraraq ünvansız küçə söyüşləri söyüb qanunvericiliklə müəyyən edilmiş qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı pozmağa davam etmişlər. Həmin şəxslərdən biri də Şəxs olmuşdur. O, həmin şəxsləri dəfələrlə nizamintizama dəvət etsə də, sonuncular ona əhəmiyyət verməyərək öz qanunsuz əməllərini davam edərək onun qanuni tələbinə qəsdən tabe olmamışlar. Həmin şəxslərin barələrində qanunla müəyyən edilmiş tədbir görülməsindən ötrü onu Ağdaş Rayon Polis şöbəsinin inzibati binasına dəvət edib gətirmişlər. X1 məhkəmə iclasında izahat verərək göstərdi ki, o, hadisə baş verən kafeni işlədir. 06 dekabr 2023-cü il tarixdə Cavadov Məhəmməd, Şəxs və Kərimov Səbuhi adlı şəxslər onun işlədiyi kafeyə gələrək onunla münaqişə etməyə başlamışlar. Kafedə boş stolda əyləşib onu “az” deyib çağırmışlar. O, onlara sakit olmalarını və polis çağıracağını bildirdikdə onlar polisin ünvanına nalayıq ifadələr işlətmişlər. Sonra isə o, polisə zəng vurub bu barədə məlumat vermişdir. Daha sonra polis əməkdaşları yaxınlaşıb onları Ağdaş Rayon Polis şöbəsinə aparmışlar. İşin materiallarında olan “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 06 dekabr 2023-cü il tarixdə saat 23:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan arayışdan görünür ki, Şəxs barəsində 28 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların əlamətlərinin olması, inzibati xətaların onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddələrlə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs növündə tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar və ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona həmin Məcəllənin 34.3-cü maddəsi nəzərə alınmaqla həmin Məcəllənin 535.1-ci maddəsi ilə 8 (səkkiz) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 06 dekabr 2023-cü il tarixdən saat 23:30-dan hesablansın. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-775/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-775/2023
07.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver