Məhkəmə qərarları › İş №3(014)-779/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-779/2023

26.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-779/2023 26.12.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Hüquqi şəxs Şəxs 2021-ci il üzrə maliyyə hesabatlarının 2022-ci ildə həyata keçirilməli olan məcburi auditdən yayınmışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Şəxs MMC barəsində 30 noyabr 2023-cü il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə - vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Məcburi audit subyektlərinin elektron poçt ünvanlarına göndərilmiş 11 may 2023-cü il tarixli məktubun surətindən görünür ki, Maliyyə Nazirliyi “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarının tələbini izah etməklə, subyektlərin illik hesabatlarının düzgünlüyünü yoxlamaq üçün məcburi audit cəlb etməli olduqlarını, illik maliyyə hesabatını və birləşdirilmiş maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə özlərinin rəsmi internet səhifələrində və ya mətbu orqanda dərc etdirmələrinin tələb olunmasını məcburi audit subyektlərinə, o cümlədən də Şəxs MMC-yə izah etmişlər. İş materiallarında olan 13 noyabr 2023-cü il tarixli 3-23/2-7277/2023 saylı bildirişin surətindən görünür ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi Şəxs MMC-yə onun tərəfindən 2021-ci il üzrə maliyyə hesabatlarının auditinin 2022-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında işə 30 noyabr 2023-cü il tarixdə saat 14:30-da Azərbaycan Respublikası Maliyyə Uçot siyasəti şöbəsində baxılacağı bildirilməklə, 2021-ci il üzrə illik maliyyə hesabatlarının auditinin keçirilməsi ilə əlaqədar auditor rəyləri mövcud olduğu təqdirdə həmin rəyin qeyd edilən tarixədək mailto:feyruz.taqiyev@maliyye.qov.azElektron ünvan emailə göndərilməsi xahiş olunmuşdur. İş materiallarında olan 30 noyabr 2023-cü il tarixli 3-23/2-8518/2023 saylı bildirişin surətindən görünür ki, Şəxs MMC-yə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 2021-ci il üzrə maliyyə hesabatlarının auditindən yayınmağa görə törətdiyi inzibati xəta barədə barəsində tərtib olunmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun surəti göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla və iş materialları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Beləliklə, məhkəmə işin hallarını, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin barəsində təqsirləndirildiyi maddənin sanksiyanda nəzərdə tutulmuş minimum həddə cərimə inzibati tənbehi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə təqsirli bilinsin və 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar