Məhkəmə qərarları › İş №3(014)-781/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-781/2023

26.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-781/2023 26.12.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.2001-ci ildə ünvan 1ində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində ünvan 1ində yerləşən çayxanada İsmət, Murad və Ruslan adlı şəxslərlə domino (qumar) oynamışlar. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında ünvan 1ində ailəsi ilə birlikdə yaşadığını, xx.xx.2023-cü il tarixdə həmin kənddə yolun kənarında yerləşən çayxanada həmkəndliləri ilə birlikdə çay içdiklərini, domino oynadıqlarını, oyunda uduzan şəxsin 1 manatdan çay pulunu verdiyini, çayın pulunun təxminən 4-5 manat olduğunu, çayçının onlara çayın pulunu kənara qoymalarını söylədiyini, həmin vaxt polis əməkdaşlarının içəri daxil olduqlarını və onlara qumar oynadıqlarını bildirdiklərini, onlarında polis əməkdaşlarına domino oynadıqlarını bildirdiklərini, domino oyununun qumar olduğunu bilmədiklərini bildirmişlər. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin materiallarında olan inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin Post Patrul Xidməti Bölməsinin manqa komandiri X1 yazdığı raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində ünvan 1ində Ağdaş rayon Polis şöbəsinin Post Patrul Xidməti Bölməsinin polis nəfəri, polis baş serjantı Səməd Mustafayevlə birlikdə xidmətdə olduqları zaman gecə reydi keçirilərkən Azər adlı şəxsin işlətdiyi çayçısının yanında ucadan səs-küy eşitmişlər. Bir qrup şəxsin ünvansız nalayiq ifadələr işlətdiyini eşidib onlara yaxınlaşaraq ictimai yerdə ucadan nalayiq söyüşlər olan otağa daxil olmuşlar. Həmin vaxt içəridə olan stolların birində dörd nəfər şəxsin bir masa arxasında əyləşərək pul müqabilində domino (qomar) oynadıqlarını görmüşlər. Dərhal həmin şəxslərə yaxınlaşaraq onlara özlərini təqdim etmişlər və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin tələblərini pozduqlarını tərəflərindən oyunda istifadə etdikləri pul və domino daşlarını maddi sübut kimi götürmüşlər. Onlara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərini pozduqlarını izah etmişlər. Bundan sonra onlar həmin şəxsləri polis şöbəsinə dəvət edərək Ağdaş rayon Polis şöbəsinin növbətçi hissəsinə təhvil vermişdirlər. Növbətçi hissədə həmin şəxslərin ünvan 1 sakinləri xx.xx.2001-ci il təvəllüdlü Şəxs, xx.xx.1999-cu il təvəllüdlü X3, xx.xx.1999-cu il təvəllüdlü X4 və xx.xx.2000-ci il təvəllüdlü X5 olduqları müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. İnzibati Xətalar Məcəlləsinin 115.4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda götürülmüş dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına (qurumlarına) verilməli, yaxud məhv edilməlidir. Ağdaş Rayon Məhkəməsinin 22 dekabr 2023-ci il tarixli, 3(014)-783/2023 saylı qərarı ilə iş üzrə maddi sübut olan 4 (dörd) manat pul müsadirə edilməsi, 28 ədəd domino daşının məhv edilməsi nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinsin, ona 3000 (üç min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Ağdaş Rayon Məhkəməsinin 22 dekabr 2023-ci il tarixli, 3(014)-783/2023 saylı qərarı ilə iş üzrə maddi sübut olan 4 (dörd) manat pul müsadirə edilməsi, 28 ədəd domino daşının məhv edilməsi nəzərə alınsın. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar