Məhkəmə qərarları › İş №3(014)-79/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-79/2022

03.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-79/2022 03.02.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X1 iştirakı ilə xx.xx.2000-ci il tarixdə Ağdaş rayonu Xosrov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Ağdaş rayonu Xosrov kəndində qeydiyyatda olan və yaşayan. Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: 02 dekabr 2021-ci il tarixdə saat 16 radələrində Şəxs yaşadığı Ağdaş rayonu Xosrov kəndində əmisi Zərərçəkmiş şəxs döyərək onun sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Faktla bağlı Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin İTBnin sahə rəisi, polis kapitanı X2 izah etdi ki, 02 dekabr 2021-ci il tarixdə saat 16 radələrində Şəxs yaşadığı Ağdaş rayonu Xosrov kəndində əmisi Zərərçəkmiş şəxs döyərək sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Ağdaş rayon Polis Şöbəsinin İTB-nə göndərilmişdir. Bununla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 02 dekabr 2021-ci il tarixdə saat 16 radələrində əmisi Zərərçəkmiş şəxs Ağdaş rayonu Xosrov kəndində döyərək sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığının nəzərər alaraq barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, Şəxs onun qardaşı oğlu olduğunu, 02 dekabr 2021-ci il tarixdə saat 16 radələrində Ağdaş rayonu Xosrov kəndində Şəxs onu döyərək, onun sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. İnzibati xəta törətmiş şəxslə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq Şəxs barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və sahə rəisinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanı törətməkdə təqsirlidir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarına əlavə edilmiş Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı, polis leytenantı Xəyal Dolxanovun 03 yanvar 2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, 02 dekabr 2021-ci il tarixdə saat 16 radələrində Şəxs yaşadığı Ağdaş rayonu Xosrov kəndində əmisi Zərərçəkmiş şəxs döyərək sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın sürəti Ağdaş RPŞ-nin İTB-nə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş zərərçəkmiş şəxsin ərizəsindən görünür ki, Şəxs hadəsədən sonra ondan üzür istəyib, onunla barışmış, ona qarşı heç bir şikayət və tələbi olmadığından Şəxs barəsində olan inzibati xəta haqqında işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq zərərçəkmiş şəxslərin ərizələrini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157-ci və 158-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda başlanmış icraata xitam verilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 105.1, 114.2, 114.2.1, 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Ağdaş RPŞ-də Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tərtib edilmiş 03 fevral 2022-ci il tarixli, MN1332067 nömrəli inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan 10 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə, Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar