Məhkəmə qərarları › İş №3(014)-798/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-798/2023

12.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-798/2023 12.12.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1980-ci ildə Şəki rayonu, Baş Göynük kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 1i ərazisində özünə məxsus fərdi yaşayış evinin qarşısında Zərərçəkmiş şəxs sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 12 dekabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Zərərçəkmiş şəxs qaynı Lütfi Mustafayevin arvadı olduğunu, onun və ailə üzvlərinin qaynı Lütfi Mustafayev və onun arvadı Zərərçəkmiş şəxs ilə uzun müddətdir ki, münaqişəsi olduğunu, Zərərçəkmiş şəxs və qaynı Lütfi Mustafayevin mütəmadi olaraq onun və əri Azər Mustafayevin, həmçinin övladlarının ünvanına nalayiq ifadələr işlətdiyini, bundan başqa onun və qızı barəsində şər-böhtan xarakterli məlumatlar yaydığını, xx.xx.2023-cü il tarixdə saat təxminən 13:00 radələrində ünvan 1ində yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə olan zaman qəflətən evin damının üzərinə daş atılmasının səsini eşitdiyini, dərhal ailə üzvləri, yəni əri Azər Mustafayev, qaynanası Siyarə Mustafayeva, qızı Aişə Mustafayeva, Səadət Mustafayeva və oğlu Elvin Mustafayev ilə evin seyvanına çıxmdıqlarını, həmin vaxtı qaynı Lütfi Mustafayevin və arvadı Zərərçəkmiş şəxs evlərinin arxa tərəfindən nalayiq söyüşlər söyməsini eşitdiklərini, həmçinin Lütfi Mustafayev və Zərərçəkmiş şəxs evlərinə daş parçaları atmaqda davam etdiyini, buna görə də əri Azər Mustafayevin Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə zəng edərək münaqişə olması barədə məlumat verdiyini, daha sonra Zərərçəkmiş şəxs da əri və ailə üzvləri barəsində Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə müraciət etməsini öyrəndiyini, bundan başqa xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə və Ağdaş RPŞ-yə ərizə ilə müraciəti etdiyini, 2003-cü il tarixdə evləndiyini və hal-hazırda ünvan 1ində ailəsi ilə birlikdə yaşadığını, X3 onun qaynı olduğunu, qaynı Lütfi Mustafayev onunla qonşuluqda yaşadığını, əvvəllər heç bir ədavət və düşmənçiliklərinin olmadığını, lakin X6 Mustafayeva ilə evləndikdən sonraaralarında narazılıqlar yaranmağa başladığını, Lütfi Mustafayev və onun arvadı Zərərçəkmiş şəxs onun və qızı Səadət Mustafayeva haqqında əxlaqsız sözlər işlətdiyini, həmçinin onların həyətyanı torpaq sahəsinə gələn suyun qarşısını qəsdən bağlayaraq onlara problem yaratdığını, buna görə də aralarında narazılıqlar olduğunu, xx.xx.2023-cü il tarixdə saat təxminən 18 radələrində əri X8 rayonu, Orta Qəsil kəndində yerləşən fərdi yaşayış evlərinə gəldiyini, əri Azər Mustafayev evin seyvanında əyləşdiyini, Azər Mustafayevə çay verdiyini, həmin vaxtı onların yanında qaynanası Siyarə Mustafayeva, övladları Səadət Mustafayeva, Aişə Mustafayeva, Elvin Mustafayevin olduğunu, təxminən 18:30 radələrində qaynı Lütfi Mustafayev və arvadı Zərərçəkmiş şəxs həyətyanı qapılarından içəri daxil olduğunu və seyvana tərəf gəlməyə başladığını, Lütfi Mustafayevin əlində dəstəyi qəhvəyi rəngli bıçaq olduğunu, Zərərçəkmiş şəxs əlində isə heç bir kəsici-deşici alət olmadığını, Lütfi Mustafayev və arvadı Zərərçəkmiş şəxs həyətyanı torpaq sahələrinə gələn zaman hər ikisinin onlara qarşı nalayiq ifadələr işlətdiyini, Lütfi Mustafayevin pilləkən ilə seyvana çıxmaq istəyən zaman əri X9 Mustafayevin əlində olan bıçaq ilə ona xəsarət yetirəcəyini güman etdiyini, həmin vaxtı əri Azər Mustafayevin seyvanda olan yer silmək üçün istifadə olunan taxta parçasını əlinə götürdüyünü və həmin taxta parçası ilə Lütfi Mustafayevi geriyə doğru itələdiyini, həmin vaxtı Lütfi Mustafayevin pilləkəndən geriyə doğru hərəkət etdiyini, lakin yerə yıxılmadığını, bu zaman Lütfi Mustafayevin əlində olan bıçağın da yerə düşdüyünü, həmin vaxtı əri X1ra xəsarət yetirməməsi üçün onun üzərinə getdiyini, qollarından tutub yerə yıxdığını, dərhal bıçağı yerdən götürüb seyvana tərəf tulladığını, həmin vaxtı Zərərçəkmiş şəxs əri Azər Mustafayevin üzərinə doğru hərəkət etməyə başladığını, Seyvanın qarşısında əlində olan taxta parçası ilə əri Azər Mustafayevin baş nahiyəsindən vurduğunu və su qabını üzərinə atdığını, həmin vaxtı Mədinənin qarşısında dayandığını, bu zaman Zərərçəkmiş şəxs ilə əlbəyaxa olmağa başladığını, Zərərçəkmiş şəxs onun saçından tutaraq yolmağa başladığını, onun da özünü qorumaq üçün Zərərçəkmiş şəxs saçından tutaraq yolmağa başladığını, həmçinin Zərərçəkmiş şəxs onun saçından yolduğunu, üzünü, bədənini əli ilə vurmağa başladığını, həmçinin Zərərçəkmiş şəxs seyvanın qarşısında olan gül qablarını da onun və əri Azər Mustafayevin üzərinə atmağa başladığını, Zərərçəkmiş şəxs atdığı gül qablarından birinin həmin vaxtı onun sol ayağına dəydiyini, üzərinə atdığı gül qablarının içərisinin torpaqla dolu olduğunu, oğlu Elvin Mustafayevin həmin vaxtı əri Azər Mustafayevin arxa tərəfində olduğunu və mobil telefon ilə həmin görüntüləri çəkdiyini, oğlu Elvin Mustafayevin gül qabları ona dəyməsin deyə arxa tərəfə çevrildiyini, buna görə də gül qablarının onun ayağına dəyməsinin videokadrlarda əks olunduğunu, bundan sonra Zərərçəkmiş şəxs onun saçından tutaraq küçəyə çıxardığını, bir neçə dəqiqə sonra həmkəndliləri İkram və Arazın həyətyanı sahəsinə daxil olduğunu, qaynı arvadı Zərərçəkmiş şəxs da yenidən həyətyanı sahəsinə daxil olduğunu və əri Azər Mustafayevin yanına gəldiyini, Zərərçəkmiş şəxs seyvanın qarşısında oğlu Elvin Mustafayevə yer silmək üçün istifadə olunan taxta parçasının qırılmış hissəsi ilə kürəyinin sağ tərəfindən və sağ bud nahiyəsindən vurduğunu gördüyünü, həmin vaxtı oğlu Elvin Mustafayevin ağlamağa başladığını və Zərərçəkmiş şəxs yanından qaçaraq onun yanına gəldiyini, Zərərçəkmiş şəxs pilləkənin yanında olan gül qablarını əlinə götürüb onun, əri Azər Mustafayevin və qızı Səadət Mustafayevanın üzərinə atmağa başladığını, həmin vaxtı İkram və Arazın əri və qaynını bir-birindən aralaşdırdığını və həyətyanı sahəsindən çölə çıxardığını, bundan sonra onun əri Azər Mustafayev və oğlu X7 RMX-ya gəldiklərini, Ağdaş RMX-da olan zaman Zərərçəkmiş şəxs və onun bacısı Leylanın da xəstəxanada olduğunu, həmin vaxtı Zərərçəkmiş şəxs və bacısı Leylanın onun üzərinə hücum edərək saçının yolmağa başladığını, həmin vaxtı polis əməkdaşlarının onların yanına gəldiyini və onları birbirlərindən aralaşdırdıqlarını, daha sonra xəstəxanada onlara ilk tibbi yardım göstərildiyini və fərdi yaşayış evlərinə gəldiklərini bildirmişdir. Əməlindən peşmandır. Buna görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında Azər Mustafayevin qaynı olduğunu, Azər Mustafayevin və onun ailə üzvlərinin uzun müddətdir ki, ailə daxili münaqişələrinin olduğunu, münaqişənin səbəbinin Azər Mustafayevin və arvadı Şəxs onun əri Lütfi Mustafayeva ilə ayrılmaqlarına razı olmamalarının olduğunu, xx.xx.2023-cü il tarixdə günorta saatlarında ünvan 1ində yerləşən fərdi yaşayış evində yemək bişirdiyini, əri Lütfi Mustafayevin onun mobil telefonuna zəng edərək Ağdaş rayon Polis şöbəsində olduğunu, səbəbini soruşduqda Azər Mustafayevin ondan şikayət etdiyini söylədiyini, şikayətə səbəb isə onların həyətyanı sahəsinə su arxının getdiyini və Azərin onlardan həmin arxı təmizləmələrini tələb etdiyini, onlarda arxı təmizləmədiklərindən Azərin həyətini su basdığını, bundan sonra küçəyə çıxdığını, küçədə Azərlə qarşılaşdığını, Azərinin yanında oğlu Elvinin də olduğunu, həmin vaxt Azərdən nə üçün ərindən şikayətçi olduğunu soruşduğunu, həmin vaxtda Azərin ona “yaxşı edirəm şikayət edirəm, gör sizin başınıza nə oyun açacam” söylədiyini və nalayiq ifadələr işlətməyə başladığını, həmin vaxt səs-küyə Azərin arvadı Kəmalənin, qızı Səadətin və qaynanası Siyarənin gəldiyini, Azərin söyüşlərindən əsəbləşib əlində olan plastik su qabını Azərə atdığını, həmin qabın Azərin ayağına dəydiyini, Azərin əlində olan yaba ilə onun üzərinə gəldiyini, Azərin həmin yabanın taxta tutacağı ilə onu 2-3 dəfə zərblə vurduğunu, həmin vaxt Kəmalənin yaxınlaşaraq Azəri ondan uzaqlaşdırıb evlərinə apardığını, onun da öz evlərinə geri qayıtdığını, bundan sonra DİN-in 102 zəng xidməti mərkəzinə zəng edərək Azər Mustafayevin onu döyməsi barədə məlumat verdiyini, həmin vaxt halı pisləşdiyindən qızı Səbinənin 103 qaynar xəttinə zəng edərək məlumat verdiyini, təxminən 15-20 dəqiqə sonra TTYX-nin həkim briqadasının yaşadığı evə gəldiyini və ilk tibb yardım göstərildiyini, həmin vaxt Ağdaş RPŞ-nin əməkdaşlarının da gəldiyini, qızının baş vermiş hadisəni polis əməkdaşlarına danışdığını, polis əməkdaşları tərəfindən ondan ərizə alındığını, axşam saatlarında əri Lütfinin evə gəldiyini, nə səbəbə bu vəziyyətdə olduğunu soruşduğunu, qaynı Azərin onu döyməsini bildirdiyini, əri Lütfi işə getdikdən sonra qızına həm Ağdaş RPŞ-yə gedərək izahat verəcəyini, oradan da bacısıgilə qonaq gedəcəyini bildirdiyini, kiçik qızı Fatimə ilə Ağdaş RPŞ-yə gələrək izahat verdiyini, sonra ekspertizadan keçirildiyini, daha sonra bacısıgilə qonaq gəldiyini, daha sonra qızı Fatimə ilə birlikdə bazara, yəni əri Lütfinin yanına gəldiyini, oradanda birlikdə yaşadıqları evə getdiklərini, ərinin evə çıxdıqdan sonra qızının sirkə içərək intihar etdiyini, mətbəxdə stolun üzərində sirkə şüşəsi və məktub olduğunu söylədiyini, qızını Ağdaş RMX-yə gətirdiklərini, orada qızının vəziyyətinin yaxşı olmadığını, reanimasiya şöbəsində olduğununun söylənildiyini, bundan əsəbləşərək əri Lütfi ilə birlikdə kəndə gəldiklərini, Azərin qapısını döydüklərini, Azərə heç bir söz demədən Azərin onların üzərinə hücum etdiyini, qızına seyvandan yer silmək üçün istifadə olunan taxtanı gətirməsini dediyini, qızının da taxtanı gətirərək atasına verdiyini, Azərin həmin taxta ilə Lütfinin baş nahiyəsindən vurduğunu, Lütfinində müqavimətini itirərək yerə yıxıldığını, Azərin Lütfinin üzərinə çıxaraq onu döydüyünü, həmin zaman Azərlə ərini ayırmağa çalışarkən Azərin arvadı Kəmalənin gələrək onun saçından tutaraq onu döydüyünü və sürüyərək küçəyə çıxardığını, həmin vaxt səsə kənd sakinlərinin gəldiyini və onları ayırdıqlarını, bundan sonra əri ilə birlikdə xəstənaya getmək üçün təcili tibbi yardım maşını gəlməsi üçün zəng etdiklərini, kəndi içi ilə piyada hərəkətdə olarkən təcili tibbi yardım maşının gəldiyini və onları xəstəxaya apardıqlarını bildirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X10 izahatında Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 1i ərazisində özünə məxsus fərdi yaşayış evinin qarşığında Zərərçəkmiş şəxs sağlamlığına zərər vurmayan xəsarət yetirdiyini, bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyini və onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 12 dekabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunduğunu bildirmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb ekspertiza və X5 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 255 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarət – alnın sol nahiyəsinin sıyrığı, hər iki budun ön səthinin qançırları, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Şəxs kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 12 dekabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin məhkəməyə verdikləri izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə işin hallarını nəzərə alaraq Şəxs onun təqsirli hesab olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar