Məhkəmə qərarları › İş №3(014)-799/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-799/2023

12.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-799/2023 12.12.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1985-ci ildə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 1i ərazisində Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində baş vermiş dava zamanı Zərərçəkmiş şəxs sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 12 dekabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Zərərçəkmiş şəxs qaynı olduğunu, Zərərçəkmiş şəxs və onun ailə üzvlərinin uzun müddətdir ki, ailə daxili münaqişələrinin olduğunu, münaqişənin səbəbinin Zərərçəkmiş şəxs və arvadı Kəmalə Mustafayevanın onun əri Lütfi Mustafayeva ilə ayrılmaqlarına razı olmamalarının olduğunu, xx.xx.2023-cü il tarixdə günorta saatlarında ünvan 1ində yerləşən fərdi yaşayış evində yemək bişirdiyini, əri Lütfi Mustafayevin onun mobil telefonuna zəng edərək Ağdaş rayon Polis şöbəsində olduğunu, səbəbini soruşduqda Zərərçəkmiş şəxs ondan şikayət etdiyini söylədiyini, şikayətə səbəb isə onların həyətyanı sahəsinə su arxının getdiyini və Azərin onlardan həmin arxı təmizləmələrini tələb etdiyini, onlarda arxı təmizləmədiklərindən Azərin həyətini su basdığını, bundan sonra küçəyə çıxdığını, küçədə Azərlə qarşılaşdığını, Azərinin yanında oğlu Elvinin də olduğunu, həmin vaxt Azərdən nə üçün ərindən şikayətçi olduğunu soruşduğunu, həmin vaxtda Azərin ona “yaxşı edirəm şikayət edirəm, gör sizin başınıza nə oyun açacam” söylədiyini və nalayiq ifadələr işlətməyə başladığını, həmin vaxt səsküyə Azərin arvadı Kəmalənin, qızı Səadətin və qaynanası Siyarənin gəldiyini, Azərin söyüşlərindən əsəbləşib əlində olan plastik su qabını Azərə atdığını, həmin qabın Azərin ayağına dəydiyini, Azərin əlində olan yaba ilə onun üzərinə gəldiyini, Azərin həmin yabanın taxta tutacağı ilə onu 2-3 dəfə zərblə vurduğunu, həmin vaxt Kəmalənin yaxınlaşaraq Azəri ondan uzaqlaşdırıb evlərinə apardığını, onun da öz evlərinə geri qayıtdığını, bundan sonra DİN-in 102 zəng xidməti mərkəzinə zəng edərək Zərərçəkmiş şəxs onu döyməsi barədə məlumat verdiyini, həmin vaxt halı pisləşdiyindən qızı Səbinənin 103 qaynar xəttinə zəng edərək məlumat verdiyini, təxminən 15-20 dəqiqə sonra TTYXnin həkim briqadasının yaşadığı evə gəldiyini və ilk tibb yardım göstərildiyini, həmin vaxt Ağdaş RPŞ-nin əməkdaşlarının da gəldiyini, qızının baş vermiş hadisəni polis əməkdaşlarına danışdığını, polis əməkdaşları tərəfindən ondan ərizə alındığını, axşam saatlarında əri Lütfinin evə gəldiyini, nə səbəbə bu vəziyyətdə olduğunu soruşduğunu, qaynı Azərin onu döyməsini bildirdiyini, əri Lütfi işə getdikdən sonra qızına həm Ağdaş RPŞ-yə gedərək izahat verəcəyini, oradan da bacısıgilə qonaq gedəcəyini bildirdiyini, kiçik qızı Fatimə ilə Ağdaş RPŞ-yə gələrək izahat verdiyini, sonra ekspertizadan keçirildiyini, daha sonra bacısıgilə qonaq gəldiyini, daha sonra qızı Fatimə ilə birlikdə bazara, yəni əri Lütfinin yanına gəldiyini, oradanda birlikdə yaşadıqları evə getdiklərini, ərinin evə çıxdıqdan sonra qızının sirkə içərək intihar etdiyini, mətbəxdə stolun üzərində sirkə şüşəsi və məktub olduğunu söylədiyini, qızını Ağdaş RMX-yə gətirdiklərini, orada qızının vəziyyətinin yaxşı olmadığını, reanimasiya şöbəsində olduğununun söylənildiyini, bundan əsəbləşərək əri Lütfi ilə birlikdə kəndə gəldiklərini, Azərin qapısını döydüklərini, Azərə heç bir söz demədən Azərin onların üzərinə hücum etdiyini, qızına seyvandan yer silmək üçün istifadə olunan taxtanı gətirməsini dediyini, qızının da taxtanı gətirərək atasına verdiyini, Azərin həmin taxta ilə Lütfinin baş nahiyəsindən vurduğunu, Lütfinində müqavimətini itirərək yerə yıxıldığını, Azərin Lütfinin üzərinə çıxaraq onu döydüyünü, həmin zaman Azərlə ərini ayırmağa çalışarkən Azərin arvadı Kəmalənin gələrək onun saçından tutaraq onu döydüyünü və sürüyərək küçəyə çıxardığını, həmin vaxt səsə kənd sakinlərinin gəldiyini və onları ayırdıqlarını, bundan sonra əri ilə birlikdə xəstənaya getmək üçün təcili tibbi yardım maşını gəlməsi üçün zəng etdiklərini, kəndi içi ilə piyada hərəkətdə olarkən təcili tibbi yardım maşının gəldiyini və onları xəstəxaya apardıqlarını bildirmişdir. Əməlindən peşmandır. Buna görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında Şəxs qardaşı Lütfi Mustafayevin arvadı olduğunu, onun və ailə üzvlərinin qardaşı Lütfi Mustafayev və onun arvadı Şəxs ilə uzun müddətdir ki, münaqişələri olduğunu, Şəxs və qardaşı Lütfi Mustafayevin mütəmadi olaraq onun və arvadı, həmçinin övladlarının ünvanına nalayiq ifadələr işlətdiyini, bundan başqa arvadı və qızı barəsində şər-böhtan xarakterli məlumatlar yaydığını, xx.xx.2023-cü il tarixdə saat təxminən 13:00 radələrində ünvan 1ində yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə olan zaman qəflətən evin damının üzərinə daş atılmasının səsini eşitdiyini, dərhal ailə üzvləri, yəni arvadı Kəmalə Mustafayeva, anası Siyarə Mustafayeva, qızı Aişə Mustafayeva, Səadət Mustafayeva və oğlu Elvin Mustafayev ilə evin seyvana çıxdığını, həmin vaxtı qardaşı Lütfi Mustafayevin və arvadı Şəxs evlərinin arxa tərəfindən nalayiq söyüşlər söyməsini eşitdiklərini, həmçinin Lütfi Mustafayev və Şəxs evlərinə daş parçaları atmaqda davam etdikərini, buna görə də Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə zəng edərək münaqişə olması barədə məlumat verdiyini, daha sonra Şəxs da onun və ailə üzvləri barəsində Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə müraciət etdiyindən xəbərinin olduğunu, xx.xx.2023-cü il tarixdə oğlu Elvin Mustafayev ilə birlikdə Ağdaş RPŞ-yə gəldiyini və xx.xx.2023-cü il tarixli müraciətlərlə bağlı izahat verdiyini, daha sonra oğlu Elvin Mustafayev ilə birlikdə Ağdaş RPŞ-dən çıxaraq Ağdaş şəhəri H.Əliyev prospektində yerləşən “Bazar” adlanan yerə gəldiyini, bir neçə dəqiqə sonra qardaşı Sərdar Mustafayevin ona mobil telefon ilə zəng edərək qardaşı Lütfi Mustafayevin fərdi yaşayış evlərinə TTYX-nin avtomobilinin gəldiyini və Lütfi Mustafayevin qızını xəstəxanaya apardığını bildirdiyini, məsələni öyrənmək üçün Ağdaş RPŞ-yə geri qayıtdığını, Ağdaş RPŞ-nin NH-nə gəldiyini və orada qeydiyyat kitabçasına adının yazıldığını gördüyünü, nə üçün sənədə adının yazıldığını soruşduğunu, həmin vaxt polis əməkdaşlarının qardaşı qızı Şəbinə Mustafayevanın sirkə içdiyini bildirdiyini, daha sonra yenidən ünvan 1inə gedən avtobusa əyləşdiyini, həmin vaxtı qardaşı Lütfi Mustafayevin arvadı Şəxs və azyaşlı qızlarının avtobusda olduğunu gördüyünü, saat təxminən 17:40 radələrində qardaşı Lütfi Mustafayev və ailə üzvləri Orta Qəsil kəndi ərazisində avtobusdan aşağı düşdüyünü, oğlu Elvin Mustafayev ilə birlikdə Orta Qəsil kəndində küçələrinin girişində avtobusdan aşağı düşdüyünü və fərdi yaşayış evlərinə doğru hərəkət etməyə başladığını, küçəmnin qarşısında anası Siyarə Mustafayeva və azyaşlı qızı Aişə Mustafayevanın da onları gözlədiyini, ailə üzvləri ilə birikdə fərdi yaşayış evinə doğru hərəkət etməyə başladığını, həmin vaxtı Lütfi Mustafayev və Şəxs onların qarşılarında hərəkət etdiyini, bu zaman Şəxs donunu qaldırıb onun üzərinə qışqıraraq “sənin torbanı tikib gəlirəm" ifadəsini işlətdiyini, onun və ailə üzvlərinin ona əhəmiyyət verməyərək fərdi yaşayış evlərinə daxil olduğunu, saat təxminən 18 radələrində evin seyvanında əyləşdiyini, arvadı Kəmalə Mustafayevanın da ona çay verdiyini, həmin vaxtı onların yanında qaynanası Siyarə Mustafayevə, övladları Səadət Mustafayeva, Aişə Mustafayeva, Elvin Mustafayevin olduğunu, təxminən 18:30 radələrində qaynı Lütfi Mustafayev və arvadı Şəxs həyətyanı qapılarından içəri daxil olduğunu və seyvana tərəf gəlməyə başladıqlarını, Lütfi Mustafayevin əlində dəstəyi qəhvəyi rəngli bıçaq olduğunu, Şəxs əlində isə heç bir kəsici-deşici alət olmadığını, Lütfi Mustafayevin və arvadı Şəxs həyətyanı torpaq sahələrinə gələn zaman hər ikisinin nalayiq ifadələr işlətdiyini, Lütfi Mustafayevin pilləkən ilə eyvana çıxmaq istəyən zaman Lütfi Mustafayevin əlində olan bıçaq ilə ona xəsarət yetirəcəyindən qorxduğunu, həmin vaxtı eyvanda olan yer silmək üçün istifadə olunan taxta parçasını əlinə götürdüyünü və həmin taxta parçası ilə Lütfi Mustafayevi geriyə doğru itələdiyini, həmin vaxtı Lütfi Mustafayev pilləkəndən geriyə doğru hərəkət etdiyini, lakin yerə yıxılmadığını, bu zaman Lütfi Mustafayevin əlində olan bıçağın da yerə düşdüyünü, həmin vaxtı Lütfi Mustafayevin ailə üzvlərinə xəsarət yetirməməsi üçün onun üzərinə getdiyini, qollarından tutub yerə yıxdığını, arvadı Kəmalə Mustafayevanın dərhal bıçağı yerdən götürüb eyvana tərəf tulladığını, həmin vaxtı Şəxs onun üzərinə doğru hərəkət etməyə başladığını, seyvanın qarşısında əlində olan taxta parçası ilə onun baş nahiyəsindən vurduğunu və su qabını üzərinə atdığını, arvadı Kəmalə Mustafayevanın həmin vaxtı Mədinənin qarşısında dayandığını, bu zaman arvadı X1 Mustafayeva ilə əlbəyaxa olmağa başladıqlarını, Şəxs arvadı Kəmalə Mustafayevanın saçından tutaraq yolmağa başladığını, arvadı Kəmalə Mustafayevanın da özünü qorumaq üçün Şəxs saçından tutaraq yolmağa başladığını, həmçinin Şəxs arvadının saçından yolduğunu, üzünü, bədənini əli ilə vurmağa başladığını, həmçinin Şəxs seyvanın qarşısında olan gül qablarını da onun və arvadı Kəmalə Mustafayevanın üzərinə atmağa başladığını, Şəxs atdığı gül qablarından biri həmin vaxtı arvadı Kəmalə Mustafayevanın sol ayağına dəydiyini, oğlu Elvin Mustafayevin həmin vaxtı onun arxa tərəfində olduğunu və mobil telefon ilə həmin görüntüləri çəkdiyini, oğlu Elvin Mustafayevin gül qabları ona dəyməsin deyə arxa tərəfə çevrildiyini, buna görə də gül qablarının arvadı Kəmalə Mustafayevanın ayağına dəyməsi videokadrlarda əks olunmadığını, bundan sonra Şəxs arvadı Kəmalə Mustafayevanın saçından tutaraq küçəyə çıxardığını, bir neçə dəqiqə sonra həmkəndliləri İkram və Arazın həyətyanı sahələrinə daxil olduğunu, arvadı Kəmalə Mustafayeva və qardaşı arvadı Şəxs da yenidən həyətyanı sahələrinə daxil olduğunu və onun yanına gəldiyini, Şəxs seyvanın qarşısında oğlu Elvin Mustafayevə yer silmək üçün istifadə olunan taxta parçasının qırılmış hissəsi ilə kürəyinin sağ tərəfindən və sağ bud nahiyəsindən vurduğunu gördüyünü, həmin vaxtı oğlu Elvin Mustafayevin ağlamağa başladığını və Şəxs yanından qaçaraq arvadı Kəmalə Mustafayevanın yanına gəldiyini, Şəxs pilləkənin yanında olan gül qablarını əlinə götürüb onun, arvadı Kəmalə Mustafayevanın və qızı Səadət Mustafayevanın üzərinə atmağa başladığını, həmin vaxtı İkram və Arazın onu və qardaşını bir-birindən aralaşdırdığını və həyətyanı sahəsindən çölə çıxardığını, bundan sonra o, arvadı Kəmalə Mustafayeva və oğlu X5 RMX-ya gəldiyiin, Ağdaş RMX-da olan zaman Şəxs və onun bacısı Leylanın da xəstəxanada olduğunu, həmin vaxtı Şəxs və bacısı Leylanın arvadı Kəmalə Mustafayevanın üzərinə hücum edərək saçını yolmağa başladığını, həmin vaxtı polis əməkdaşlarının onun yanına gəldiyini və onları aralaşdırdıqlarını, daha sonra xəstəxanada onlara ilk tibbi yardım göstərildiyini və fərdi yaşayış evlərinə gəkdiyini bildirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X4 izahatında Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 1i ərazisində Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində baş vermiş dava zamanı Elvin Mustafayev və Zərərçəkmiş şəxs sağlamlığına zərər vurmayan xəsarət yetirdiyini, bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyini və onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 12 dekabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunduğunu bildirmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb ekspertiza və X3 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 258 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarət – sağ dirsək oynağının arxa səthinin sıyrığı, sağ əlin baş barmağının üst səthinin qançırı, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 12 dekabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün və zərərçəkmiş şəxsin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə işin hallarını nəzərə alaraq Şəxs onun təqsirli hesab olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar