Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-8/2023 18.01.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştrakı ilə, xx.xx.1982-ci il tarixdə Ağdaş rayonu Qobu-Üstü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, Ağdaş rayonu Qobu-Üstü kəndində qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola 18 yanvar 2023-cü il tarixdə saat 10:40-da Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Şəxs yaşadığı Ağdaş rayonu Qobu-Üstü kəndində yerləşən evində qanunsuz saxladığı 1 ədəd 16 kalibirli, TOZ-B markalı, 0987-7 nömrəli, 1953-cü il Tula silah zavodu istehsallı, çaxmaqlı, yivsiz hamar qoşa lüləli ov tüfəngini müvafiq icra hakimiyyəti orqanının xüsusi icazə almadan əldə etmiş, saxlamış və daşımaqla inzibati qaydanı pozmuşdur. İş materiallarına əlavə edilmiş Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı X1 12 dekabr 2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, 11 noyabr 2022-ci il tarixdə yaşadığı Şəxs yaşadığı Ağdaş rayonu Qobu-Üstü kəndində yerləşən evində qanunsuz saxladığı 1 ədəd 16 kalibirli, TOZ-B markalı, 0987-7 nömrəli, 1953-cü il Tula silah zavodu istehsallı, çaxmaqlı, yivsiz hamar qoşa lüləli ov tüfəngini müvafiq icra hakimiyyəti orqanının xüsusi icazə almadan əldə etmiş, saxlamış və daşımaqla inzibati qaydanı pozmuşdur. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı X2 12 dekabr 2022-ci il tarixli qərarı ilə, Ağdaş rayonu Qobu-Üstü kəndində yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın sürəti Ağdaş RPŞ-nin İTB-nə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatıda, 11 noyabr 2022-ci il tarixdə vəfat etmiş atasından qalmış 16 kalibirli, TOZ-B markalı, qoşa lüləli ov tüfəngini götürərək Ağdaş rayonu Qobu-Üstü kəndində öz yaşadığım sahəyə getmişdir. Əməlindən peşman olduğunu, buna görə də onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törətmiş şəxsin səmimi peşmançılıq çəkməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalı və onun məsuliyyətini ağırlaşdıran halların müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə təqdim olunan sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Həmçinin, məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası İXM-in 26.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə Şəxs əməlindən səmimi peşmançılıq çəkməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalı və onun məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində inzibati cərimənin aşağı həddi olan 80 (səksən) manat inzibati cərimə tənbehi tətbiq edilməlidir. İş üzrə maddi sübut olan Ağdaş rayon Polis şöbəsində saxlanılan 1 ədəd 16 kalibirli, TOZ-B markalı, 0987-7 nömrəli, 1953-cü il Tula silah zavodu istehsallı, çaxmaqlı, yivsiz hamar qoşa lüləli ov tüfəngini dövlət nəfinə müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinib, 1 ədəd 16 kalibirli, TOZ-B markalı, 0987-7 nömrəli, 1953-cü il Tula silah zavodu istehsallı, çaxmaqlı, yivsiz hamar qoşa lüləli ov tüfəngini dövlət nəfinə müsadirə edilməklə ona 80 manat inzibati cərimə təyin edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-8/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-8/2023
18.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver