Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-81/2021 09.02.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, U.Mustafayevanın katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat təxminən 11:00 radələrində insanların yanında Ağdaş rayonu Ağcayazı kənd ərazisində kənd sakinlərini, şəhid və qaziləri söyüb təhqir etmiş, bununla da ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Bununla əlaqədar Şəxs barəsində xx xxxxxx 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilməyərək, xx xxxxxx 2021-ci il il tarixdə təxminən saat 11:00 radələrində Ağdaş rayonu Aşağı Ağcayazı kəndində yerləşən ona məxsus torpaq sahəsində kimlərinsə iş gördüyünü xəbər verdiklərini, torpaq sahəsinə gələndə orada Zərərçəkmiş şəxs2 onun torpağında iş gördüyünü, Bəhruza ona məxsus torpaq sahəsində nə iş gördüyünü dediyini, Bəhruzun ona torpaq sahəsinin onun olduğunu bildirdiyini, orada Bəhruzla Ramildən başqa heç kimin olmadığını, bir də özü oğlu Fizulini oraya çağırdığını, aralarında mübahisə yarandığı üçün DİN-nin 102 xidmətinə zəng etdiyini, heç bir şəhidə, qaziyə söymədiyini, onları təhqir etmədiyini bildirdi. İş üzrə şahid Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində özünün Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etdiyini, Şəxs Ağdaş rayonu Aşağı Ağcayazı kəndində gənclər üçün ayrılmış torpaq sahəsini qanunsuz olaraq zəbt etdiyini, xx xxxxxx 2021-ci il il tarixdə təxminən saat 11:00 radələrində oraya gedib ailəsini dolandırmaq üçün həmin torpaq sahəsinin bir hissəsini əkib-biçmək istədiyini, lakin Şəxs buna imkan vermədiyini, onun şəhidləri, qaziləri söyüb təhqir etdiyini bildirdi. İş üzrə şahid X1 məhkəmə iclasında şahid Zərərçəkmiş şəxs2 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş üzrə şahid X2 məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs2 xx xxxxxx 2021-ci il il tarixdə təxminən saat 11:00 radələrində atası Şəxs məxsus Ağdaş rayonu Aşağı Ağcayazı kəndində yerləşən torpaq sahəsini qazdığı üçün atasının ona irad bildirdiyini, atası Şəxs şəhidləri, qaziləri söyüb təhqir etmədiyini bildirdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloci salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl i (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşin hallarını, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq onun barəsində cərimə tənbehi tətbiq edilməsini kifayət hesab etmirəm və hesab edirəm ki, Şəxs barəsində inzibati tənbeh növü olan inzibati həbs tətbiq edilməli, inzibati həbsetmənin əvvəli xx xxxxxx 2021-ci il tarixdə saat 17:50-dən hesablanmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxx 1957-ci ildə Ağdaş rayonunun Ağcayazı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, fərdi əməklə məşğul olan, Ağdaş rayonu, Aşağı Ağcayazı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli xx xxxxxx 2021-ci il tarixdə saat 17:50-dən hesablansın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-81/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-81/2021
09.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver