Məhkəmə qərarları › İş №3(014)-82/2021

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №3(014)-82/2021

23.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 3(014)-82/2021 23.02.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1970-ci ildə Ağdaş rayonunun Yuxarı Nemətabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağdaş rayonunun Yuxarı Nemətabad kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 16:00 radələrində Ağdaş rayonunun Nemətabad kəndində özünə məxsus ov silahı üzərində olsa da, silaha məxsus şəhadətnaməni üzərində daşımayaraq, silahın daşınma qaydalarını pozmuşdur. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd olunaraq, onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, o, xx xxxxxx 2020-ci il tarixdə ov üçün istifadə etməsinə icazə verilmiş silahı üzərində daşıyaraq özünə məxsus əkin sahəsinə baxış keçirməyə getmişdir. Həmin vaxt ov etməmiş, silahı üzərində gəzdirməsinə səbəb isə həmin ərazidə tez-tez rast gəlinən vəhşi heyvanların ehtimal olunan hücumlarından özünü qorumaq olmuşdur. Həin silahın sənədi və onun silahı daşımaq hüququnu təsdiq edən sənəd mövcuddur. İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X2 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs xüsusi icazəsi olmadan ov etmiş və ov qaydalarını pozduğu üçün onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin inzibati xəta haqqında bəzi texniki səhvlər olmuş, həmçinin, hazırda protokolda inzibati xətanın məzmunu səhvən silahın daşınması qaydalarının pozulması kimi göstərilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ağdaş rayon Polis şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli olmasına dair olsa da, həmin protokolda inzibati xətanın mahiyyəti kimi silahın daşınması qaydalarının pozulması göstərilmişdir. Göründüyü kimi, inzibati xəta haqqında protokolun mahiyyəti ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirli hesab olunduğu maddə uyğunsuzluq təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol qanuna müvafiq qaydada tərtib olunmadığından, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Ağdaş rayon Polis şöbəsinə geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar