Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 3(014)-82/2022 16.02.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi ilə Hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, ev 7X olan Şəxs Qapalı Səhmdar Cəmiyyəti (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirli yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirli yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 26.01.2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs Qapalı Səhmdar Cəmiyyətinin direktoru Qüdrət Babayev məhkəməyə vəsatət ünvanlayaraq işin qeydiyyatda olduqları yer üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə vəsatəti işin materialları ilə birlikdə araşdırıb hesab edir ki, vəsatət təmin edilməlidir. Belə ki, vəsatət əlavə olunmuş Dövlət Vergi Xidmətinin internet saytından çıxarışdan görünür ki, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin hüquqi ünvanı ünvan 3 Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Vəsatət təmin edilsin. Şəxs Qapalı Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-82/2022
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №3(014)-82/2022
16.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver