Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-83/2025 20.02.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X11, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə xx xxxxxxxx 1995-ci ildə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, Ağdaş şəhəri, Padar küçəsi 31 ünvanında qeydiyyatda olan, ünvan 1nvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 maddəsi ilə təqsirləndirilməsinə dair Ağdaş rayon İcra və Probasiya şöbəsindən daxil olmuş materiala Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X11 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 17 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Notariat Kontorunun 8i-3199 nömrəli, 11 may 2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 7525 manat məbləğində pul alınaraq X4 verilməlidir. Lakin borclu Şəxs icra sənədini üzrsüz icra etməməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X11 izahatında göstərdi ki, Ağdaş Rayon Notariat Kontorunun 8i-3199 nömrəli, 11 may 2024cü il tarixli icra sənədinə əsasən Şəxs 7525 manat məbləğində pul alınaraq X4 verilməlidir. Sözügedən icra sənədi 15 may 2024-cü il tarixdə icraatına daxil olmuş, həmin tarixdə də tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrasına dair Şəxs bildiriş göndərilmişdir. Lakin Şəxs İcra şöbəsinə yaxınlaşmadığı üçün qeydiyyatda okduğu ünvana iki dəfə xəbərdarlıq məktubu göndərilmişdir. Bundan başqa Elektron İcra Sistemində Şəxs iş yeri aşkar olunmuş, borcun əməkhaqqıdan tutulması üçün 19 iyul 2024-cü il tarixdə borclunun iş yerinə yönəlmə məktub göndərilmişdir. Borclunun işdən çıxmasına və əmək müqaviləsinə xitam verilməsinə dair şöbəyə məktub daxil olmuşdur. Daha sonra 22 avqust 2024-cü il tarixdə borclunun məcburi gətirilməsi barədə tərəfindən təqdimat yazılmış və baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Ağdaş Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli qərarı ilə təqdimat təmin edilmiş və həmin qərardad icra olunması üçün Ağdaş rayon Polis Şöbəsinə göndərilmişdir. Ağdaş rayon Polis Şöbəsindən borclunun qeydiyyatda olduğu ünvanda yaşamadığına dair məktub daxil olmuşdur. Bundan sonra borclunun axtarılmasına dair qərar qəbul olunaraq icra olunması üçün yenə də Ağdaş rayon Polis Şöbəsinə göndərilmişdir. Şəxs bugün, yəni 17 fevral 2025-ci il tarixdə şöbəyə gətirilərək təhvil verilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Ramin Abbasov sualları cavablandırarq bildirdi ki, dəfələrlə Şəxs istifadəsində olan mobil nömrələrə zəng edərək əlaqə saxlamağa çalışmışdır. Nömrələrin bəziləri aktiv olmamış, bəzilərinə isə zəng çatmış, lakin zənglərinə cavab verilməmişdir. 2024-cü ilin sonlarında Şəxs qardaşı ilə telefon vasitəsi ilə əlaqə saxlayaraq qardaşının şöbəyə gəlməsini bildirmişdir. Şəxs şöbəyə gəldikdə 1000 manat ödəniş etdiyini bildirmiş, lakin ödənişə dair heç bir sənəd təqdim etmədiyindən tələbkarla telefon vasitəsi ilə əlaqə saxlanılmış və tələbkar heç bir ödəniş edilmədiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, onun sahibkarlıq fəaliyyəti olmaqla yanaşı reklam şirkəti də olmuşdur. Həmin şirkət 2018-ci ildən 2022-ci il tarixədək fəaliyyət göstərmişdir. Hazırda tələb olunan məbləğ də həmin işlərlə bağlıdır. Belə ki, o, Mehman Abbasovdan 5000 manat məbləğində pul götürmüşdür və götürdüyü pulu da danmır. Eyni zamanda ödəməkdən də imtina etmir. Baxmayaraq ki, hazırda ödənilməsi tələb olunan məbləğ 7525 manat təşkil edir. O, həmin məbləğdən 1000 manat keçən il, 100 manatda bugün ödəniş etmişdir. Həmin borcu ödəməkdən boyun qaçırmır. Hazırda tələb olunan borcla yanaşı, digər kredit təşkilatı və banklarda öhdəlikləri mövcuddur ki, bu da sahibkarlıq fəaliyyəti ilə əlaqədardır. Gücü çatdığı qədər digər öhdəliklərlə yanaşı hazırki tələb olunan borc üzrə də ödənişlər edir. Şəxs verilən sualları cavablandıraraq bildirdi ki, o, 7 saylı Bakı “Asan xidmət” mərkəzində 5000 manat məbləğində pulu notarial qaydada Mehman Abbasovdan almışdır. Notariat kontorunda faiz yazılmadığına görə həmin məbləğ 7525 manat qeyd edilmiş və həmin məbləğin yazılmasına etiraz etməmə səbəbi həm özü görəcəyi işdən mənfəət götürəcəkdir, eyni zamanda pul götürdüyü şəxsə də qazandıracaqdır. O, həmin məbləği Mehman Abbasovdan əlbəəl almışdır. 2024-cü il tarixdə iki dəfə olmaqla 1000 manat ödəniş etmişdir. Həmin ödənişləri əlbəəl etdiyi üçün hazırda əlində heç bir sübut yoxdur. Hazırda qeydiyyatda olduğu ünvanda yaşayış yoxdur və tələb olunan borcla əlaqədar ona hər hansı bildiriş və ya xəbərdarlıq gəlməmiş, həmçinin heç bir telefon vasitəsi ilə də əlaqə saxlanılmamışdır. İcra sənədi ilə bağlı nə rəsmi, nə də qeyri rəsmi heç bir məlumatı olmamışdır. Sonuncu dəfə 2025-ci ilin yanvar ayında Mehman Abbasovla görüşmüş və söhbət zamanı Mehman Abbasov ondan borcun tam ödənilməsini tələb etmiş, tələb olunan məbləği tam şəkildə ödəniş edə bilməyəcəyi halda qanuni yollarla məsələni həll edəcəyini bildirmişdir. Bundan başqa o, sonuncu ödənişi edərkən X13 rayon İcra və Probasiya şöbəsində icra sənədinin olmasına dair heç bir söz deməmişdir. Fevral ayının əvvəllərində Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq barəsində axtarış işi açıldığını və Ağdaş rayon İcra və Probasiya şöbəsinə gəlməli olduğunu bildirmişlər. O da maddi vəziyyəti yaxşı olmadığından yalnız 14 fevralda Ağdaş rayonuna gələcəyini bildirmişdir. 13 fevral tarixində polis əməkdaşları onunla əlaqə saxlayaraq Bakı şəhərində olduqlarını, onlarla bilrikdə Ağdaş rayonuna gedə biləcəyini bildirdikdə heç bir etiraz etməyərək polis əməkdaşları ilə birlikdə rayona könüllü olaraq gəlmişdir. O, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və müəyyən uğursuzluqları olduğundan üzərində öhdəliklər yaranmışdır ki, həmin öhdəliklərin nəzərə alınmasını məhkəmədən xahiş edir. X1 məhkəməyə ərizə ünvanlanayaraq bildirmişdir ki, Şəxs 23 sentyabr 2022-ci il tarixdə iş görmək adı ilə ondan 1 ay müddətinə borca pul almışdır. Həmin tarixdən 2 il 5 ay müddət keçmiş və hazıradək cəmi 2 dəfə olmaqla 1000 manat və məhkəmə günü (17 fevral 2025-ci il) 100 manat ödənişlər etmişdir. Ümumilikdə 1100 manat borcludan geri aldığını təsdiq edir. Hazırda borclunun ona olan borcu 6425 manat təşkil edir. Məhkəmədən qanuni tədbir görülməsini xahiş edir. Üzrlü səbəbdən məhkəmədə iştirak edə bilmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ağdaş Rayon Notariat Kontorunun 8i-3199 nömrəli, 11 may 2024-cü il tarixli icra sənədindən görünür ki, 14 yanvar 2023-cü il tarixdə bağlanmış 3M-13 reyestr nömrəli kredit müqaviləsinə əsasən vaxtında ödənilməmiş 7500 manat məbləğində pul və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 7525 manat borclu Şəxs X3 xeyrinə tutulmalıdır. Ağdaş rayon İcra və Probasiya şöbəsinin 15 may 2024-cü il tarixli icraata başlamaq haqqında qərarın və bildirişin surətindən görünür ki, həmin tarixdə Ağdaş Rayon Notariat Kontorunun 8i-3199 nömrəli, 12 may 2024-ci il tarixli icra sənədinə əsasən icraata başlamaq haqqında qərar qəbul edilmiş və Şəxs qeydiyyyatda olduğu ünvana tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. 12 iyun 2024-cü il tarixli və 10 iyul 2024-cü il tarixli xəbərdarlıq məktubunun surətlərindən görünür ki, Şəxs qeydiyyatda olduğu ünvana tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Ağdaş rayon İcra və Probasiya şöbəsi tərəfindən 09 iyul 2024-cü il tarixdə “A+CO” Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış məktubun surətindən görünür ki, Ağdaş Rayon Notariat Kontorunun 8i-3199 nömrəli, 12 may 2024-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Şəxs əmək haqqından 526,75 manat icra ödənişinin "xxxx" ASC-nin Ağdaş rayon filialının hesabına ödənişin təyinatı yazılan hissəsinə Ağdaş rayon İcra və Probasiya şöbəsinə 7 faiz icra ödənişi sözləri yazılaraq köçürülməsini və 7525 manat borcun bitənədək əmək haqqından hər ay 50 faiz pulun tutularaq X3 hesabına köçürülməsi xahiş edilmişdir. Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 22 avqust 2024-cü il tarixli borclunun məcburi gətirilməsinə dair təqdimat və qərarın surətindən görünür ki, Ağdaş şəhəri, Padar küçəsi 31 ünvanında yaşayan Şəxs məcburi qaydada Ağdaş rayon İcra və Probasiya şöbəsinə gətirilməsinə dair qərar qəbul edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 8(014)-147/2024 nömrəli qərarının surətindən görünür ki, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramin Abbasovun borclu Şəxs məcburi gətirilməsi barədə təqdimatı təmin olunaraq Ağdaş Rayon Notariat Kontorunun 8i-3199 nömrəli, 11 may 2024-ci il tarixli icra qeydi üzrə Ağdaş şəhəri, Padar küçəsi 31 ünvanında qeydiyyatda olan borclu Şəxs məcburi qaydada Ağdaş rayon İcra və Probasiya şöbəsinə gətirilməsinə dair qərar qəbul edilmişdir. Ağdaş rayon Polis Şöbəsi tərəfindən verilmiş 05 noyabr 2024-cü il tarixli və Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 noyabr 2024-cü il tarixli, 233 saylı arayışın surətindən görünür ki, Şəxs ünvan 4 ünvanda qeydiyyatda olmasına baxmayaraq hal-hazırda həmin ünvanda yaşamır. Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 25 noyabr 2024-cü il tarixli borclunun axtarılması barədə qərarın surətindən görünür ki, borclu xx xxxxxxxx 1995-ci il təvəllüdlü Ağdaş şəhəri, Padar küçəsi 31 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilməsinə dair qərar qəbul edilmişdir. Borclu Şəxs 17 fevral 2025-cii l tarixdə Ağdaş rayon İcra və Probasiya şöbəsində verdiyi izahatından görünür ki, o, Mehman Abbasovdan iş üçün 5000 manat vəsait almış və 2500 manat isə üstündə əlavə qayatarmalı idi. İşi batdığı üçün rəqəmi ödəyə bilməmişdir. Mehman Abbasova 2024-cü ildə 1000 manat ödəniş etmişdir. Hazırda rəsmi gəliri olmadığı üçün kiçik rəqəmlərlə aylıq ödəmə edə bilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsində qeyd olunur ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iclasında müəyyən edildi ki, borclu Şəxs icra məmurunun icra qeydinin icrası barədə tələblərini pozmamışdır. Onun Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və icra sənədini üzrsüz səbəbdən icra etməməsi məhkəmə iclasında təsdiq olunmadı. Digər tərəfdən təqdim olunmuş protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxsunun icra qeydinin icrası ilə bağlı pozuntular öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında icra vərəqələrində nəzərdə tutulmuş borcun ödənilməsi ilə bağlı Şəxs qeydiyyatda olduğu Ağdaş şəhəri, padar kiüçəsi 31 ünvanına bildiriş və xəbərdarlıq məktubları göndərilmiş olsa da, həmin bildiriş və xəbərdarlıq məktublarının icra sənədləri üzrə borcluya verilməsi barədə heç bir məlumat yoxdur. İcra məmuru tərəfindən məhkəməyə göstərilənlərin əksini təkzib edəcək hər hansı bir sübut təqdim edilməmişdir. Həmçinin, borclu Şəxs da borcu ödəməkdən yayınmayaraq məhkəmə iclasında tələbkara ümumilikdə 1100 manat ödəniş etmiş və hər ay müəyyən məbləğlərdə ödənişlər ödəməyə dair öhdəlik götürmüşdür. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. “İcra haqqında” Qanunun 82-ci maddəsində müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Həmin Qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçi tələb etdiyinə, lakin müdafiəçiyə haqq ödəməyə maddi imkanının olmadığını bildirdiyinə görə o, hüquqi yardıma görə haqq ödəməkdən azad edilməli və onun məhkəmədə müdafiəsi ilə əlaqədar vəkilin əmək haqqı dövlət büdcəsinin hesabına ödənilməlidir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Vəkil tərəfindən məhkəmə icraatı zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs hüquqlarının müdafiəsinə 05 iş saatı vaxt sərf edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat miqdarında pul vəsaiti Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X12
Məhkəmə qərarları › İş №3(014)-83/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-83/2025
20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver