Məhkəmə qərarları › İş №3(014)-84/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-84/2025

18.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-84/2025 18.02.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1973-cü ildə Ağdaş rayonu, Aral Bir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdaş rayonu, Birinci Aral kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binə qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Ağdaş rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola görə Ağdaş Rayon Məhkəməsinin 2(014)-1011/2024-011 saylı, 23 oktyabr 2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs oğlundan 6383 manat məbləğində borc tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 bildirdi ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1011/2024-011 saylı, 23 oktyabr 2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs oğlundan 6383 manat məbləğində borc tutularaq Zərərçəkmiş şəxs verilməlidir. İcra vərəqəsi 2025-ci ilin yanvar ayında icraata daxil olmuş və 14 yanvar 2025-ci il tarixdə icra məmuru Gülşən Heydərova tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bundan sonra Şəxs bildiriş göndərilməklə icra sənədində olan tələb olunan məbləği ödəməsi ona izah edilmişdir. Lakin Şəxs icra sənədi üzrə olan vaxtında və tələb olunan məbləğdə ödəməmişdir. Daha sonra 31 yanvar 2025-ci il tarixdə Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Birinci Aral kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərərfindən verilmiş məlumatlar müəyyən olunmuşdur ki, Şəxs ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Bundan sonra borclunun axtarılmasına dair qərar qəbul olunaraq icra olunması üçün Ağdaş rayon Polis Şöbəsinə göndərilmişdir. Şəxs icra şöbəsinı gəlmiş, izahatı alınmış və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, onun icra sənədi barədə yeni məlumatı olmuşdur. Belə ki, İcra şöbəsindən qeydiyyatda olduğu ünvana bildiriş göndərilsə də onun həmin bildirişdən xəbəri olmamışdır. Daha sonra barəsində axtarış elan olduğunu bilmiş və dərhal icra məmuru ilə əlaqə saxlayaraq İcra şöbəsinə gələcəyini bildirmişdir. O, İcra şöbəsinə özü gəlmişdir, polis vasitəsi ilə gətirilməmişdir. Hazırda tələb olunan məbləği tam ödəmək iqtidarında deyildir. Lakin hər ay 200 manat məbləğində ödənişlər etməyinə söz verir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1011/2024 saylı 23 oktyabr 2024-cü il tarixli qətnaməsinə əsasən cavabdeh Şəxs 6200 (altı min iki yüz) manat borc və vəkil xidməti üçün ödənilmiş 100 (bir yüz) manat pulun tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 83 (səksən üç) manat dövlət rüsumunun Şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya Şöbəsinin “icraata başlamaq haqqında” 14 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1011/2024-011 saylı 23 oktyabr 2024-cü il tarixli icra vərəqəsinə əsasən icraata başlanılmışdır. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya Şöbəsinin 14 yanvar 2025-ci il tarixli bildirişindən görünür ki, borclu Şəxs borcun ödənilməsi barədə bildiriş göndərilmiş, həmin bildiriş borclu tərəfindən 18 fevral 2025-ci il tarixdə qəbul edilmişdir. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya Şöbəsinin 03 fevral 2025-ci il tarixli “Borclunun axtarışı haqqında” qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan olunmuşdur. İş materiallarında olan borclu Şəxs Ağdaş rayon İcra və Probasiya Şöbəsinə verdiyi izahatından görünür ki, borclu Şəxs izahatı 18 fevral 2025-ci il tarixdə alınmışdır. Beləliklə, məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə işin materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, borclu Şəxs icra məmurunun icra sənədinin icrası barədə tələblərini pozmamışdır. Onun Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və icra sənədini üzrsüz səbəbdən icra etməməsi məhkəmə iclasında təsdiq olunmadı. Digər tərəfdən təqdim olunmuş protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs icra sənədinin icrası ilə bağlı pozuntular öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında icra vərəqələrində nəzərdə tutulmuş borcun ödənilməsi ilə bağlı Şəxs qeydiyyatda olduğu Ağdaş rayonu, Birinci Aral kəndinə bildiriş məktubu göndərilmiş olsa da, həmin bildiriş məktubunun icra sənədləri üzrə borcluya verilməsi barədə heç bir məlumat yoxdur. İcra məmuru tərəfindən məhkəməyə göstərilənlərin əksini təkzib edəcək hər hansı bir sübut təqdim edilməmişdir. Həmçinin, borclu Şəxs da borcu ödəməkdən yayınmayaraq məhkəmə iclasında tələbkara hər ay 200 manat məbləğlində ödənişlər ödəməyə dair öhdəlik götürmüşdür. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. “İcra haqqında” Qanunun 82-ci maddəsində müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Həmin Qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar