Məhkəmə qərarları › İş №3(014)-85/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-85/2024

28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-85/2024 28.12.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.2000-ci ildə ünvan 1ində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Ağdaş Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 3(014)-85/2024 saylı qərarının icrasına xitam verilməsinə dair Şəxs vəsatətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixli, EQ 17835111 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 (qırx) manat cərimə edilmişdir. Eyni zamanda Şəxs xx.xx.2023-cü il tarixli, EQ 17861726 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat cərimə edilmişdir. Həmin qərarları icra etmədiyi üçün Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə xx.xx.2024-cü il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, o, əvvəllər barəsində tərtib edilmiş yuxarıda göstərilən həmin qərarları qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Ağdaş Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 3(014)-85/2024 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 8 (səkkiz) ay müddətinə məhdudlaşdırılmışdır. Hazırda Şəxs vəsatət ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ona təyin edilmiş cəriməni və dəbbə pulunu tam olaraq ödəmişdir. Buna görə də inzibati xəta haqqında iş üzrə qərarın icrasına xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə vəsatəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, vəsatət təmin edilməli və inzibati xəta haqqında iş üzrə qərarın icrasına xitam verilməlidir. Məhkəməyə təqdim olunmuş AsanPey ödəniş sistemindən çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixli, EQ 22345449 saylı inzibati tənbeh vermə haqqında qərar üzrə cəriməni ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 145.1.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda qərarın icrasına xitam verir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs nəqliyyat vasitələrini idarə etmə hüququnun 8 (səkkiz) ay müddətinə məhdudlaşdırılmasına dair Ağdaş Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 3(014)-85/2024 saylı qərarının icrasına xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130, 152-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs nəqliyyat vasitələrini idarə etmə hüququnun 8 (səkkiz) ay müddətinə məhdudlaşdırılmasına dair Ağdaş Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 3(014)- 85/2024 saylı qərarının icrasına xitam verilsin. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar