Məhkəmə qərarları › İş №3(014)-86/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-86/2021

23.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-86/2021 23.02.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iclas katibliyi, Şikayət vermiş şəxs X5 iştirakı ilə Ağdaş rayon Polis şöbəsinin xx.xx.2021-ci il tarixli, ******* saylı inzibati xəta haqqında qərarından X9 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: İsmayıllı rayonu yol patrul xidməti inspektoru, polis sıravisi X6 tərəfindən X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə xx.xx.2021-ci il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati xəta haqqında qərar qəbul edilərək X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. İnzibati xəta haqqında qərardan görünür ki, X9 xx.xx.2021-ci il tarixdə, saat 10:36da X7 yolunun 22-ci kilometrliyində VAZ 2107 markalı, E873TB71 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən epidemiya əleyhinə rejimin sanitariya-gigiyena və karantin rejimlərinin pozulması nəticədə X9 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X1 həmin qərardan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində Ağdaş rayonundan İsmayıllı rayonu istiqamətində minik avtomobili ilə yaxın qohumunun dəfininə gedərkən saat 10:36 radələrində İsmayıllı rayonunun girişində qurulmuş karantin postunda dayanmışdır. İsmayıllı rayonu YPX inspektoru X3 yaxınlaşaraq İsmayıllı rayon sakini mərhum qohumunun dəfninə getmək üçün icazənin olub-olmaması barədə soruşmuşdur. Ondan şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi tələb edilmişdir. Hər ikisinə baxdıqdan sonra YPX inspektoru Bəhramlı Bəhram onun İsmayıllı rayon sakini olmadığı üçün giriş icazəsinin olmadığını, bu səbəbdən də rayona girə və dəfnə gedə bilməyəcəyini bildirmişdir. Minik avtomobilinə əyləşib rayona qayıtmaq istəyərkən YPX inspektoru Bəhramlı Bəhram ona karantin qaydasını pozduğu üçün inzibati xəta törətdiyini bildirmişdir. YPX inspektoruna İsmayıllı rayonuna girmədiyini, bu səbəbdən də hər hansı bir inzibati xəta törətmədiyini, YPX inspektorundan sual soruşmağında hər hansı bir qayda pozuntusu olmadadığını bildirsə də, ona israrla inzibati xəta törətdiyini və barəsində protokol tərtib edəcəyini bildirmişdir. O da YPX inspektoruna karantin qaydasını pozmağı ilə bağlı heç bir görüntü və sübutunun olmadığını bildirmiş, etiraz etmiş və həmin protokoldan şikayət edəcəyini bildirmişdir. YPX inspektoru Bəhramlı Bəhram isə öz növbəsində sahibsiz olmadığını, hər bir YPX inspektorunun vəzifədə yiyəsinin olduğunu bildirərək istədiyi yerə şikayət edə biləcəyini, ona az fərq edəcəyini demişdir. Bir neçə gündən sonra protokol Ağdaş rayon YPX-yə göndərilmişdir. Ağdaş YPX-də də o, heç bir qayda pozuntusu etmədiyini, hər hansı karantin qaydasını pozmadığını, YPX inspektoru Bəhramlı Bəhramın əlində onun karantin qaydasını pozmağı ilə bağlı heç bir sübutunun olmadığını bildirmişdir. Ancaq barəsində İXM-in 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 200 manat məbləğində cərimə edilməyi haqqında qərar qəbul edilmişdir. Hesab edir ki, həmin iş üzrə Ağdaş rayon YPX-nin əməkdaşları tərəfindən pozuntulara yol verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində göstərilən halların olub-olmaması araşdırılmadan barəsində sənədləşmə aparılmışdır və qərar verilmişdir. Barəsində tərtib edildiyini qeyd etdikləri inzibati xəta haqqında protokoldan məlumatı yoxdur, həmin protokol ona çatdırılmamışdır. xx.xx.2021-ci il tarixli, ******* nömrəli qərarda YPX inspektorunun tərtib etdiyi protokol üzrə işə baxılan zaman Ağdaş rayon Polis şöbəsinin DYPB-nin polis mayoru X8 qanunsuz olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Göstərilənlərə əsasən Ağdaş rayon Polis şöbəsinin DYPB-nin polis mayoru X4 xx.xx.2021ci il tarixli, ******* nömrəli saylı qərarı ləğv edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X9 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, X5 həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla tam sübuta yetirilir. Bundan başqa, X9 şikayətində inzibati xəta haqqında qərarın ona təqdim edilmədiyini bildirsə də, tərəfindən verilmiş şikayətə həm inzibati xəta haqqında protokolun, həm də inzibati xəta haqqında qərarın surətləri əlavə edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Ağdaş rayon Polis şöbəsinin xx.xx.2021-ci il tarixli, ******* saylı inzibati xəta haqqında qərarından X9 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar