Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-90/2021 12.02.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştiraki ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi X5 iştirakı ilə Ağdaş rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Ağdaş Rayon Məhkəməsinin 2(014)-1830 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Şəxs 435 manat pul alınıb X2 verilməlidir. Buna görə Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi X8 tərəfindən onun barəsində xx xxxxxx 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilərək Ağdaş Rayon Məhkəməsinin 2(014)-1830 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 435 manat borcu və 20 manat dövlət rüsumu tutularaq iddiaçı X2 verilməli olduğunu imkanı olmadığına görə tələb olunan borcu ödəyə bilmədiyini, buna görə də 435 manat borcunun yarandığını, ancaq hal-hazırda imkanı olmadığına görə borcunu ödəyə bilmədiyini, borcunu xx xxxx 2021-ci il tarixədək ödəyəcəyini və buna görə də barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasında izah etdi ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1830 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 435 manat borcu və 20 manat dövlət rüsumu tutularaq iddiaçıya verilməli olduğunu, lakin ona olan borcunu ödəmədiyini, buna görə də 435 manat borc yarandığını, öz aralarında razılığa gəldiklərini, borcunu xx xxxx 2021-ci tarixədək ödəməsinə razı olduğunu və buna görə də inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi X9 məhkəmə iclasında xx xxxxxx 2020-ci il tarixdə icraatına Ağdaş Rayon Məhkəməsinin 2(014)-1830 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Şəxs X2 435 manat borcu yarandığını, ondan həmin borcu ödəməsi tələb olunsa da, maddi imkanının zəif olmasını səbəb göstərərək borcunu ödəməkdən imtina edərək onun qanuni tələbini yerinə yetirmədiyi üçün tərəfindən borclunun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərildiyini, məhkəmədə işə baxılarkən borclu Şəxs borcunu qısa müddətdə ödəyəcəyini bildirdi. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2021-ci il tarixli ərizədən göründüyü kimi Şəxs 435 manat pul borcunu xx xxxx 2021-ci i tarixədək qaytaracağına vermişdir. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2021-ci il tarixli ərizədən göründüyü kimi Şəxs 435 manat pul borcunu xx xxxx 2021-ci i tarixədək qaytarmağına razı olduğunu, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi X7 dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cavabdeh Şəxs 435 manat borcu və ödənilmiş 20 manat dövlət rüsumu alınaraq iddiaçı X1 xeyrinə verilməsi barədə Ağdaş Rayon Məhkəməsinin 2(014)-1830 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi xx xxxxxx 2020-ci il tarixdə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, iş Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi X6 icraatına daxil olduqdan sonra borclu Şəxs həmin qətnamə üzrə 415 manat borcu yaranmış, icra məmuru tərəfindən borcludan yaranmış pul borcunu ödəməsi tələb olunsa da, o, borcunu ödəməkdən imtina edərək icra məmurunun qanuni tələbini yerinə yetirməmiş, buna görə də icra məmuru tərəfindən borclunun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, məhkəmədə işə baxılarkən borclu Şəxs borcunu qısa müddətdə tələbkara ödəyəcəyini bildirmişdir. Bununla da borclu tərəfindən inzibati xətanın tərkibini yaradan hallar aradan qaldırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənləri nəzərə alaraq hesab edirəm ki, hazırki halda Şəxs əməlində inzibati xəta tərkibi yoxdur, onun barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,105,114,115, 28-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-90/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-90/2021
12.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver