Məhkəmə qərarları › İş №3(014)-90/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-90/2022

10.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-90/2022 10.02.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.2002-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 08.02.2022-ci il tarixdə Ağdaş şəhəri M.İsayev küçəsində “LADA 21703” markalı, “B-612-HC-95” dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman əks istiqamətli hərəkət zolağına çıxaraq, ötmə əməliyyatı aparan zaman idarəetməni itirərək, yolun sol hissəsində dayanan “VAZ 2107” markalı, “**-BY-***” dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. Sürücü avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 08.02.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 08.02.2022-ci il tarixdə saat 11:30 radələrində atası Qanuni nümayəndə məxsus olan “LADA 21703” markalı, “B-612-HC-95” dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş şəhəri M.İsayev küçəsində üzü Zeynəddin kəndi istiqamətinə doğru hərəkətdə olan zaman, əks istiqamətli hərəkət zolağına çıxaraq, ötmə əməliyyatı aparan zaman idarəetməni itirmişdir. Həmin zaman yolun sol hissəsində dayanan “VAZ 2107” markalı, “**-BY-***” dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsindən vumuşdur. Avtomobildə olan sərnişin və özü heç bir bədən xəsarəti almamışlar. Tibbi müayinəyə ehtiyacı olmamışdır. “VAZ 2107” markalı, “**-BY-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs onun iştirakı ilə “alkovisor” cihazı ilə yoxlanılmış, sərxoşluq müəyyən olunmamışdır. Hadisə vaxtı o, avtomobili sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, 08.02.2022-ci il tarixdə saat 11:10 radələrində etibarnamə ilə onun istifadəsində olan “VAZ 2107” markalı, “**-BY- ***” dövlət qeydiyyat nişanlı avtomobili Ağdaş şəhəri M.İsayev küçəsində yolun sağ hissəsində saxlayıb avtomobildə əyləşmişdir. Təxminən 20 dəqiqə sonra Ağdaş şəhəri M.İsayev küçəsində üzü Zeynəddin kəndi istiqamətinə doğru hərəkətdə olan “LADA 21703” markalı, “B-612-HC-95” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü əks istiqamətli hərəkət zolağına çıxaraq, ötmə əməliyyatı aparan zaman idarəetməni itirərək, onun avtomobilinin qabaq sol hissəsindən vumuşdur. Hadisə zamanı avtomobildə tək olmuşdur. Heç bir bədən xəsarəti almamışdır. Tibbi müayinəyə ehtiyacı olmamışdır. “LADA 21703” markalı, “B-612-HC-95” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs onun iştirakı ilə “alkovisor” cihazı ilə yoxlanılmış, sərxoşluq müəyyən olunmamışdır. Hazırda Şəxs qarşı heç bir şikayəti yoxdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Yol patrul xidmətinin baş inspektoru polis baş leytenantı X2 protokolun məzmununa uyğun izahat verərək müvafiq qanuna uyğun qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 08.02.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol, özünün, zərərçəkmiş şəxsin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə işin hallarını nəzərə alaraq Şəxs onun təqsirli hesab olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar