Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-90/2024 01.03.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs X5, Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X13 iştirakları ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 2 fevral 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X17 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən X12 oğlu tərəfindən X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə 2 fevral 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərar qəbul edilmişdir. İnzibati xəta haqqında qərardan görünür ki, X3 rayonu, Qəribli kəndində ov qaydalarını kobud şəkildə pozaraq və icazə olmadan ya qadağan edilmiş yerlərdə ov etməsinə görə X1 Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək ona 1000 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. X2 həmin qərardan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Ağdaş rayonu, Qəribli kəndi ərazisində şəxsi pay torpaq sahəsində oğlu ilə birlikdə gəzinti zamanı əvvəllər tanımadıqları şəxs ekologiya əməkdaşları olduqlarını bildirərək X6 və X14 onlara yaxınlaşdı. Onun üzərində sənədli ov tüfəngi var idi. Ekologiya əməkdaşları barələrində cərimə protokolu tərtib edəcəklərini onlara bildirdikdə, o, da onlara onun ov etmədiyi, sadəcə olaraq şəxsi pay torpaq sahəsində çaqqal və canavardan qorunmaq üçün üzərində alışa hazır olmayan yəni açıq vəziyyətdə ov tüfəngi gəzdirdiyini bildirmişdir. Bundan sonra ekologiya əməkdaşları, bu halın cərimə törətmədiyini onlara bildirməklə sadəcə yerində dedikləri formada izahat yazacağı təqdirdə cərimə və məsuliyyətdən azad olacağını bildirərək izahatını almışlar. O, da dedikləri kimi izahat yazmışdır. Bundan sonra da onlarla vidalaşmışlar. Bir neçə gündən sonra onu ekologiya idarəsinə dəvət etmişlər. Ağdaş rayonu, Qəribli kəndi ərazisində ov qaydalarını pozduğunu, bütün bunları da gördüyünü, şəxsən şahid olduğunu və Allahverdiyev Rübail tərəfindən barəsində akt və protokol tərtib edildiyini dedilər. Halbuki, həmin vaxt onlar sadəcə olaraq oğlu ilə pay torpaq sahəsində gəzintidə olmuşlar. Ekologiya əməkdaşları ilə rastlaşıb söhbət edərək izahat yazıb, sonra isə mehriban vidalaşmışlar. Allahverdiyev Rübail saxta aktlar hazırlayaraq barəsində protokollar Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsini icra edən Eldəniz Kərimov barəsində heç bir araşdırma aparmadan saxta dəlillər əsasında 02 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar verərək ümumilikdə onu 1000 manat məbləğində cərimə etmişlər. Həmin iş üzrə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsini icra edən Eldəniz Kərimov və əməkdaşları tərəfindən aşağıdakı pozuntulara yol verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində göstərilən halların olub-olmaması araşdırılmadan qərəzli olaraq barəsində sənədləşmə aparılmış və qərar verilmişdir. Barəsində tərtib edildiyini qeyd etdikləri inzibati xəta haqqında protokoldan məlumatı yoxdur, həmin protokol ona çatdırılmamışdır. Buna səbəbdə protokolun saxta və qanunsuz olmasıdır. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Ona isə heç bir protokol verilməmiş və onun heç bir protokoldan xəbəri yoxdur. Buna səbəbdə protokolun saxta, qanunsuz, həmçinin ekologiya əməkdaşı Allahverdiyev Rübailin uydurma senarisinin olmasıdır. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsini icra edən Eldəniz Kərimov qanunsuz və saxlalaşdırılma yolu ilə tərtib etdilmiş protokol üzrə işə baxılan zaman 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsini icra edən Eldəniz Kərimov qanunsuz olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Qanunvericiliyə görə yalnız inzibati tənbeh vermə haqqında qərar icrası məcburi qərar sayılır. Qeyd olunanlara əsasən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsini icra edən Eldəniz Kərimovun 02 fevral 2024-cü il tarixli, MN ******* saylı qərarı ləğv edilməklə inzibati xəta haqqında iş üzrə icraata xilam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X9 şikayətin məzmununa uyğun izahat verərək bildirdi ki, oğlu ilə birlikdə özlərinə məxsus topraq sahəsinə baxmaq üçün getmişlər. Həmin gün hava küləkli olduğundan özlərini çaqqal və canavardan qorumaq üçün özü ilə ov tüfəngini də götürmüşdür. Torpaq sahəsinədə olarkən iki nəfərə şəxsin onlara yaxınlaşaraq özlərini təqdim edib 8 saylı Regional Ekologiyanın və Təbii Sərvətlər İdarəsinin əməkdaşları olduqlarını bildirdilər. Onlar ona ov etdiklərini soruşduqda o, isə cavab olaraq özünü heyvanlardan qorumaq üçün üzərində silah götürdüyünü bildirmişdir. Həmin əməkdaşlar onun barəsində izahatını alaraq protokol tərtib edəcəklərini bildirdilər. Əgər izahatı onların dedikləri məzmunda yazmasa və şəkil çəkilən zaman ona verilən iki ədəd gülləni əlində saxlamasa, onun barəsində protokol tərtib edib barəsində qanunla müəyyən edilmiş tədbirlərin görüləcəyini bildirdilər. O isə nə edəcəyini bilməyərək və qorxduğundan onun fotoşəkilinin çəkilməsinə icazə verərək onların dedikləri məzmunda izahat yazmışdır. Sonradan ona məlum olmuşdur ki, o, 1000 manat məbləğində cərimə edilmişdir. Barəsində tərtib edilmiş qərar və protokol əsassızdır. Ona görə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən X4 barəsində tərtib etdiyi 2 fevral 2024-cü il tarixli MN ******* nömrəli qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X21 şikayətə etiraz edərək bildirdi ki, 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Ağdaş rayonu, Qəribli kəndi sakini X5 üzərində ov silahının olmasını müəyyən etdikdən sonra həmin kənddə yerləşən Vətən Mirzəliyevə məxsus torpaq sahəsinə gedərək onun üzərində ov silahının olduğunu müəyyən etmişlər. Vətən Mirzəliyevə yaxınlaşaraq silaha baxış keçirmişlər və həmin silahın işlək vəziyyətdə olmuşdur. Həmçinin həmin ərazilərdə ov edərkən güllənin insanlara dəyməməsi üçün şərait də yaradılmışdır. Vətən Mirzəliyev izahat verərkən ona heç bir təzyiq və təsir göstərilməmiş, hər hansı əsaslarla qorxudulmamışdır. Verdiyi izahat özünü müdafiə etmək məqsədi daşıyır. Onun barəsində tərtib edilmiş protokol qanuni və əsaslıdır. Odur ki, şikayətin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə şikayət vermiş şəxsin və qərarından şikayət verilmiş orqanın nümayəndəsinin izahatını dinləyib, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, Vətən Mirzəliyev onun atasıdır. Atası ilə özlərinə məxsus torpaq sahəsinə baxmağa gedərkən atası çöl heyvanlarından qorunmaq üçün özünə məxsus ov tüfəngini də götürmüşdür. Onlar torpaq sahəsində olarkən iki nəfər onlara yaxınlaşaraq 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları olduqlarını, atasının ov etmək üçün özü ilə tüfəng gəzdirdiyini bildirərək onun barəsində protokol tərtib edəcəklərini və buna görə də atası Vətən Mirzəliyevin izahat yazmalı olduğunu söylədilər. Həmin izahatı isə onların istəklərinə uyğun yazılmasını tələb etdilər, əks halda atasının barəsində qanuni tədbir görüləcəyi barədə atasını qorxutdular. Bundan sonra atası qorxduğuna görə onların istəklərinə uyğun izahat yazdı. İşin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X7 ünvanlanmış 2 fevral 2024-cü il tarixli, Ç-BM/4724-018 saylı məktubdan görünür ki, X9 barəsində qəbul edilmiş 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 2 fevral 2024-cü il tarixli MN ******* nömrəli qərarı ilə müəyyən edilmiş cərimənin 1 ay müddətində ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən tərtib edilmiş 2 fevral 2024-cü il tarixli MN ******* nömrəli qərardan görünür ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməklə 1000 (min) manat məbləğində cərimə edilmişdir. İşin materiallarında olan 26 dekabr 2023-cü il tarixli, 2746 nömrəli şəhadətnamə X7 təhvil verilmişdir. Belə ki, şikayət vermiş şəxs özü də etiraf etmişdir ki, onun əlində ov silahı olmuşdur. Halbuki, qanunvericiliyin tələblərinə görə ov silahından istifadənin qaydaları müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 27 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması” Qaydalarının 4.2-ci bəndinə əsasən müvafiq icazə olmadan ovçuluq təsərrüfatlarının ərazisində ov etmək, balıq ovlamaq və bu əraziyə ov alətləri ilə gəlmək qadağandır. Həmin Qaydaların 4.11-ci bəndinə əsasən ovçuluq təsərrüfatlarının rejimini pozmaqda müqəssir olan şəxslər mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar. “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən ovçuluq təsərrüfatı dedikdə təbii sərbəstlik və yarımsərbəst şəraitində yaşayan və ya yetişdirilən vəhşi heyvanların ayrı-ayrı növlərinin qorunması və artırılması, habelə onların yetişdirilib ov yerlərinə buraxılması və ovçuluq məqsədilə təşkil edilmiş mühafizə rejimli təsərrüfat subyekti başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, təqdim edilmiş sənədləri və işin faktiki hallarını araşdırmaqla, belə nəticəyə gəlir ki, X9 qanunvericiliyin tələblərini pozaraq lazımi icazə olmadan ovla məşğul olmuşdur. Bu səbəbdən də barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 2 fevral 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə 1000 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Adı çəkilən qərar qanuni və əsaslıdır, qərarın ləğv edilməsi üçün əsaslar müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin, hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər, belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı qanunvericiliyin tələbləri pozulmamış, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Ona görə də, X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 2 fevral 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Qərardan şikayət vermiş şəxs X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 2 fevral 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-90/2024
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-90/2024
01.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver