Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-93/2021 15.02.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1988-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2021-ci il tarixdə Ağdaş RMX-nin həyətində Zərərçəkmiş şəxs yüksək səslə söyüb təhqir etmiş, ictimai qaydanı pozmuşdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, Zərərçəkmiş şəxs onun keçmiş qayınanasıdır. Onun qızı ilə olan nikahları pozulduqdan sonra dəfələrlə Zərərçəkmiş şəxs ona zəng etmiş və övladının adının dəyişdirilməsinə razılıq verməsini tələb etmişdir. Həmçinin, Zərərçəkmiş şəxs bir neçə dəfə onun iş yerinə də gəlmişdir. xx.xx.2021-ci il tarixdə yenə Zərərçəkmiş şəxs onun işlədiyi Ağdaş RMX gələrək onu təhdid etmişdir. Daha sonra aralarında mübahisə yaranmış və o, əsəblərini cilovlaya bilməyərək Zərərçəkmiş şəxs yüksək səs tonu ilə söyüb təhqir etmişdir. Bu zaman ətrafda xəstəxanaya gəlmiş şəxslər və xəstəxanın işçiləri də orada olmuş, onlar da mübahisənin şahidi olmuşlar, iş rejimi müvəqqəti pozulmuşdur. Hadisə vaxtı əsəbi və emosional olmuşdur. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs onun keçmiş kürəkənidir. 2017-ci ildə qızı Gülcanla Cavid arasında narazılıqlar olduğu üçün nikahları pozulmuşdur. Həmin gündən bu günə kimi qızına və uşağa o baxır. Onlar uşağın adını dəyişmək istəsələr də Cavid ərizə vermədiyi üçün bunu edə bilməmişlər. Buna görə də o, Cavidə ərizə verməsi üçün xahiş etmiş, lakin Cavid qarşılığında alimentdən imtina etmələrini istəmişdir. Sonuncu dəfə xx.xx.2021-ci il tarixində Cavidin işlədiyi ARM-ə getmiş və yenə də ərizə verməsini xahiş etmişdir. Lakin Cavid kobud şəkildə ərizə verməyəcəyini bildirmiş, aralarında mübahisə yaranmış və qarşılıqlı olaraq bir-birilərini təhqir etmişlər. Bu zaman ətrafda xəstəxanaya gəlmiş şəxslər və xəstəxanın işçiləri də orada olmuş, onlar da mübahisənin şahidi olmuşlar, iş rejimi müvəqqəti pozulmuşdur. Protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi Kərimov Sırac Şahmurad oğlu məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs keçmiş kürəkəni Şəxs işlədiyi Ağdaş RMX gələrək onunla aralarında olan məişət mövzusunda söhbət etmək istəmişdir. Daha sonra aralarında mübahisə yaranmış və Şəxs əsəblərini cilovlaya bilməyərək Zərərçəkmiş şəxs yüksək səs tonu ilə söyüb təhqir etmişdir. Bu zaman ətrafda xəstəxanaya gəlmiş şəxslər və xəstəxanın işçiləri də orada olmuş, onlar da mübahisənin şahidi olmuşlar, iş rejimi müvəqqəti pozulmuşdur. Bundan sonra hər iki şəxs Daxili İşlər Nazirliyinin “102” xidməti - zəng mərkəzi sisteminə məlumat vermiş, hadisə tərəfimizdən araşdırılaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinsin və ona 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-93/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-93/2021
15.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver