Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-94/2021 15.02.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş rayon Məhkəməsinin hakimi Əliyev Nizam Mubariz oğlu, Məhkəmə iclas katibi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin sahə rəisi, polis leytenantı X1 iştirakı ilə Şəxs barəsində Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə Ağdaş şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən “OBA” marketlər şəbəkəsində ümumi dəyəri 15 (on beş) manat olan 02 ədəd araq və “GO” markalı energetik içki oğurlamış və orda işləyən X2 yüksək səslə söyüb təhqir etmişdir. Faktla bağlı Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 227-ci və 510-cu maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Ağdaş RPŞ-nin sahə rəisi, polis leytenantı X3 izah etdi ki, xx.xx.2021-ci il tarixdə Ağdaş şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən “OBA” marketlər şəbəkəsində ümumi dəyəri 15 (on beş) manat olan 02 ədəd araq və “GO” markalı energetik içki oğurlamış və orda işləyən X2 yüksək səslə söyüb təhqir etmişdir. Ağdaş RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X4 xx xxxxxx 2021-ci il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci və 510-cu maddələrinin əlamətləri olduğundan, həmin maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Ağdaş RPŞ-nin İTB-nə göndərilmişdir. Bununla əlaqədar olaraq Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci və 510-cu maddələri ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmış, qeyd edilən maddələrlə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında xx.xx.2021-ci il tarixdə Ağdaş şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən “OBA” marketlər şəbəkəsinə girərək ümumi dəyəri 15 (on beş) manat olan 02 ədəd araq və “GO” markalı energetik içki oğurlamış və orda işləyən X2 yüksək səslə söyüb təhqir etmişdir. Məhkəmə iclasında əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığını bildirərək AR İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini, AR İXM-nin 510-cu maddəsi ilə barəsində inzibati həbslə əlaqədar olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs izahatında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs xx.xx.2021-ci il tarixdə Ağdaş şəhəri, H. Əliyev prospekti ünvanında yerləşən “OBA” marketlər şəbəkəsində ümumi dəyəri 15 (on beş) manat olan 02 ədəd araq və “GO” markalı energetik içki oğurladığını və onu yüksək səslə söyüb təhqir etdiyini bildirmişdir Məhkəmə iclasında Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini bildirirərək Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 227-ci maddəsi ilə bağlı hissədə xitam verilməsini, Şəxs AR İXM-nin 510-cu maddəsi ilə şikayətçi olduğundan həmin maddə ilə barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, lakin aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 227-ci maddəsi ilə bağlı hissədə xitam verilməli, AR İXM-nin 510-cu maddəsi ilə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitar-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Həmin məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs əməlində inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini, mahiyyətini, onun təqsirinin dərəcəsini, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, işin yüngülləşdirici halını, ağırlaşdırıcı halların olmamasını və faktiki hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirli bilindiyi İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 39.2, 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx.xx.1976-cı ildə Ağdam rayonu, Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdam rayon, Bağbanlar kəndində yaşayan Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 227-ci maddələri ilə təqsirli bilinsin. Şəxs oğlu barəsində inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 227-ci maddəsi ilə bağlı hissədə xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi 50 (əlli) manat cərimə edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-94/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-94/2021
15.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver