Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 3(014)-94/2025 19.02.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlunun sədrliyi ilə xx.xx.1990-cı ildə Ağdaş rayonunun Ləki qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Ağdaş rayon İcra və Probasiya şöbəsi tərəfindən 19 fevral 2025-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs Ağdaş Rayon Məhkəməsinin 2(014)-753/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən yaranmış 600 manat aliment borcu tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Buna görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd olunaraq, onun barəsində Ağdaş rayon İcra və Probasiya şöbəsi tərəfindən 19 fevral 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Şəxs barəsində olan 19 fevral 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolda inzibati xətanın qeyd olunmalı olduğu punkta (inzibati xətanın törədildiyi yer və bu xətanın mahiyyəti) icra sənədinin məzmunu köçürülmüşdür. Halbuki, həmin hissədə inzibati xətanın mahiyyəti, onun hansı hərəkət və ya hərəkətsizlikdə ifadə olunması qeyd olunmalı idi. Hazırkı halda isə şəxsin xətasının nədən ibarət olması aydın deyil. Daha sora, qeyd olunan inzibati xəta haqqında protokolda bu faktı təsdiq edən sübutlar punktunda barəsində inzibati xəta haqqında şəxsin borcunu üzrsüz səbəbdən ödəməməsi qeyd edilmişdir. Halbuki, həmin hissədə adından da göründüyü kimi inzibati xətanın təsdiq edən konkret sübutlar göstərilməlidir. Bundan başqa, həmin inzibati xəta haqqında protokolda zərərçəkmiş şəxsə dair məlumatlar da qeyd edilməmişdir. Həmçinin, inzibati xəta haqqında protokolda onu tərtib edən şəxsin vəzifəsinin rəis olması göstərilsə də, hansı qurumun rəisi olduğu göstərilməmişdir və inzibati xəta haqqında protokola baxış keçirilərkən həmin protokolun ümumiyyətlə hansı orqan tərəfindən tərtib edilməsini müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol natamam olduğundan onu tərtib etmiş orqana geri qaytarılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə material natamam olduğundan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Ağdaş rayon İcra və Probasiya şöbəsinə geri qaytarılsın. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-94/2025
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №3(014)-94/2025
19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver