Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-95/2024 11.03.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 28 fevral 1994-cü ildə Ağdaş rayonu, Dəhnəxəlil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, sürücü işləyən, Ağdaş rayonu, Dəhnəxəlil kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Yerüstü Nəqliyyat X8 İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Yerüstü Nəqliyyat X8 İdarəsinin kiçik inspektoru X6 tərəfindən 20 fevral 2024-cü il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 20 fevral 2024-cü il tarixdə saat 17:10 radələrində Azərbaycan Yerüstü Nəqliyyat X8 İdarəsinin əməkdaşları X3rşısında yoxlama reydi keçirən zaman 99UC029 dövlət qeydiyyat nişanlı “Mersedes” markalı mikroavtobusun sürücüsü Şəxs qanunla nəzərdə tutulan sənədləri təqdim etməkdən imtina edərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində özünü təqsirli bilmədiyini bildirdi və göstərdi ki, 99UC029 dövlət qeydiyyat nişanlı “Mersedes” markalı mikroavtobus onun özünə məxsusdur. O, 2021-ci ildən sifarişli sərnişin daşınması ilə məşğuldur. Belə ki, o, tələbələri Mingəçevir şəhərindən Kollecə, Kollecdən də Mingəçevir şəhərinə gətirib-aparır. Bununla bağlı tələbələrin valideynləri ilə arasında müqavilə bağlanılıb. O, 1 aylıq fərqlənmə nişanı almışdır və 26 yanvar 2024-cü il tarixdə təsdiqlənib. O, mülkiyyətində olan mikroavtobusla tələbələri daşıdığına görə Azərbaycan Yerüstü Nəqliyyat X8 İdarəsinin əməkdaşları onunla prinsip aparırlar və buna görə onun barəsində dəfələrlə inzibati xəta haqqında protokol tərtib etmişlər. Bu vaxta qədər onun barəsində 40-a yaxın inzibati cərimə qərarı qəbul edilmişdir və həmin cərimələrin heç bir əsası yoxdur. Cünki 17 noyabr 2023-cü il tarixdə onun lisenziyası təsdiqlənib və o, hər ay dövlətə 82 manat məbləğində vergi ödəyir. Onun sifarişli daşıma müqaviləsi vardır. Qeyd etdikləri nəzərə alınaraq onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair barəsində tərtib olunmuş inzibati xəta haqqında iş üzrə icraata xitam veriməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sualları cavablandıraraq bildirdi ki, reyd keçirilərkən həqiqətən onun sərnişin daşıma üçün fərqlənmə nişanı olmamışdır və Nəqliyyat Agentliyi onunla prinsip apardığına görə həmin vaxt əsəbiləşərək qanunvericiliklə müəyyən olunmuş sənədləri Agentliyin əməkdaşına təqdim etməkdən imtina etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə işə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İnzibati xəta haqqında protokola əlavə edilmiş 20 fevral 2024-cü il tarixli aktdan görünür ki, Azərbaycan Yerüstü Nəqliyyat X8 İdarəsinin küçik inspektoru X6, inspektoru X10 və kiçik inspektoru X1 şəhərində X3rşısında keçirdikləri reyd zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 40 və həmçinin 24 aprel 2009-cu il 71 nömrəli qərarlarının tələblərinə uyğunluğunu yoxlayarkən 99UC029 dövlət qeydiyyat nişanlı “Mersedes” markalı mikroavtobusun sürücüsü Şəxs qanunsuz (fərqlənmə nişanı olmadan) sərnişindaşıma fəaliyyəti ilə məşğul olmasını aşkar etmişlər, eyni zamanda sürücü qanunvericiliklə müəyyən olunmuş sənədləri təqdim etməkdən imtina etməklə əməkdaşlara xidməti vəzifələrini yerinə yetirməyə mane olmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş fotoşəkldən görünür ki, 99UC029 dövlət qeydiyyat nişanlı “Mersedes” markalı mikroavtobusun üzərində sərnişindaşıma fəaliyyəti ilə məşğul olması üçün fərqlənmə nişanı yoxdur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsndə nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsin əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə iİşin hallarını, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə təqsirli bilinsin, barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-95/2024
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-95/2024
11.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver