Məhkəmə qərarları › İş №3(014)-95/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-95/2025

19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-95/2025 19.02.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cü ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş Rayon Məhkəməsinin 2(014)-1068/2024-014 saylı 30 sentyabr 2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs üzrsüz səbəbdən icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 bildirdi ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1068/2024-014 saylı 30 sentyabr 2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 15000 manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs verilməlidir. İcra vərəqəsi 2024cü ilin noyabr ayında icraatına daxil olmuş və 14 noyabr 2024-cü il tarixdə tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bundan sonra Şəxs bildiriş verilməklə icra sənədində olan tələb olunan məbləği ödəməsi ona izah edilmişdir. Lakin Şəxs icra sənədi üzrə olan vaxtında və tələb olunan məbləğdə ödəməmişdir. Dəfələrlə Şəxs borcun ödənilməsi tələb olunsa da, borclu 15000 manat məbləğində borcu üzrsüz səbəbdən ödəmir. Tələbkar Zərərçəkmiş şəxs aliment borcunun hamısının birdəfəlik ödənilməsini tələb edir. Şəxs isə borcu birdəfəlik ödəyə bilmir. Bununla bağlı dəfələrlə ona xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. Şəxs hətta çağırışlara gəlmədiyinə görə barəsində məcburi gətirilmə haqqında qərar qəbul edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin tələb olunan borcun ödənilməsinə yönəldiləcək hər hansı əmlakı aşkar edilməmişdir. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, Zərərçəkmiş şəxs il yarım əvvəl borca pul götürmüş və üzərində faizi ilə geri qaytaracağına dair razılığa gəlmişlər. O, götürdüyü pulun faizlərini ödədikdən sonra qalan məbləği maddi imkanı olmadığından ödəyə bilməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs borca pul götürməsinə dair ona qəbz yazdırmış və imkanı olduqda həmin pulu geri qaytaracağını bildirmişdir. O, da Zərərçəkmiş şəxs sözlərinə inanaraq qəbz yazaraq Zərərçəkmiş şəxs vermişdir. Həmin məbləği maddi imkanı olmaması səbəbindən ödəyə bilmədiyi üçün Zərərçəkmiş şəxs onu məhkəməyə vermişdir. Məhkəmə iclasında Şəxs sualları cavablandıraraq bildirdi ki, səhhətində problemlər var və hazırda işləmir. İşləmədiyi üçün də borcu qaytarmaqda çətinlik çəkir. Lakin borcu qaytarmayacağını demir. Belə ki, hazırda həmin məbləği tam ödəmək iqtidarında deyil. Dəfərlərlə Zərərçəkmiş şəxs ilə borcun hissə-hissə ödənilməsinə dair danışıqlar aparmış, lakin Zərərçəkmiş şəxs onunla heç bir halda razılaşmamışdır. O, həmin borcun ödənilməsi üçün iki il müddətə vaxt istəyir. Odur ki, qeyd olunanları nəzərə alınıb barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 1 il 7 ay əvvəl Şəxs borca pul vermiş və Şəxs həmin məbləği tez bir müddətə geri qaytaracığına dair vəd vermişdir. 1 il Şəxs evinə gedərək pulunu tələb etsə də ona heç bir ödəniş edilməmiş, hər dəfə Şəxs müxtəlif bəhanalər gətirərək, yəni qardaşının pul göndərəcəyi, kürəkənin kredit götürəcəyini bildirib borcu qaytaracağını bildirmişdir. Lakin Şəxs verdiyi vədlərə əməl etməyərək ondan aldığı məbləği geri qaytarmamış, hətta ona kobudluq etmişdir. Hazırda Şəxs pulun alınaraq ona verilməsini tələb edir. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya Şöbəsinə 30 sentyabr 2024cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 15000 (on beş min) manat məbləğində pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarında olan 14 noyabr 2024-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1068/2024-014 saylı 30 sentyabr 2024-cü il tarixli icra vərəqəsinə əsasən Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramin Abbasov tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan X2 ünvanlanmış 17 sentyabr 2020-ci il tarixli bildirişin, 25 noyabr 2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Şəxs Ağdaş Rayon Məhkəməsinin 2(014)-1068/2024-014 saylı 30 sentyabr 2024-cü il tarixli icra vərəqəsi üzrə tələbin könüllü icra edilməsi üçün xəbərdarlıq edilmişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 8(014)-224/2024 saylı 26 dekabr 2024-cü il tarixli qərardadına əsasən Ağdaş Rayon Məhkəməsinin 2(014)- 1068/2024-014 saylı 30 sentyabr 2024-cü il tarixli icra sənədi üzrə borclu xx.xx.1979-cu il tarixdə anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan, Ağdaş şəhəri Y.Nəbiyevi küçəsi 20/7 nömrəli ev ünvanında yaşayan Şəxs məcburi qaydada Ağdaş rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsinə dair qərar qəbul edilmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32 və 33-cü maddələrində müəyyən edilmiş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmənin qənaətinə görə hazırki vəziyyətdə Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan cərimə tənbehinin tətbiq edilməsi ağlabatan deyil. Belə ki, onun inzibati məsuliyyətə cəlb edildiyi xəta özlüyündə pul məbləğinin ödənilməməsi ilə bağlıdır. Şəxs məhkəmə iclası zamanı borcu tam olaraq ödəməyə maddi imkanının olmadığını bildirdiyindən məhkəmə hesab edir ki, icra sənədi üzrə borcu tam ödəyə bilmədiyi halda Şəxs barəsində inzibati cərimə tənbehinin tətbiqi, yəni üzərinə əlavə maddi məsuliyyət qoyulması nəticə etibarilə məhkəmə qərarının icrasız qalmasına səbəb ola bilər. Odur ki, Şəxs inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmə daha əsaslı hesab edir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində müəyyən müddətə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınmalı, həbsetmənin əvvəli 13 yanvar 2025-ci il tarixdən saat 16:25-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 8 (səkkiz) gün müddətə inzibati həbs tətbiq olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsetmənin əvvəli 19 fevral 2025-ci il tarixdən saat 18:25-dən hesablansın. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar