Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-98/2025 24.02.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X4, Ağdaş Rayon Polis Şöbəsinin X1 polis sahə rəisi X5, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 22 iyun 1995-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdaş rayonu, Cardam qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağdaş Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Ağdaş Rayon Məhkəməsini inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 17 yanvar 2025-ci il tarixdə Qaradağlı kənd sakini Zərərçəkmiş şəxs 1 dəfə sol sinə nahiyyəsinə yumruqla vuraraq sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və buna görə də Şəxs barəsində 24 fevral 2025-ci il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi X8 bildirdi ki, 17 yanvar 2025-ci il tarixdə Ağdaş rayonu, Qaradağlı kənd sakini Zərərçəkmiş şəxs iribuynuzlu heyvanları küçəyə çıxararkən qonşusu olan Şəxs ilə aralarında yaranmış mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs döş qəfəsinin sol körpücükaltı nahiyəsindən yumruqla vuraraq sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs şikayəti əsasında X6 Bölməsində araşdırma aparılımış, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, həmçinin Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati xəta törətməsi müəyyən edildiyindən qərarın icra edilməsi Ağdaş Rayon Polis X3 bölməsinə həvalə edilmişdir. Daha sonra Şəxs barəsində 24 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur, aralarında heç bir münasibət yoxdur. Sadəcə bir neçə dəfə ona salam vermişdir. Hazırda olan mübahisə də it-pişik səbəbindən olmuşdur. Belə ki, o, evdə olmamış və evə gəldikdə qızı ona Sevincin onlara gələrək itlərə görə mübahisə yaratdığını bildirmişdir. O da Sevincə nə üçün mübahisə etdiyini bildirmiş, Sevincə heç bir təzyiq göstərməmiş və ya onu vurmamışdır. Hazırda zərərçəkmiş şəxslə barışmış, aralarında heç bir mübahisə yoxdur, barəsində olan icraata xitam verilməsini xahiş edir. Daha sonra Şəxs bu barədə məhkəməyə ərizə təqdim etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Çiçək adlı şəxs onun qonşuluğunda yaşayır, münasibətləri yaxşı olmamış, əvvəllər də aralarında mübahisələr baş vermişdir. Sonuncu dəfə mübahisələri 17 yanvar 2025-ci il tarixdə baş vermişdir. Belə ki, həmin gün səhər saatlarında özünə məxsus 2 baş inəyi otlayıb su içmələri üçün həyətdən küçəyə çıxarmış, həmin vaxt Çiçəyin uşaqları özlərinə məxsus iti çıxarıb inəklərin üstünə istiqamətləndirmişlər. İt hürüb inəkləri ürkütmüş, inəklər də qorxub qaçmışlar. Çiçəyin uşaqlarına iti həyətə salmalarını, inəklərin qorxub qaçmasını söyləmiş, Çiçəyin uşaqları da gülərək ona nalayiq ifadələr deyib getmişlər. Bundan sonra təxminən saat 12 radələrində heyvanlara baxıb geri qayıdarkən Çiçək həyətdən çıxıb qışqıraraq ona “sən kimsən ki, mənim uşaqlarıma söz deyirsən” söyləmiş, o da Çiçəyə itin heyvanları qorxudub qaçırmasını söyləmişdir. Həmin vaxt Çiçək ona nalayiq ifadələr deyərək üstünə gəlməyə başlamışdır. Çiçək ona “səni vuraram, mənə heç kim heçnə edə bilməz” deyərək ona tərəf gəlmiş, yumruqla onun sinəsinin sol nahiyəsindən vurmuşdur. O da həmin vaxt özündən gedib yerə yıxılmış, Çiçəyin əri Nizami gəlib Çiçəyi ondan aralamışdır.. Bundan sonra DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Daha sonra Zərərçəkmiş şəxs barəsində inzibati icraat aparılan şəxs Şəxs ilə barışması barədə məhkəməyə ərizə təqdim edir. İş materiallarında olan arayışdan görünür ki, Şəxs inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası DİN-nin xx.xx.2001-ci il tarixli 239 nömrəli əmrinə əsasən rayon polis şöbəsinin növbətçi hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasından yoxlanılmış, yoxlama zamanı müəyyən olunmuşdur ki, vətəndaş Şəxs kartotekasında heç bir məlumat aşkar olunmamışdır. İş materiallarında olan Ağdaş rayon X6 Bölməsinin təhqiqatçısı X2 05 fevral 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan cinayət işinin başlanmasının rədd edilməsi, onun barəsində həmin maddə ilə inzibati tənbeh tədbirlərinin görülməsi məqsədi ilə qərarın surətinin Ağdaş Rayon Polis X3 bölməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Ağdaş Rayon Polis Şöbəsinin X1 polis sahə rəisi X8 tərəfindən 08 fevral 2025-ci il tarixdə qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması və inzibati araşdırmanın aparılması haqqında qərardadın surətindən görünür ki, toplanmış materialda cinayət tərkibi müəyyən edilmədiyindən material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilərək Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın surəti Ağdaş Rayon Polis X3 Bölməsinə göndərilmiş və 08 fevral 2025-ci il tarixdə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 18 yanvar 2025-ci il tarixli 21 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – döş qəfəsinin sol körpücükaltı nahiyəsinin yumşaq toxumasının əzilməsi, küt alət təsirindən törənmiş, törənmə müddəti 17 yanvar 2025-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. Qeyd olunan yaralar dişləmə nəticəsində əmələ gələ bilərlər. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs, törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcllənin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda nzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək qanunvericilik normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışdığından, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən o, inzibati məsuliyyətdən azad edilməli və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-98/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-98/2025
24.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver